DataLife Engine / Güləşçilərimizin olimpiya medalları alına bilər - Dopinq qalmaqalı

Güləşçilərimizin olimpiya medalları alına bilər - Dopinq qalmaqalı

Güləşçilərimizin olimpiya medalları alına bilər - Dopinq qalmaqalı








Sərbəst güləşdə 2008-ci il Pekin Olimpiadasında qızıl medal qazanmış özbəkistanlı Artur Təyməzov və 2012-ci il London Olimpiadasında gümüş medal əldə etmiş Rusiyanı təmsil edən Besik Kuduxov medallarından məhrum edilib.

Onların verdiyi dopinq test müsbət nəticələnib və hər 2 idmançıdan medal alınıb.

Maraqlısı ondadır ki, 4 qat dünya çempionu olan Kuduxov 4 il əvvəl finalda məhz güləşçimiz Toğrul Əsgərova uduzub. Onu da bildirək ki, cənubi osetiyalı idmançı 3 il əvvəl Rusiyanın Armavir şəhərində maşın qəzasında dünyasını dəyişib. Gümüş medal isə 60 kq çəki dərəcəsində Kuduxovun qalib gəldiyi hindistanlı Yoqeşvar Dutta verilib.

Flowrestling.org saytının iddiasına görə, dopinqə düşən idmançılar arasında Qazaxıstan, Azərbaycan və Ukraynadan da güləşçilər var. Həmin idmançılar Pekin-2008 və London-2012-də medal qazanan idmançılardır. Ancaq onların adları hələ ki açıqlanmır.


30-08-2016, 14:19
Geri dön