Azərbaycan futboluna ağır itki üz verib (Yenilənib)
Idman
Oxunub: 1 289
12 okt 2015 | 16:19
Azərbaycan futboluna ağır itki üz verib (Yenilənib)Uzun sürən ağır xəstəlikdən sonra tanınmış məşqçi Sakit Alıyev bu gün vəfat edib. Azərbaycan milli komandasının sabiq müdafiəçisi, ilk dəfə avrokuboklarda mübarizə aparan "Turan" komandasının kapitanı 49 yaşında haqq dünyasına qovuşub. Futbolçu kimi “Turan” və “Kəpəz”də ölkə çempionu olmuş Alıyev, həmçinin Tovuz klubunun heyətində milli çempionatın gümüş və bürünc medallarını qazanıb. Oyunçu karyerasını bitirdikdən sonra doğma komandasında məşqçiliyə başlayan Sakit Alıyev baş məşqçi vəzifəsinə kimi yüksəlib. 2011-ci ilin mayında məşq zamanı insult keçirən mütəxəssis İran, Rusiya və Gürcüstanda müalicə olunsa da, səhhətində müsbətə doğru dəyişiklik baş verməyib. O, doğulduğu Tovuz rayonunda dəfn edilib.

Nizami Sadıqov- "Turan Tovuz" klubunun baş məşqçisi: “Azərbaycan və Tovuz futbolu üçün belə bir şəxsiyyətin itkisi ağırdır. Ailəsinə dərin hüznlə başsağlığı veririk. Dostumuzu itirmişik, deməyə sözümüz də yoxdur. Onu, xüsusən də belə tez itirmək üzücüdür”.

Eltay Aslanov- veteran futbolçu: “Mən Sakit Alıyevlə həm futbol oynamışam, həm də məşqçim olub. Xoş xatirələri qalıb. Danışmaq çox ağırdır, danışa bilmirəm”.

11:28 olan xəbər

Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmiş sabiq futbolçu və məşqçi Sakit Alıyev bu gün saat 14:00-da Tovuzun Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq. S.Alıyevin bu gün saat 7:00 radələrində 50 yaşında ikən dünyasını dəyişdiyi bildirir.

Veteran futbolçunun ölümünə 2011-ci ilin mayında oyun zamanı keçirdiyi insult səbəb olub. Sonradan o, İran, Rusiya və Gürcüstanda müalicə olunsa da, səhhətində müsbətə doğru heç bir dəyişiklik baş verməyib. Veteran futbolçunun nitqində və yaddaşındakı problem get-gedə böyüyüb: "Bu gün səhər uşağı qapının ağzında yerə yıxılıb. Bunu eşidən Sakit çölə çıxıb və o da qəfildən yerə sərilib. Bizə zəng edib dedilər ki, Sakitin vəziyyəti pisdir. Özümüzü çatdıranda gördük ki, təcili yardım maşını evlərinin qarşısındadır. Həkimlərin müdaxiləsinə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmadı".

Qeyd edək ki, Sakit Alıyev 1965-ci il dekabrın 22-də Tovuzda anadan olub. O, futbolçu karyerasına 1992-ci ildə "Turan"da başlayıb. 1997-ci ildə "Kəpəz"ə keçsə də, bir il sonra Tovuz komandasına qayıdıb və karyerasını başa vurduğu 2004-cü ilədək orada çıxış edib. 2005-ci ildə isə S.Alıyev "Turan"da baş məşqçi Naci Şensoyun köməkçisi kimi fəaliyyətə başlayıb. 2006-cı ilin yanvarından etibarən o, qısa fasilələrlə komandada baş məşqçi və məşqçi kimi çalışıb. 2011-ci ilin mayında məşq zamanı insult keçirən mütəxəssis yerə yıxılıb. Həmin vaxtdan o, daim həkim nəzarətində olub. S.Alıyev futbolçu kimi 1994-cü ildə "Turan"la, 1998-ci ildə isə "Kəpəz"lə ölkə çempionu olub. 1995-ci ildə Tovuz komandası ilə gümüş, 1992 və 1993-cü illərdə bürünc medal qazanıb.

http://kepeztv.az/
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi