Malayziya səfiri: "Dağlıq Qarabağla bağlı məsələlərdə həmişə Azərbaycanı dəstəkləmişik"
Siyaset
Oxunub: 1 181
24 okt 2014 | 14:34
Malayziya səfiri: "Dağlıq Qarabağla bağlı məsələlərdə həmişə Azərbaycanı dəstəkləmişik""Əməkdaşlığımız daha yüksək səviyyəyə qalxacaq, mən buna əminəm"

Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Əbdul Rəhmanla müsahibəsi

- Cənab səfir, Malayziya ilə Azərbaycan arasındakı əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi bu ilin sentyabrın 12-də ölkəmizin baş naziri Azərbaycana səfər edib. Bu, Azərbaycana səfər edən ilk malayziyalı baş nazir idi. Görünür onun səfərinədək o qədər də çox iş görülməmişdi. İstənilən halda biz İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində işləmişik.
Biz həmçinin Azərbaycan rəsmiləri üçün kurslar nəzərdə tutan Malayziya Texniki Əməkdaşlıq Proqramını təklif edirik. Menecment, habelə ölkəmizin öz təcrübəsini bölüşə biləcəyi digər sahələri öyrənmək istəyənlər Malayziyaya gələ bilərlər. 1993-cü ildən tətbiq olunan bu proqram əsasında artıq 40-50 rəsmi şəxs ölkəmizdə olub. Ümid edirik ki, baş nazirimizin səfərindən sonra bu proqramı genişləndirə və daha çox adamı cəlb edə bilərik.

- Sizcə, Azərbaycanla Malayziya hansı sahələrdə əməkdaşlığı genişləndirə bilərlər?

- Şübhəsiz ki, sizin gücünüz neft və qazdadır. Biz bu istiqamətdə sabit əməkdaşlıq qurmaq istərdik. Bəlli olduğu kimi Malayziyanın böyük neft şirkəti olan "Petronans" Malayziya baş nazirinin Azərbaycana səfər çərçivəsində ARDNŞ-lə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Biz ARDNŞ-lə sıx əməkdaşlıq etmək istərdik.

- İki şirkət arasında hansısa konkret layihələr varmı?

- Fikrimcə, tezliklə olacaq. Biz geniş əməkdaşlıq qurmağı planlaşdırırıq. Zənnimcə, Petronansla ARDNŞ özləri bu layihələr haqda bəyanat versələr, daha yaxşı olardı.

- İki ölkə arasında hansı sazişlər imzalanmalıdır?

- Biz artıq Birgə Bəyannamə, habelə qarşılıqlı anlaşma haqda memorandum imzalamışıq. Həmçinin Malayziyanın Beynəlxalq Münasibətlər və Diplomatiya İnstitutu ilə azərbaycanlı diplomatlar üçün treninqi nəzərdə tutun saziş imzalanıb. Düşünürəm ki, Azərbaycan prezidentinin Malayziyaya səfəri zamanı daha çox sazişlər imzalanacaq. İndi həmin səfərin hazırlığı üzərində işləyirik.

- Ölkələrimiz arasındakı ticarət əlaqələrinin səviyyəsini necə dəyərləndirirsiniz?

- 2013-ci ildə ticarət dövriyyəsinin həcmi 18.2 mln. dollar təşkil edib. Göstəricilər kifayət qədər aşağıdır. Malayziyadan Azərbaycana ümumi ixrac 15.3 mln. dollar, Azərbaycandan Malayziyaya isə 3 mln. dollar təşkil edir. Ümid edirəm ki, iki ölkə liderlərinin səfərindən sonra müvafiq göstəricilər artmağa başlayacaq.

- Sizcə, Azərbaycan malayziyalı iş adamları üçün maraqlı ola bilərmi? Ölkəmizə sərmayədarlarınızı cəlb etmək olarmı?

- Şübhəsiz ki, əməkdaşlığımız daha yüksək səviyyəyə qalxacaq, mən buna əminəm. Baş nazirimiz ölkənizə səfəri zamanı Bakının inkişafının, arxitekturasının onda xoş təəssürat oyatdığını bildirib. Biz daşınmaz əmlak, inşaat və turizm sahələrində əməkdaşlıq edə bilərik. Azərbaycan malayziyalılar üçün ekzotik ölkədir. Azərbaycan barədə məlumatlı deyilik. Baş nazirimizin ölkənizə səfəri zamanı Malayziya televiziyasında Azərbaycan haqqında bir sıra sənədli film nümayiş olunub və malayziyalılar ölkəniz haqda müəyyən məlumat əldə ediblər. Həmçinin Malayziyada təhsil alan az sayda azərbaycanlı tələbələr var. Biz tələbə mübadiləsi sahəsində də əməkdaşlıq edə bilərik. Daha bir maraqlı fakt ondan ibarətdir ki, azərbaycanlılar 30 gün müddətinə Malayziyaya vizasız səfər edə bilərlər.

- Sizcə, "Malaysian Airlines" şirkətinə məxsus təyyarələrlə bağlı son iki hadisə ölkənizə turist axınına mənfi təsir göstərə bilərmi?

- Dəqiq məlumatım olmasa da, baş verənlərin təsirsiz ötüşmədiyini deyə bilərəm. Edilən sifarişlər ləğv olunub. İkinci təyyarə vurulub və biz kimin günahkar olduğunu aydınlaşdırmalıyıq. Hansısa tərəfi ittiham etmək istəmirik, bu hadisəni araşdırmalıyıq. İstənilən halda Malayziyaya çatmaq üçün yetərincə başqa yollar var. Malayziyaya səfər etmək istəyən şəxslər "Turkish airlines", "Qatar airways" və digər şirkətlərin xidmətlərindən yararla bilərlər. Malayziyada turizm bahalı deyil, həm də hava şəraiti həmişə yaxşıdır.

- Altı ay öncə yoxa çıxmış Malaysian airlines təyyarəsi ilə bağlı yeni bir məlumat varmı?

- Hazırda Avstraliya hökuməti ilə birgə araşdırmanın ikinci mərhələsindəyik. Biz dənizin dərinliklərini öyrənirik. Bu, çox bahalı əməliyyat olsa da, təyyarə ilə bağlı baş verənləri öyrənməliyik.

- Ölkələrimiz arasında parlament əlaqələrinin səviyyəsini necə qiymətləndirirsiniz? Malayziya parlamenti tərəfindən Xocalı soyqırımının tanınması mümkündürmü?

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə həmişə Azərbaycanı dəstəkləmişik. Biz öz dəstəyimizi İslam Əməkdaşlığı Təşkilatı, habelə BMT Baş Assambleyası vasitəsi ilə ifadə etmişik. Bütün qətnamələrlə bağlı səsvermələrdə Azərbaycanın xeyrinə səs vermişik. Azərbaycanla Malayziya arasında qardaşlıq münasibətləri var. Bizim mövqeyimiz BMT Baş Assambleyasının 243 nömrəli qətnaməsində (erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması) əks olunub. Bu, Azərbaycana dəstək deməkdir. Mən və baş nazirimiz başa düşürük ki, bu məsələlər Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir. Parlamentlərarası əlaqələrə gəldikdə isə bu, əlaqələrin başlanğıcıdır. Əgər baş nazir səfər edibsə, iki ölkə lideri arasında daha çox mübadilə olacaq.

- Azərbaycanla Malayziya arasında hərbi əməkdaşlıq mövcuddurmu?

- Hazırda bu sahədə əməkdaşlıq yoxdur. Lakin düşünürəm ki, bunun üçün böyük potensial var. Bakıda keçirilən Beynəlxalq Müdafiə Sərgisində Malayziya müdafiə nazirinin müavini də olub və o, gələcəkdə bu istiqamətdə əməkdaşlıq qurmağa imkan verəcək məqamları öyrənib. Fikrimcə, Azərbaycan prezidentinin Malayziyaya səfərindən sonra əməkdaşlığımız daha da genişlənəcək. Ticarət üzrə göstəricilər artacaq və biz müdafiə sənayesi sahəsində nə etmək mümkün olacağını nəzərdən keçirəcəyik. Sizdə müdafiə sahəsində əməkdaşlıq edə biləcəyimi maraqlı istiqamətlər var. Malayziya baş naziri ilə Azərbaycan prezidenti bununla bağlı müzakirələr aparıblar.
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE