“Nə edək ki, biz Azərbaycan çempionatında oynayırıq?” – Maksim Medvedev
Idman
Oxunub: 798
20 sen 2019 | 11:21
“Nə edək ki, biz Azərbaycan çempionatında oynayırıq?” – Maksim Medvedev

Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə “Sevilya”ya 0:3 hesabı ilə uduzan “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev oyundan sonra jurnalistlərə müsahibə verib.

“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı müdafiəçi öncə oyunu şərh edib:

“Oyun gözlədiyimiz kimi keçdi. Bilirdik ki, rəqib səviyyəli komandadır. Onlara qarşı rahat oynamaq mümkün deyil. Rahat top saxlayırlar, əks-hücumlar və pressinq edirlər. Bu tərəfdən güclüdürlər. İlk hissədə qapımızı qorumağı bacardıq. Fasilədən sonra yorulmağa başladıq. Konsentrasiyamız düşdü. Buna görə də səhvlər etdik. Zonalarımızı itirdik. Bu da yorğunluqla əlaqəlidir. İlk qoldan sonra həm də əsəbləşməyə başladıq. İkinci qolda səhvimizdən oldu. Bundan sonra çətin olardı “Sevilya”ya qarşı toparlanıb nəsə etmək”

– Səviyyə fərqini hiss etdiniz?
– Əlbəttə, hiss elədik. İlk hissədə bunu gördük. Bir toxunuşla ötürmələr edirlər, əks-hücuma sürətli çıxırlar. Hər şey görünürdü. Bəzi epizodları çatdırmırdıq. Düzdür, bəzi anlarda səhvə yol verirdilər. Siz də, azarkeşlər də gördü ki, “Sevilya” bizdən daha yaxşı futbol oynayır.

– Xal götürəcəyinizə ümidiniz var idi? Bəzi futbolçular hiss olunurdu ki, yaxşı mübarizə aparmırdı. Miçel Avropada son oyunlarda səhvlərə yol verir.
– Kimin necə oynadığını deyə bilmərəm, komanda yoldaşlarımdır. Onlar səhv edirsə, deməli, mən də etmişəm. Hamımızı birgə səhv edirik. Miçel “Atletiko”ya qol vuranda əlimizin üzərində aparırdıq. Bir az yaxşı oynamayanda Miçelin günahının olduğunu deyə bilmərik. Qıraqdan mən də istəyərdim ki, mübarizə aparaq, qol vuraq, bir az kobud oynayaq və hiss etsinlər aqressivliyimizi. Bir az aqressivlik də çatmadı. Biz də topla oynayan komandayıq. Aqressiv futbol oynaya bilmirik.

– “Düdelanj”ın APOEL-ə 4:3 hesabı ilə qalib gəlməsi sizin üçün gözlənilməz oldu?
– Gözlənilməz oldu, əlbəttə. Əgər “Düdelanj” qrupa düşübsə, zəif rəqib ola bilməz. 3-4 il əvvəl “Düdelanj”la üzləşmişik. Amma bu gün nə olar, nə də biz həmin komanda deyilik. Əgər APOEL-i məğlub ediblərsə, məncə, qrupda ikinci yer uğrunda çox maraqlı mübarizə keçəcək.

– “Düdelanj”ın qələbəsi “Qarabağ”ın işinə yaradı? Çünki ikinci yer uğrunda APOEL-lə “Qarabağ”ın mübarizə aparacağı gözlənilir.
– Düşünmürəm ki, bizə hələ yarayar. Çünki bilmirik ki, biz “Düdelanj” və APOEL-lə necə oynayacağıq. Rəqibləri analiz etməmişik. Bu gün ağır oyun keçirdik. Azərbaycan çempionatı ilə bu turnir arasında yerlə göy arasındakı fərq var.

– Belə oyunlardan sonra çempionat matçına köklənmək olur?
– Nə edək, biz Azərbaycan, onlar da İspaniya çempionatında oynayır. Meydana çıxıb, oynamalıyıq. Məcbur oynamalıyıq. Hərənin öz çempionatı var.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ