6-11-2019, 12:30 Oxunub: 364

Çempionlar Liqası: IV tur gözlənilməz nəticələrlə başlayıb

Çempionlar Liqası: IV tur gözlənilməz nəticələrlə başlayıb

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

“Report”un məlumatına görə, turun ilk 2 oyunda gözlənilməz nəticələr qeydə alınıb.

F qrupunda yer alan “Barselona” İspaniyada Çexiyanın “Slaviya” (Praqa) komandasını məğlub edə bilməyib. Görüş qolsuz yekunlaşıb. Bununla belə, “Barsa” 8 xalla liderliyini qoruyub. “Slaviya” isə 2 xalla qrupda sonuncudur.

G qrupunda isə “Zenit” Rusiyada da Almaniya “Leyptsiq”inə uduzub – 0:2. İlk yarının uzatma dəqiqələrində Dieqo Demme, 63-cü dəqiqədə Marsel Zabitser fərqlənib.

Bununla da xallarını 9-a çatdıran “Leyptsiq” liderliyini qoruyub. 4 xalı olan “Zenit” isə 2-ci pilləni əldən vermə təhlükəsi ilə üzləşib.
“Liverpul” “Genk”ə, “Barselona” “Slaviya”ya qarşı “Liverpul” “Genk”ə, “Barselona” “Slaviya”ya qarşı Idman Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib – VİDEO Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib – VİDEO Idman / Video UEFA Millətlər Liqasında III tura start veriləcək UEFA Millətlər Liqasında III tura start veriləcək Idman Avropa Liqasında ilk tura yekun vurulub – NƏTİCƏLƏR Avropa Liqasında ilk tura yekun vurulub – NƏTİCƏLƏR Idman Çempionlar Liqasında III turun oyunları keçirilib - NƏTİCƏLƏR Çempionlar Liqasında III turun oyunları keçirilib - NƏTİCƏLƏR Idman