Kamran oynadı, "Boavişta" qalib gəldi - Video

Kamran oynadı, "Boavişta" qalib gəldi - Video












Bu gün Portuqaliya Premyer Liqasında XVI turun növbəti oyunları keçirilib.

Millimizin üzvləri – Emin Mahmudov və Kamran Ağayevin şərəfini qoruduğu “Boavişta” öz meydanında “Vitoria de Setubal”la qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb - 1:0.

Kamran Ağayev bu matça start heyətində başlayıb və sona qədər mübarizə aparıb. Emin isə sona qədər ehtiyat oyunçular skamiyasında oturub.

Portu təmsilçisi bu qələbə sayəsində xallarının sayını 20-ə çatdırıb və turnir cədvəlində 9-cu pilləyə yüksəlib.


[xfgiven_images]
[xfvalue_images]
[/xfgiven_images] [xfgiven_source][/xfgiven_source]