DataLife Engine / Pəhləvanlarımız almanların belini yerə vurdu

Pəhləvanlarımız almanların belini yerə vurdu

Pəhləvanlarımız almanların belini yerə vurdu



Güləşçilərimiz Tehranda İran, İsveç və alman rəqibləri məğlub edib

Pasport İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilir.
azerinfo.az-ın Azərbaycan Güləş Federasiyasına istinadla verdiyi məlumata görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edir.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayıb.

İlk olaraq yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə yunan-Roma güləşi yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb.

Finalda güləşçilərimiz digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşacaq. Final görüşü bu gün saat 18:00-da başlayacaq. İran və Türkiyə yığmaları isə 3-cü yer uğrunda görüşə çıxacaq.
20-02-2015, 10:43
Geri dön