Rəsul Çunayev ermənini diz çökdürdü – FOTO + VİDEO
Idman
Oxunub: 1 565
9 sen 2015 | 07:29
Rəsul Çunayev ermənini diz çökdürdü – FOTO + VİDEO

















Bayramov və Şəriəti də Olimpiadaya vəsiqə qazandı

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasının saytının verdiyi məlumata görə, ilk iki yarış gününün yekunlarına əsasən, güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib.

İkinci yarış günündə 59, 71, 80 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.

59 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya Oyunlarının ikiqat gümüş medalçısı və Dünya çempionu Rövşən Bayramov inamla güləşərək finala yüksəlib. Final yolunda güləşçimiz Hindistanlı Singh Ravinder üzərində asan, Şimali Koreyadan Von Çol Yun üzərində çətin qələbə qazanıb. 1/4 finalda London Yay Olimpiya Oyunlarının final görüşündə məğlub olduğu Hamid Mohammad Soryanla qarşılaşan Rövşən Bayramov vaxtından əvvəl görüşü qələbə ilə başa vurub.

Buna səbəb, həm də İranlı güləşçinin görüş zamanı qaydalara zidd olaraq rəqibinə başla ardıcıl zərbələr endirməsi olub. Hakimlərin yekdil qərarı isə, Rövşən Bayramovu yarımfinala yüksəldib. Bu qələbə ilə güləşçimiz 2016-cı il Rio Olimpiadasına vəsiqəni də təmin edib. Yarımfinalda Rövşən Qırğızıstanlı Arsen Yeraliyevi mübarizədən kənarlaşdıraraq karyerasında üçüncü dəfə Dünya çempionatının finalına yüksəlib.

Finalda güləşçimiz Kubalı rəqibi İsmael Borrero Molinaya uduzub və Dünya çempionatının gümüş medalına sahib olub.

İlk Avropa Oyunlarının qalibi və 71 kq çəkidə mübarizə aparan Rəsul Çunayev ötən mundialı bürünc medalla başa vurmuşdu. Bu dəfə güləşçimiz finala qədər yüksələ bilib. İlk olaraq Monakdon Frank Hassli üzərində qələbə qazanan Rəsul, ardınca Rusiya təmsilçisi Adam Kuraka heç bir şans verməyib. Yerli azarkeşlərin güclü dəstəyinə rəğmən ABŞ təmsilçisi Justin Daşaun Lesteri də tam üstünlüklə məğlub edən Rəsul yarımfinala yüksəlib.

Finalın bir addımlığında Belarus güləşçisi Tsimur Berdiyevi də tam üstünlüklə məğlub edən Rəsul Çunayev adını finala yazdırıb. Finalda güləşçimiz Ukrayna təmsilçisi Armen Vardanyana qalib gələrək Dünya çempionatının qızıl medalına sahib olub.

2016-cı il Rio Olimpiadasına daha bir vəsiqəni 130 kq çəkidə mübarizə aparan Sabah Şəriəti qazandırıb. İlk görüşündə Macarıstandan Balint Lam üzərində qələbə qazanan Sabah, 1/4 finalda Venesueladan Ervin Jose Caraballo Cabreranı mübarizədən kənarlaşdırıb. Yarımfinala yüksələn güləşçimiz həm də Rio Olimpiadasına 3-cü vəsiqəni əldə edib.

Yarımfinalda Türkiyə təmsilçisi Rıza Kayaalpa məğlub olan Sabah Şəriəti bürünc medal şansını saxlayıb. Ancaq həlledici görüşdə Ukrayna Oleksandr Çernetskiyə məğlub olan güləşçimiz Dünya çempionatını beşinci sırada tamamlayıb.

59 kq

1/16 final - Rövşən Bayramov - Singh Ravinder (İND) 9:1
1/8 final - Rövşən Bayramov - Von Çol Yun (PRK) 8:7
1/4 final - Rövşən Bayramov - Hamid Mohammad Soryan (İRİ) 5:0
1/2 final - Arsen Yeraliyev (KGZ) - Rövşən Bayramov 0:4 (təmiz qələbə)
FİNAL - Rövşən Bayramov - İsmael Borrero Molina (CUB) 0:8

71 kq

1/16 final - Rəsul Çunayev - Frank Hassli (MON) 9:1
1/8 final - Rəsul Çunayev - Adam Kurak (RUS) 9:0
1/4 final - Rəsul Çunayev - Justin Daşaun Lester (USA) 8:0
1/2 final - Tsimur Berdiyev (BLR) - Rəsul Çunayev 0:8
FİNAL - Rəsul Çunayev - Armen Vardanyan (UKR) 6:4

80 kq

1/16 final - Rafiq Hüseynov - Yevgeni Saleyev (RUS) 3:8

130 kq

1/8 final - Sabah Şəriəti - Balint Lam (HUN) 3:1
1/4 final - Ervin Jose Caraballo Cabrera (VEN) - Sabah Şəriəti 0:9
1/2 final - Sabah Şəriəti - Rıza Kayaalp (TUR) 0:6
Bürünc medal görüşü - Oleksandr Çernetskiy (UKR) - Sabah Şəriəti 5:0


Məlumat üçün bildirək ki, Las Veqasda keçirilən Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.

Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO