İlham Əliyev və xanımı Stend Atıcılığı İdman Kompleksində tikinti işləri ilə tanış oldular
Gundem
Oxunub: 1 692
22 okt 2014 | 18:31
İlham Əliyev və xanımı Stend Atıcılığı İdman Kompleksində tikinti işləri ilə tanış oldularAzərbaycan prezidenti İlham Əliyev və xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakının Biləcəri qəsəbəsində Stend Atıcılığı İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.

Azerinfo-nun president.az saytına istinadən verdiyi xəbərə görə, idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulan bu kompleksin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb. Hazırda kompleksin baş planına əsasən, ərazidə Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verən bina və qurğuların inşası sürətlə davam etdirilir.
Prezident və xanımı kompleksin stend və güllə atıcılığı sahələri ilə tanış olublar.
Qeyd edək ki, kompleksdə biri həm Olimpiya Oyunları, həm də dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulmaqla beş atıcılıq meydançası tikilir. Atıcılıq meydançalarının hər biri üçün baxış oturacaqları və 500 tamaşaçı yerlik tribuna inşa olunur. Eyni zamanda bütün təchizatları olan dördmərtəbəli mehmanxana, 500 yerlik avtomobil dayanacağı da tikiləcək.
Güllə atıcılığı sahəsi isə 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulub. Buraya 10 metr məsafəyə atıcılıq üzrə qapalı tir də daxildir. Tirdə 80 nəfər idmançı eyni zamanda yarışacaq, 483 tamaşaçı isə yarışların gedişini izləyə biləcək. Əlli nəfər idmançının yarışacağı 25 metrlik məsafəyə yarımqapalı atıcılıq tiri isə 390 tamaşaçı yerlikdir. Burada, həmçinin 50 metrlik məsafəyə 80 idmançının yarışacağı yarımqapalı atıcılıq tiri də quraşdırılır. Bundan əlavə, ərazidə 300 metrlik məsafəyə yarımqapalı atıcılıq tiri də tikilir. Qırx idmançının eyni vaxtda yarışacağı bu tirdə 414 tamaşaçı yeri olacaq. Həm Olimpiya oyunları, həm də dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atıcılıq üzrə qapalı tirlər isə eyni vaxtda 15 idmançının yarışmasına hesablanıb və 500 tamaşaçı yerlikdir.
Güllə atıcılığı binasının tir zallarının hər birində idmançılar, həkimlər, məşqçilər üçün ayrıca otaqlar yaradılıb. Bundan əlavə, binada geniş foye, qeydiyyat mərkəzi, kafe, restoran, gözləmə və istirahət otaqları, konfrans zalları, baxış eyvanları, mətbuat mərkəzi, texniki otaqlar, tibb, dopinq-nəzarət otaqlarının yaradılması da nəzərdə tutulub.
Bu Stend Atıcılığı İdman Kompleksi Avropada ən böyük atıcılıq komplekslərdən biri olacaq.
Dövlət başçısı inşaat işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edəcək.
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub