İdman
Dünya
27-11-2019, 14:21 Oxunub: 397
“Qarabağ”ın sabiq futbolçusu yaşamaq üçün pul tapmır

Latviya millisinin sabiq futbolçusu, bir vaxtlar Azərbaycanda “İnter” (indiki “Keşlə), “Qarabağ” və “Simurq”da oynamış Andrey Rubins ağır vəziyyətdə yaşayır.
Bu haqda “Metta” futbol klubunun baş katibi Qirts Mixelsons sosial şəbəkə hesabında məlumat yayıb. O, Rubinsin yemək almaq üçün pul tapa bilmədiyini yazıb: “Onun millidəki əla karyerasından sonra həyatı enişə doğru getdi. Bir neçə klub və dostları Andreyin əməliyyat olunmasına yardım etdilər. Hazırda bizim Rubins yaşamaq üçün pul tapa bilmir”.
Mixelsons “Twitter”də sabiq futbolçunun bank hesabının nömrəsini də yazaraq, ona yardım edilməsini xahiş edib.
41 yaşlı keçmiş vinger Latviya millisində ən çox oyun keçirən (117 matç, 10 qol) iki futbolçudan biridir. O, AÇ-2004-ün final mərhələsinin iştirakçısı olub.
Rubins “Skonto”, “Spartak” (Moskva), “Kristal Pelas” kimi klublarda çıxış edib. O, 2008-ci ildə ölkəmizə gəlib. Veteran oyunçu “İnter”, “Qarabağ” və “Simurq”da oynayıb.
XƏBƏR LENTİ
12:24 | Pensiya alanların nəzərinə — Qaydalar dəyişir 12:23 | “Sanksiya tətbiq edilərsə, İncirlikdəki, Kürəcikdəki hərbi bazaları bağlaya bilərik” 12:00 | Sərxoşlar, siqaret çəkənlər, telefonla danışanlar – AZAL onları”qara siyahı”ya saldı 11:37 | Rusiyanın yeni prezidentini “ERMƏNİ LOBBİSİ” təyin edəcək? – DETALLAR 11:34 | Ukraynada deputatlar yumruq davasına çıxdılar – VİDEO 11:07 | Gülalıyev niyə sağalmır? – Həkim şok detalları açdı 10:57 | Prezident Heydər Əliyevin məzarını ziyarət etdi 10:52 | DİQQƏT! Bakıda bu yollar bağlandı — SİYAHI 09:29 | Bu xəstəliklərin ilkin əlamətləri dırnaqlardan başlayır — SİYAHI 09:20 | Mehriban Əliyeva Ümummilli lider Heydər Əliyevin xatirəsini yad etdi — FOTO 09:08 | Həbib Məkkə ziyarətində — FOTO 09:03 | Bakıda bələdiyyə sədrinin bütün ailə üzvləri namizədliyini verdi 08:58 | Azərbaycan BNA ilə razılaşdı — NBA yarışları ölkəmizə gəlir 08:52 | Niyaməddin Musayev ölüm xəbərini yayanlar haqda — "Şərəfsizliyin son həddidir" 08:48 | Aysel evlənmək arzusundan DANIŞDI — Övladımın atasıdırsa, problem yoxdur – VİDEO