29-10-2019, 16:18 Oxunub: 576

"Haqqımda təhqir yazanlar bilsinlər ki, o şərhləri öz yaxınları da oxuyur" — Əfran İsmayılov

"Haqqımda təhqir yazanlar bilsinlər ki, o şərhləri öz yaxınları da oxuyur" — Əfran İsmayılov

"Həyatımdan, dolanışığımdan, dövlətimdən razıyam. Heç bir narazılığım yoxdur. Sadəcə, sual verilib, cavab vermişəm ki, o vaxt İsa Qəmbərin mitinqlərində iştirak etmək üçün camaata pul paylayırdılar".
Bu fikirləri açıqlamasında "Keşlə" futbol klubunun üzvü Əfran İsmayılov son günlər haqqında yazılanlara aydınlıq gətirərkən səsləndirib. Milli komandamızın sabiq üzvü bildirib ki, dediyi bəzi fikirlər səhv başa düşülüb:

"Guya mən hökuməti, yaxud müxalifəti pisləmişəm. Amma belə bir şey olmayıb. Mən azərbaycanlıyam və bütün soydaşlarımızın mehriban olmasını, sülh şəraitində yaşamasını istəyirəm. Mitin məsələsinə gəlincə, o vaxt bizi uşaq idik, butulka yığıb satırdıq. Gəlirdilər ki, mitinq var, pul verirlər. Heç bilmirdim ki, orda söhbət kimdən gedir. Gedib pulumuzu alıb, qışqırırdıq. Uşaq idik də. İndi bu sözə görə məni sosial şəbəkədə təhqir edənlər var. Onlar başa düşmürlər ki, yazdıqları şərhi öz yaxınları da oxuyur?"
Ə.İsmayılov yenidən milli komandada oynamaq perspektivi barədə isə bunları deyib:

"Millidə xeyli oyun keçirmişəm. Əgər lazım olsam, yenə də millidə oynamağa hazıram. Dəvət etsələr də sağ olsunlar, etməsələr də. Amma yenə deyirəm ki, istənilən futbolçu öz ölkəsinin millisində çıxış etmək istəyər, eləcə də mən".
“Polisə göstərdikləri xidmətə görə təşəkkür edirəm” — Hadi Rəcəbli “Polisə göstərdikləri xidmətə görə təşəkkür edirəm” — Hadi Rəcəbli Siyaset Azərbaycanlı futboçu toy etdiyinə görə komandadan qovulub? — AÇIQLAMA Azərbaycanlı futboçu toy etdiyinə görə komandadan qovulub? — AÇIQLAMA Idman Əfran İsmayılov milliyə qayıtmasından danışdı Əfran İsmayılov milliyə qayıtmasından danışdı Idman Əfran İsmayılov və Ruslan Abışov 200-ə çatdı Əfran İsmayılov və Ruslan Abışov 200-ə çatdı Idman Azərbaycan millisində Rəşad Sadıqov sindromu: Azərbaycan millisində Rəşad Sadıqov sindromu: "Əfranı o qoruyur?" Idman