AZAL işçi qəbul edir, yoxsa gözəllik müsabiqəsi keçirir? Qanunsuzluq
Sosial
Oxunub: 1 370
23 okt 2014 | 07:34
AZAL işçi qəbul edir, yoxsa gözəllik müsabiqəsi keçirir?  Qanunsuzluq18-30 yaşlı qızları işə dəvət edən "AZAL"ın məqsədi nədir?

"Azərbaycan Hava Yolları" QSC təyyarə bələdçisi işləmək istəyən qızların nəzərinə maraqlı bir elan verib. "Azərbaycan" qəzetinin 27 sentyabr 2014-cü il tarixli sayında dərc edilmiş elanda 18-30 yaşlı qızların nəzərinə təyyarə bələdçisi işləmək üçün müsabiqənin şərtləri çatdırılır.

Elanda göstərilir ki, namizədlər müsabiqə yolu ilə seçiləcək və müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən aşağı, 180 sm-dən çox olmayan, çəkisi 75 kq-dan artıq olmayan, Azərbaycan, rus, ingilis və ya başqa xarici dillərdə sərbəst danışmağı bacaran, xarici görünüşü xoşagəlimli qızlar iştirak edə bilər. Bütün sənədlər kadrlar idarəsinə təqdim olunmalıdır.
Elanın məzmununu demək olar ki, tam çatdırdıq. Məqsədimiz "AZAL"ın bələdçi elanına "xoşagəlimli" qızları cəlb etmək deyil. Buna bəlkə də sıradan bir elan kimi baxıb, heç fikir verməmək də olardı. Ancaq bu, sıradan bir məsələ deyil. Niyəsini izah edirik.
Əvvəla, "AZAL"ın bu elanında təyyarə bələdçisi sözləri yazılsa da, məzmunu gözəllik müsabiqələrinin şərtlərini təkrarlayır. 18-30 yaş, boyu 165-180, xarici görünüşü gözəgəlimli İşçi qəbulu elanlarında belə tələblərə rast gəlməmişdik. Yalnız qızlar arasında müsabiqənin keçirilməsi və xarici görünüşə bu qədər "incə tələb"lərin qoyulmasına görə düşünmək olardı ki, "yalnız qızlar"ı hansısa beynəlxalq gözəllik yarışmasının podiumuna çıxaracaqlar. Ancaq söhbət bələdçi vəzifəsinə qəbuldan gedirsə, suallar yaranır ki, məgər indiyədək təyyarə bələdçiləri (bizdə və dünyada) yuxarıda sadalanan şərtlərə uyğun xarici görünüşü xoşagəlimli qızlardırmı? AZAL-la uçan hər kəs görüb ki, təyyarə bələdçiləri sırasında oğlanlar da var və kifayət qədər də yaxşı xidmət göstərirlər. Eləcə də 30 yaşından yuxarı və boyu 165-ə çatmayan, xarici görünüşü ilə diqqəti xüsusi cəlb etməyən bələdçilərimiz var ki, onların xidməti yüksək səviyyədədir. Qazandıqları təcrübədən dolayı orta yaşlı bələdçilər sərnişinlərə daha yaxşı xidmət göstərir. Dəfələrlə şahidi olmuşuq ki, nisbətən yaşlı bələdçilər daha təcrübəlidirlər, yanlarında olan gənc qızlar və ya oğlanlar bir çətinlik çəkəndə dərhal onlara müraciət edirlər.

Müxtəlif xarici ölkələrə tez-tez səfər edən bir neçə şəxslə söhbətlərimizdən də məlum olur ki, beynəlxalq uçuşlarda təyyarə bələdçilərinin xarici görünüşü heç də "gözəgəlimli" olmur. Məsələn, ABŞ-ın dünyaca məşhur Delta aviaşirkətinin təyyarə bələdçiləri sırasında yaşı 40-dan artıq qadın və kişilər eyni peşəkarlıqla xidmət aparırlar. Xarici görünüşdən heç danışmağa dəyməz. Türk Hava Yollarının, Aeroflotun təyyarə bələdçiləri də yaş və görünüşcə müsabiqə şərtlərinə uyğun gəlmirlər. Ümumiyyətlə, xarici ölkələrin bələdçilərinə münasibətdə "xoşagəlimli" anlayışı yoxdur.

Bəs AZAL-ın müsabiqəsinin bu şərtlərlə elan edilməsi qanunvericiliyə uyğundurmu?
Hüquqşünas Qürur Abasov hesab edir ki, elanın mətnində nəzərdə tutulan şərtlər Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələbləri ilə uzlaşmır: "Ümumiyyətlə, təyyarə bələdçisi vəzifəsinə işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi hüquqa uyğun deyil. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində təsbit olunub ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var. Əmək Məcəlləsinin 50-ci maddəsində yerinə yetirilən işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürənin müəyyən olunmuş qaydada müsabiqə elan edə bilməsi nəzərdə tutulub (50.1). Eyni zamanda, Məcəllənin 50-ci maddəsinin ikinci hissəsində müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması bir qayda olaraq elm, təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə nəzərdə tutulur. Həmin müddəada da göstərilir ki, "qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir".

Təyyarə bələdçisi vəzifəsində kişilərin işləməsi bu və ya digər qanunvericiliklə istisna edilməyib. Ona görə də təyyarə bələdçisi vəzifəsinə müsabiqə yolu ilə işə qəbul, eləcə də bu müsabiqədə yalnız bir cinsin (qızların) iştirak edə bilməsinin nəzərdə tutulması əmək qanunvericiliyinin tələbləri ilə ziddiyyət təşkil edir. Çünki, təyyarə bələdçisi vəzifəsi müsabiqə yolu ilə tutulmalı olmayan vəzifədir. Təyyarə bələdçisi vəzifəsində kişilərin işləməsini istisna edən qanunvericilik aktı mövcud deyil".

Hüquqşünas onu da qeyd edir ki, işçilərin müsabiqə yolu ilə işə qəbulu qaydaları və şərtləri Nazirlər Kabineti tərəfindən müəyyən olunmalıdır, lakin indiyədək NK tərəfindən də belə bir normativ sənəd qəbul olunmayıb: Konkret halda təyyarə bələdçisi vəzifəsi müsabiqə yolu ilə tutulmalı olan vəzifələrə aid deyil. Ona görə də bu vəzifəni tutmaq üçün müsabiqə keçirmək qanunsuzdur. Müsabiqənin şərtləri də qanuna uyğun deyil. Belə çıxır ki, əgər müsabiqədə iştirak edən şəxsin çəkisi 75 kiloqramda 300 qram artıq olarsa, eləcə də onun boyu 164 sm və ya 181 sm olarsa, AZAL onun sənədlərini qəbul etməyəcək. Yaxud bu qızların "xoşagəlimli" olmasına kim qərar verəcək? Bəlkə işə qəbuldan başqa gözəllik müsabiqəsi də keçirilir ki, onların xarici görünüşünə qiymət verilsin? Ümumiyyətlə, AZAL-ın belə bir müsabiqə elan etməsi, müsabiqənin şərtləri əmək qanunvericiliyinə ziddir, insan hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılmasıdır".

Müsabiqənin yalnız qızlara aid və göstərilən şərtlərlə elan edilməsinə münasibət öyrənmək üçün AZAL-ın kadrlar idarəsi ilə əlaqə saxladıq. Kadrlar idarəsindən Analitik.az-a bildirdilər ki, hazırda bələdçi vəzifəsinə qızlara tələbat olduğundan işçi qəbulu bu cür aparılır: Hazırda oğlanlara ehtiyac yoxdur. Ona görə də qız bələdçilərin işə qəbulu ilə bağlı seçim aparılır. İdarənin əməkdaşı bələdçi vəzifəsinə işçi qəbuluna yaş məhdudiyyəti və digər kriteriyaların qoyulmasını isə belə əsaslandırdı: Bu kriteriyalar sağlamlıqla bağlıdır. Bizə yuxarıdan belə göstəriş veriblər. Gələcəkdə oğlan işçilərə də ehtiyac yaranarsa, onunla bağlı da addımlar atılacaq."


Belə Yuxarının göstərişi ilə işləmək olar, ancaq bu, qanunu pozmağa əsas vermir. Nə qədər "yuxarı" olsa da, qanun hamıdan yuxarıdır, üstündür. "Yalnız xoşagəlimli qızlar üçün" müsabiqənin keçirilməsi isə qanun pozuntusudur. Bir də yalnız qızların xoşagəlimli olmasını hansı meyarlarla, kim müəyyən edəcək? Axı qızların xarici görünüşünün xoşagəlimliyi daha çox zövq məsələsidir... "AZAL"ın elə bir zövq komissiyası" varmı?.

Analitik.az
Dünən, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Dünən, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Dünən, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 14:34
Akademik Zərifə Əliyeva
Dünən, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Dünən, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Dünən, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Dünən, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Dünən, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Dünən, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Dünən, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Dünən, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Dünən, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Dünən, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Dünən, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Dünən, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Dünən, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Dünən, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Dünən, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Dünən, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Dünən, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Dünən, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
15-04-2024, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
15-04-2024, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
15-04-2024, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
15-04-2024, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR