Türkmən qəsəbəsi Kobanidən daha çox təhlükədədir
Dunya
Oxunub: 1 360
23 okt 2014 | 15:22
Türkmən qəsəbəsi Kobanidən daha çox təhlükədədir"İŞİD hər gün türkmənlərin yaşadığı kəndlərə, qəsəbələrə, şəhərlərə hücum edir. Ötən gün İŞİD türkmənlərin yaşadığı Qaratəpə qəsəbəsində 10 türkməni qətlə yetirib".

Bunu APA-ya açıqlamasında Kərkük İnformasiya Agentliyinin və "Türkmeneli TV"-nin Türkiyə təmsilçisi, İraq Türkmən Cəbhəsinə daxil olan Türkməneli Partiyası sədrinin müşaviri Ersan Sarıkahya söyləyib.

E. Sarıkahya deyib ki, Telaferdə olduğu kimi, bu günə qədər hazırda İŞİD-in mühasirəyə aldığı Qaratəpəyə İraq mərkəzi hökuməti, ordusu, Şimali İraq Kürdüstan Muxtariyyətinə bağlı peşmərgə gücləri, ABŞ və müttəfiqlərinin hava qüvvələri tərəfindən hər hansı dəstək verilməyib: Artıq İŞİD Mosulda İraq ordusunun bazasından ələ keçirdiyi hərbi texnikadan türkmən kənd, qəsəbə və şəhərlərinə hücumda istifadə etməyə başlayıb. Söhbət tək Qaratəpədən getmir. Ancaq İŞİD-in hücumuna məruz qalan çoxlu sayda türkmən yaşayış qəsəbələrinin adları nə İraq hökuməti, nə də dünya birliyi tərəfindən dilə gətirilmir. Bu gün Kobaniyə göstərilən diqqət Qaratəpəyə göstərilmədi. Ancaq hazırda İŞİD-in mühasirəyə aldığı türkmən qəsəbəsi Qaratəpədəki mülki şəxslərin sayı Kobanidəki əhalidən dəfələrlə çoxdur. Kobanidə faktiki mülki şəxslər qalmayıb, lakin 20 mindən çox əhalisi olan Qaratəpədə çoxlu sayda mülki şəxs qətliam təhlükəsi altında yaşamaqdadır. Xüsusən İŞİD şiə türkmənlərin heç bir yerdə qalmamasına, yaşamamasına çalışır. Türkmənlər yüngül silahlarla böyük qəhrəmanlıq göstərərək mühasirə vəziyyətinə düşmüş Əmirli şəhərinin müdafiə edilməsinə və mühasirədən çıxarılmasına nail oldular. Ancaq Qaratəpənin müdafiəsini təşkil etmək, müqavimət göstərmək imkanları çox azdır. Artıq 10 nəfər öldürülüb, ancaq bu, 10 nəfərlə bitməyəcək, bu gün, ya sabah Qaratəpədə bir faciə yaşana bilər.

Ağır silahlara malik İraq ordusu, peşmərgə kimi qüvvələrin İŞİD qarşısında duruş gətirə bilmədiyini qeyd edən E. Sarıkahyanın sözlərinə görə, belə bir qüvvəyə qarşı türkmənlər təklikdə müqavimət göstərə bilməz. O, nəzərə çatdırıb ki, Səddam Hüseyn dönəmində ordunun rəhbərliyində general və digər yüksək rütbə daşımış hərbçilərin, əsgərlərin çoxu sünni ərəblər olub və onlar hazırda İŞİD-lə birləşib: "İŞİD tək bir təşkilat kimi başa düşülməməlidir. İraqdakı İŞİD-in tərkibində müxtəlif qruplar var. Səddam Hüseyn dönəmində orduda xidmət etmiş hərbçilər də İŞİD qrupunda döyüşür. Bu qüvvələr coğrafi baxımdan o torpaqları, zəif və güclü istiqamətləri daha yaxşı tanıyır, ən böyük üstünlüklərindən biri də budur".

İraq Türkmən Cəbhəsinin İraq mərkəzi hökumətinə türkmən yaşayış məntəqələrinin qorunması üçün silahlı birləşmələrin yaradılması və silahlandırılması barədə təklifinə müsbət cavab verilmədiyini, beynəlxalq dəstək verilmədiyi müddətdə bunun mümkün olmayacağını söyləyən E. Sarıkahya artıq İraq ordusuna bağlı olan türkmən silahlı birləşmələrinin yaradılması prosesinə başlandığını açıqlayıb: "Biz Tuzhurmatının müdafiəsi üçün türkmənlərdən ibarət diviziyanın yaradılması, onlara ağır silahların verilməsi üçün müraciət etmişdik. Lakin o zaman bizim müraciətimizə cavab verilmədi. Bu dəfə isə əslən Telafer türkmənlərindən olan nüfuzlu şiə din xadimi Məhəmməd Taki əl-Mövla böyük səy göstərdi və nəticədə İraq hökuməti Kərbəlada Telafer müdafiə diviziyasının yaradılmasına icazə verdi. Bu gün Kərbəlada tank və digər ağır silahlarla təchiz edilmiş türkmən gənclərdən ibarət Telafer müdafiə diviziyasının formalaşdırılması prosesi başa çatıb. 1000 nəfərdən ibarət diviziyası tamamilə türkmən gənclərdən formalaşdırılıb. Lakin onların sayı azdır, qısamüddətli hərbi təlim keçiblər, qarşılarında isə böyük hərbi təcrübəsi və texnikası olan İŞİD var".

E. Sarıkahya bir neçə ay əvvəl Kərkük və ətrafdakı türkmən yaşayış məntəqələrinin müdafiəsi məqsədilə könüllü türkmən gənclərindən ibarət 5 min nəfərlik birləşmənin yaradıldığını, ancaq onların müəyyən yollarla əldə etdikləri yüngül silahlarla silahlandığını, peşəkar hərbi təlim keçmədiklərini xatırladıb.
E. Sarıkahya onu da bildirib ki, İraqda Telafer və digər yaşayış məntəqələrini tərk etmək məcburiyyətində qalmış 100 mindən çox türkmən İraqın müxtəlif bölgələrində çadır şəhərciklərində çox ağır vəziyyətdə yaşamaqdadır, onlara dünya birliyindən hər hansı dəstək yoxdur: Söhbət insani durumun nəzərə alınmasından gedir. Çadırda yağış altında, palçıqda, sağlamlıq üçün ağır fəsadlar törədəcək şəraitdə yaşayan uşaqları görəndə insan qəlbinin dözməsi mümkün deyil. Ancaq bunu kimsə dilə gətirmir. Keçən həftə çadır şəhərciklərinin birində bir türkmən uşağın ürəyi dayandı, UNİCEF yardım etdi. Ancaq o çadır şəhərciklərdə yardıma ehtiyacı olan və həyatını itirən çoxsaylı uşaq var".
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO