İctimai kommunist özünüidarəsinin üstünlükləri
Siyaset
Oxunub: 1 635
21 noy 2014 | 17:23
İctimai kommunist özünüidarəsinin üstünlükləriBurjua ideoloqları inkişaf etmiş sosializm cəmiyyəti həqiqətlərini bilərəkdən hec cür həzm edə bilmirlər. Məlumdur ki, ötən əsrin 60-cı illərində SSRİ inkişaf etmiş sosializm cəmiyyəti mərhələsini yaşayırdı. Bu mərhələ sosializmin maddi-texniki bazasının yüksək inkişaf səviyyəsi ilə, sosialist ictimai münasibətlərinin yetkinliyi ilə, cəmiyyətin sosial və ideya-siyasi birliyinin yüksək dərəcəsi ilə, şəxsiyyətin inkişaf etmiş sosialist tipi ilə xarakterizə olunurdu. Kommunizm cəmiyyətinin birinci fazası olan sosializm iki yetkinlik mərhələsinə malikdir: 1) əsasən qurulmuş sosializm və 2) inkişaf etmiş sosializm cəmiiyyəti. 30 - cu illərin ortalarında SSRİ - də sosialzim əsasən quruldu, 60 - cı illərin əvvəllərinə kimi isə ölkəmizdə inkişaf etmiş sosializm cəmiyyəti yaradıldı.

Sov.İKP - nin və qardaş kommunist və fəhlə partiyalarının kollektiv səyləri ilə işlənib hesablanmış olan inkişaf etmiş sosializm cəmiyyəti Konsepsiyası maksizm-leninizm xəzinəsinə böyük yaradıcılıq tövhəsi idi. İnkişaf etmiş (yetkin) sosializm cəmiyyətinin əsas əlamətləri Sov.İKP XXIV və XXV qurultayının sənədlərində, "Böyük Oktyabr sosialist inqilabının 60 - cı ildönümü haqqında" Sov.İKP MK nın qərarında, Sov.İKP - nin və qardaş marksist-leninçi partiyaların digər nəzəri və siyasi sənədlərində açılıb göstərilmişdir.
SSRİ Konstitusiyasında inkişaf etmiş sosializm cəmiyyətinin geniş xarakteristikası verilmişdir. "SSRİ - də inkişaf etmiş sosializm cəmiyyəti qurulmuşdur. Sosializmin öz təməli üzərində inkişaf etdiyi bu mərhələdə yeni quruluşun yaradıcı qüvvələri, sosialist həyat tərzinin üstünlükləri özünü daha dolğun şəkildə göstərir, zəhmətkeşlər böyük inqilabi nailiyyətlərin bəhrələrindən getdikcə daha geniş istifadə edirlər.
Bu cəmiyyət elə bir cəmiyyətdir ki, orada güclü məhsuldar qüvvələr, qabaqcıl elm və mədəniyyət yaradılmışdır, orada xalqın rifahı durmadan yüksəlir, şəxsiyyətin hərtərəfli inkişafı üçün getdikcə daha əlverişli şərait yaranır.

Bu cəmiyyət yetkin sosialist ictimai münasibətləri cəmiyyətidir, elə bir cəmiyyətdir ki, orada bütün siniflərin və sosial təbəqələrin bir-birinə yaxınlaşması, bütün millətlərin və xalqların hüququ və faktik bərabərliyi onların qardaşcasına əməkdaşlığı əsasında insanların yeni tarixi birliyi - sovet xalqı təşəkkül tapmışdır.
Bu cəmiyyət vətənpərvər və beynəlmiləlçi zəhmətkeşlərin yüksək mütəşəkkilliyi, ideyalılığı və şüurluluğu cəmiyyətidir.

Bu cəmiyyət elə bir cəmiyyətdir ki, hər bir adamın rifahına hamının qayğı göstərməsi və hamının rifahına hər bir adamın qayğı göstərməsi onun həyat qanunudur.
Bu cəmiyyət əsl demokratiya cəmiyyətidir, elə bir cəmiyyətdir ki, onun siyasi sistemi bütün ictimai işlərin səmərəli idarə olunmasını, dövlət həyatında zəhmətkeşlərin getdikcə daha fəal iştirakını, vətəndaşların real hüquqlarının və azadlıqlarının onların cəmiyyət qarşısında vəzifələri və məsuliyyəti ilə birləşməsini təmin edir.
İnkişaf etmiş sosializm cəmiyyəti kommunizm yolunda qanunauyğun mərhələdir.
Sovet dövlətinin ən yüksək məqsədi ictimai kommunist özünüidarəsinin inkişaf edəcəyi sinifsiz kommunizm cəmiyyəti qurmaqdır. Sosialist ümumxalq dövlətinin başlıca vəzifələri aşağıdakılardır: komunizmin maddi-texniki bazasını yaratmaq, sosialist ictimai münasibətlərini təkmilləşdirmək və kommunist ictimai münasibətlərinə çevirmək, kommunizm cəmiyyəti adamını tərbiyə etmək, zəhmətkeşlərin maddi və mədəni həyat səviyyəsini yüksəltmək, ölkənin təhlükəsizliyini təmin etmək, sülhün möhkəmlənməsinə və beynəlxalq əməkdaşlığın inkişafına kömək etmək."

Beynəlxalq imperializmin təcavüzü və təxribatçı daxili qüvvələrin onlara dəstəyi olmasaydı inkişaf etmiş sosializm cəmiyyəti kommunizm quruculuğu gedişində tədricən kommunizm formasiyasının yüksək fazasına - kommunizmə keçəcəkdir.

Sosializmin əsas özəyi əmək kollektivi idi, onlar cəmiyyətdə həm də sosial özəklər kimi çıxış edirdilər. Kommunizmin quruculuğu dövründə iqtisadi və ictimai-siyasi həyatda, zəhmətkeşlərin kommunist tərbiyəsində əmək kollektivlərin rolu xeyli artmışdı.

Sosialist əmək kollektivləri müəssisədə istehsal planlarının yerinə yetirilməsini və elmi-texniki tərəqqini, əmək məhsuldarlığının yüksəldilməsini, məhsulun maya dəyərinin aşağı salınmasını və digər texniki-iqtisadi vəzifələrin həyata keçirilməsini təmin edirdilər. Bununla birlikdə əmək kollektivləri işçilərin mənzil və mədəni - məişət şəraitinin yaxşılaşdırılması, zəhmətkeşlərin ümumi və texniki peşə təhsilinin artirilması, mənəvi mədəniyyətin yüksəldilməsi, əmək və ictimai-siyasi fəallığını yüksəldilməsi, kollektiv üzvlərinin kommunist tərbiyəsi, kollektivdə sosial-psixoloji mühitin yaxşılaşdırılması və i. a. kimi mühüm sosial vəzifələri yerinə yetirirdilər.
Kommunizm quruculuğunda əmək kollektivləri rolunun yüksəldilməsi partiya təşkilatlarının və onların rəhbər orqanlarının çox mühüm vəzifəsi idi. Bu vəzifəni yerinə yetirməyin əsas istiqamətləri və yolları Sov.İKP XXV qurultayının, Sov.İKP MK noyabr (1978) plenumunun qərarlarında müəyyən edilmiş, Sov.İKP Mərkəzi Komutəsinin "Əmək kollektivinin istehsal və ictimai-siyasi fəallığını yüksəltmək sahəsində Minsk traktor zavodu partiya təşkilatının işi haqqında", (1972), "Kollektivin üzvlərinin ideya-siyasi tərbiyəsində Çerepovets metallurgiya zavodu rəhbər və mühəndis-texnik işçilərinin iştirakı haqqında" (1972) qərarlarında, habelə XXV qurultaydan sonra qəbul edilmiş bir sıra qərarlarda konkretləşdirilmişdi.

Sosializmdə əmək intizamı ictimai əməyin təşkilinin əsası, birgə işdə zəruri qayda idi. Nəzərə almaq lazımdır ki, əmək intizamı hər bir ictimai quruluşa xasdır. Onun xarakteri istehsal vasitələri üzərində mülkiyyətin forması ilə müəyyən edilir. O, hakim sinif tərəfindən isə onun mənafeyi üçün yaradılır.
İndiki sinfi-antaqonist cəmiyyətdə əmək intizamı məcburi xarakter daşıyır və istehsal vasitələrinə sahib olanlar üçün sərvət yaratmaq məqsədilə işçilərin istismar edilməsinə yönəldilmişdir.

Sosializm cəmiyətində əmək intizamı istismarçı sinif tərəfindən yaradılmış olan əmək intizamından prinsipial fərqə malikdir. O, sosializmin və kommunizmin maddi-texniki bazasının yaradılması məqsədinə və bu əsasda zəhmətkeşlərin maddi rifahını durmadan yüksəldilməsinə xidmət edir. "İstismarçıların məcburiyyətlə qəbul etdirdikləri intizamdan şüurlu və könüllü intizama" (V. İ. Lenin. Əsərləri, 27-ci cild, səh. 268) keçid Böyük Oktyabr sosialsit inqilabının qələbəsindən sonra başlanmışdır.
SSRİ zəhmətkeşlərinin könüllü və şüurlu əmək intizamı yüksək əmək fəallığında, sosializm yarışında iştirakda və onu inkişaf etdirməkdə, sosial - iqtisadi vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsində parlaq bir surətdə təzahür edirdi. Sov.İKP - nin XXVII qurultayı sovet adamlarının əməkdəki fəallığının artdığını qeyd edərək, əmək intizamını daha da möhkəmləndirməyə, işçilərin yaradıcılığını inkişaf etdirməyə, hər bir adamın öz işində cəmiyyətin mənafeyini əsas tutmasına çalışmağa çağırmışdı.
Sosialist əmək intizamı bu deməkdir: işçinin öz əmək vəzifələrini dəqiq və keyfiyyətli bir surətdə yerinə yetirməsi; müəssisədə, təşkilatda, idarədə əmək qayda-qanununa ciddi bir surətdə əməl edilməsi, işdə dəqiqlik və ahəngdarlq; bilavasitə rəhbərlərin və rəhbər orqanların əmrlərini, sərəncamlarını, göstərişlərinin şüurlu bir surətdə və yaradıcılıqla yerinə yetirilməsi. Sov.İKP MK - nın noyabr (1979) plenumunda L. İ. Brejnev qeyd etmişdir: "Ümumiyyətlə, intizam və qayda-qanun həmişə lazımdır... Həm də intizam haqqında ancaq danışmaqla kifayətlənmək olmaz, qayda-qanun çağırmaqla kifayətlənmək olmaz. Hər şeydən əvvəl, hər gün ciddi təşkilatçılıq işi aparmaq, icranı dəqiq yoxlamaq gərəkdir".

Bütün zəhmətkeşlərdə əmək intizamı tərbiyə edilməsi işində Sov.İKP həlledici rol oynamışdır. Sovetlər, həmkarlar ittifaqları, komsomol, əmək kollektivləri əmək intizamının təmin edilməsi sahəsində böyük iş aparmışdılar.

SSRI-də əməyə kommunist münasibəti var idi. Nədir bu əməyə kommunist münasibəti? Əməyə kommunist münasibəti kommunizm formasiyasının yüksək fazası olmaq etibari ilə kommunizm əməkçiləri üçün xarakterik olan münasibətdir, əməyə birinci həyati tələbat kimi baxmaqdır, məcburiyyət üzrə deyil, şüurlu, könüllü, yaradıcı surətdə işləmək vərdişidir. Kommunist əməyi ümumi fayda üçün əmək, pulsuz, mükafat almağa göz tikmədən çəkilən, şəxsiyyətin yüksək şüur səviyyəsi ilə, əxlaq normaları və ictimai rəy ilə tənzim edilən əməkdir. Əməyə kommunist münasibətinin ünsürləri sosializmdə yaranır, onlar kommunist iməciliklərində, əməyə kommunist münasibəti uğrunda hərəkatın və sosializm yarışının müxtəlif formalarında, yenilikçilər, səmərələşdiricilər hərəkatında və i. a. daha parlaq bir surətdə təzahür edirlər. Kommunist Partiyası əməyə kommunist münasibəti rüşeymlərini müdafiə edir və daim inkişaf etdirirdi. Kommunizm, quruculuğu prosesində Azərbaycan Kommunist Partiyası sosializmin yaranışını, əməyə kommunist münasibəti uğrunda hərəkatı bundan sonra da hər vasitə ilə inkişaf etdirməyi nəzərdə tutur. Əməyə kommunist münasibətindən danışarkən Leninin belə bir göstərişini rəhbər tutmaq lazımdır ki, "bu qədər şərəfli adı uzun və inadlı əməklə qazanmaq lazımdır, həqiqətən kommunizm quruculuğunda əldə edilən və isbat olunmuş əməli müvəffəqiyyətlə qazanamq lazımdır" (V. İ. Lenin, Əsərləri, 29 - cu cild, səh. 438).

SSRİ- də iqtisadiyyatı, sosial münasibətləri inkişaf etdirməyin və istehsal kollektivləri üzvlərinin mənəvi səviyyəsini yüksəltməyin elmi cəhətcə əsaslandırılmış sistemi və nəzərdə tutulmuş məqsədin əldə edilməsinə yönəldilən texniki, iqtisadi, sosial və ideoloji tədbirlərin sistemi - iqtisadi və sosial inkişafın kompleks planları mövcud idi. İqtisadi və sosial inkişafın kompleks planları müəssisələrin, birliklərin, kolxozların müdriyyəti, partiya və ictimai təşkilatları tərəfindən, bir qayda olaraq, beşillik müddət üçün tərtib edilirdi. Bundan əvvəl adətən böyük hazırlıq işi görülür -əvvəlki iqtisadi və sosial inkişafın kompleks planlarınin yerinə yetirilməsinə yekun vurulur, kollektivdə sosial münasibətlərin vəziyyəti təhlil edilirdi. İqtisadi və sosial inkişafın kompleks planları sosialist müəssisələrinin, kolxozların texniki-iqtisadi, sosial və ideoloji funksiyalarının həyata keçirilməsinə yönəldilirdi. Bu planalra istehslat kollektivinin beşillik üçün aşağıdakı əsas sahələr üzrə inkişsaf göstəriciləri daxil idi: istehsalatın inkişafı və elmi-texniki tərəqqi, kollektivin sosial-peşə strukturunda dəyişikliklər, əməyin məzmunu və tənzim edilməsi, əməyin maddi və mənəvi stimullaşdırılması sisteminin təkmilləşdirilməsi, mənzil və mədəni-məişət şəraitinin yaxşılaşdırılması, müəssisələrin işçilərinin mənəvi səviyyəsinin yüksədilməsi və mədəniyyətin inkişaf etdirilməsi, ümumi təhsilin və texniki peşə təhsilinin artırılması, əməkçilərin sosial fəallığının yüksədilməsi və ideya tərbiyəsi işinin qüvvətləndirilməsi, kollektivdə sosial-psixoloji münasibətlərin yaxşılaşdırılması və i. a. Planlarda müəyyən edilmiş zirvələrin fəthini təmin edən tədbirlər nəzərdə tutulurdu. Onlara texniki-iqtisadi, maliyyə-material, sosial, ideoloji və s. tədbirlər daxil edilir. İqtisadi və sosial inkişafın kompleks planları rayonun, şəhərin, vilayətin iqtisadi və sosial inkişafı planı ilə sıx razılaşdırılır və əlaqələndirilirdi.

Sovet idarəetmə sisteminin ən sınanmış metodlarından biri də müdiriyyətin fəaliyyətinə nəzarət hüququ idi. Müdiriyyətin fəaliyyətinə nəzarət hüququ ilk partiya təşkilatları rolunun və istehsal müəssisəsi, kolxoz, idarə və i. a. kollektivləri işinin vəziyyəti üçün məsuliyyətinin ifadəsi, bunların qarşısında duran vəzifələrin yerinə yetirilməsinə təsir göstərilməsinin fəal forması idi.

Müdiriyyətin fəaliyyətinə nəzarət hüququ haqqında müddəa Kommunist Partiyasının XVIII qurultayında (1939) qəbul edilmiş partiya Nizamnaməsində yazılmışdır; bu cür hüquq istehsal müəssisələrinin, o cümlədən kolxozların, sovxozların və MTS - lərin ilk partiya təşkilatlarına verilirdi. Sonralar bu hüquq ticarət müəssisələrinin, sonra isə istehsalatla əlaqədar olan konstruktor bürolarının layihə və elmi tədqiqat institutlarının partiya təşkialtalarına da şamil edildi.

Partiya siyasətinin həyata keçirilməsində ilk partiya təşkilatlarının məsuliyyətini və fəallığını daha da yüksəltmək, zəhmətkeşlərin kollektivlərində onların təşkilatçılıq və tərbiyəvi işini gücləndirmək məqsədilə partiyanın XXIV qurultayı Sov.İKP Nizamnaməsinin. müdiriyyətin fəaliyyətinə nəzarət hüququ barədəki müddəasını bütün layihə təşkilatlarının, konstruktor bürolarının, elmi tədqiqat institutlarının, mədəni-maarif və müalicə idarələrinin və müdriyyətinin funksiyaları kollektivlərin çərçivəsindən kənara çıxmayan digər idarələrin və təşkilatların ilk partiya təşkilatlarına da şamil edilməsi haqqında qərar qəbul etdi.

XXIV qurultay nazirliklərin, dövlət komitələrinin və digər mərkəzi və yerli sovet, təsərrüfat idarələri və baş idarələrinin partiya təşkilatları barəsində müəyyən etdi ki, onlar partiya və hökümət direktivlərinin yerinə yetirilməsi, sovet qanunlarına riayət olunması sahəsində aparatın işinə nəzarəti həyata keçirirlər.
Müdiriyyətin fəaliyyətinə nəzarət hüququnu partiya təşkilatları praktikada təsərrüfat rəhbərlərinin hesabatlar verməsi, sənədlərlə tanış olmaq və i. a. kimi müxtəlif forma və metodlarla həyata keçirirdilər. Bu formalardan mühümü nəzarət hüququnun həyata keçirilməsi üzrə komissiyalar idi, onlar müəssisənin xüsusiyyətindən və kollektivinin yerinə yetirdiyi konkret vəzifələrdən asılı olaraq yaradılırdı.

İstehsalın idarə olunmasına fəhlələrin, kolxozçuların və qulluqçuların geniş cəlb edilməsinin formalarından biri də müəssisələrdə daimi fəaliyyət göstərən istehsalat müşavirələri idi. Daimi fəaliyyət göstərən istehsalat müşavirələri ictimai özfəaliyyətin digər formaları ilə yanaşı olaraq istehsal müəssisələrinə rəhbərliyin demokratik prinsiplərini ardıcıl surətdə həyata keçirməyə imkan verir, təkbaşçılığın istehsalı idarəetmə zəhmətkeşlərin geniş iştirakı ilə düzgün əlaqələndirilməsini təmin edirdi. Daimi fəaliyyət göstərən istehsalat müşavirələri sənaye müəssisələrində, tikintilərdə, nəqliyyat, rabitə, kənd təsərrüfatı, ticarət, ictimai
iaşə, kommunal-məişət xidməti müəssisələrində,geoloji-kəşfiyyat, topoqraf-geodeziya, layihə və konstruktor təşkilatlarında, elmi tədqiqat idarələrində və maddi texniki təchizat təşkilatlarında, işləyənlərin sayı 100 nəfər və daha çox olan sexlərdə təşkil edilirdi.

Bütün bunlar onunla əlaqədar idi ki, SSRİ-də ciddi dövlət intizamı mövcud idi. Bu özünü dövlət orqanlarının və ictimai təşkilatlarin fəaliyyətinin Sovet dövləti tərəfindən qoyulmuş qaydalarında öz əksini tapırdı. Dövlət intizamı ümumdövlət vəzifələrinin həyata keçirilməsi uğrunda mübarizədə işçilərin yüksək fəalliğini və məsuliyyətliyini, ciddilik və tələbkarlığnı, yaradıcılıq təşəbbüskarlığını və bütün imkanlardan istifadə etmək səyini nəzərdə tuturdu.
Dövlət intizamınin tələbləri dövlətin və onun orqanlarının müxtəlif sahələrinə- planlaşdırmağa, maliyyələşdirməyə, müqavilə təhhüdlərinə və i.a. aid idi.
Dövlət intizamı əmək intizamı ilə, həmçinin sosialist qanunçuluğu və hüquq qaydaları ilə sıx əlaqədar idi.

Sov.İKP - nin XXVII qurultayı plan, müqavilə, texnologiya intizamının pozulmasına yol verildiyini qeyd edərək, ictimai fəaliyyətin bütün sahələrində dövlət intizamının daha da möhkəmləndirilməsinin zəruri olduğunu göstərmişdi. Qurultay bu vəzifənin həyata keçirilməsinin aşağıdakı əsas yollarını müəyyən etmişdi: dövlət planlarının və tapşırıqlarının yerinə yetirilməsi uğrunda rəhbər kadrların məsuliyyətini yüksəldilməsi; tapşırılmış iş sahəsi üçün fərdi məsuliyyət haqqında Lenin prinsipinin ardıcıl olaraq həyata keçirilməsi; nöqsanlara qarşı qəti mübarizə aparmaq üçün onların cəsarətlə aşkara çıxarılması; planlaşdırmanın və iqtisadi stimullaşdırmanın təkmilləşdirilməsi, təşəbbüskarlıq və yaradıcılığın inkişaf etdirilməsi;
Sov.İKP MK - nın noyabr (1979) plenumunda da bütün səviyyələrdə, bütün iş sahələrində dövlət intizamının möhkəmləndirilməsi zərurəti qeyd edilmişdir. L. İ. Brejnev göstərmişdir: "Qarşımızda duran vəzifələr, xüsusən, plan tapşırıqlarının, qəbul edilmiş qərarların yerinə yetirilməsi uğrunda nəzarəti gücləndirməyi, kəskinləşdirməyi tələb edir. Bu məsələlər öz konkret təcəssümünü "Təsərrüfat mexanizminin daha da təkmilləşdirilməsi, partiya və dövlət orqanlarının vəzifələri haqqında" (1979) Sov.İKP MK - nın qərarında və "Planlaşdırılmanın yaxşılaşdırılması və istehsalın səmərəliliyinin və işin keyfiyyətinin yüksəldilməsinə təsərrüfat mexanizmi təsirinin qüvvətləndirilməsi haqqında" (1979) Sov.İKP MK - nın və SSRİ Nazirlər Sovetinin qərarında tapmışdır.

Dövlət intizamının tərbiyə edilməsi işində Kommunist Partiyası həlledici rol oynayırdı. Nizamnaməsində deyilir ki, partiya üzvü dövlət intizamına riayət etməyə borcludur.
Dövlət intizamının möhkəmləndirilməsi uğrunda mübarizədə xalq deputatları Sovetləri və kütləvi ictimai təşkilatlar mühüm yer tuturdular.

ƏDALƏT ABDİNOV, AZƏRBAYCAN KOMMUNİST PARTİYASI MƏRKƏZİ KOMİTƏSİNİN KATİBİ

http://realtv.az
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb