İki nəfər birləşib 22 yaşlı gənci vəhşicəsinə öldürdü - Yenilənib
Kriminal
Oxunub: 1 355
25 okt 2014 | 13:52
Sabunçuda baş verən qətl hadisəsinin təfərrüatları bəlli olub.

APA-nın məlumatına görə, hadisə Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində "Göl" deyilən ərazidə qeydə alınıb.
Lənkəran şəhərində anadan olan 18 yaşlı Asim Bünyadov, dostu, 20 yaşlı Xızı rayon sakini Yarəli Dadaşovla birlikdə şəxsi münasibətlər zəminində tanışları Gədəbəy rayon sakini, 22 yaşlı Röyal Səfərovu qətlə yetiriblər.
Tanışlar arasında münasibətlərin pozulmasına pul səbəb olub.
Belə ki, Röyal bir müddət əvvəl Asimdən borc pul alıb. Asim pulunu tələb edən zaman tərəflər arasında mübahisə düşüb. Bundan sonra Asim Maştağa qəsəbəsində yaşayan Röyal Səfərovu aralarında yaranan mübahisəni həll etmək üçün yaşadığı "Savalan" yeni yaşayış massivinə dəvət edib.
Asim Röyalla söhbətə dostu Yarəlini də çağırıb. Tərəflər göl qırağında görüşüblər. Asim orada yenidən pulunu tələb edib. Eşitdiyi cavab onu qane etmədiyindən üzərində olan bıçaqla Röyala çoxsaylı zərbə endirib.
R. Səfərovun öldüyün görən dostlar hadisə yerini tərk ediblər.
Qətldən 20 saat sonra A. Bünyadovla Y. Dadaşov 14-cü polis bölməsinə gələrək könüllü təslim olublar. Onların ifadəsindən sonra hadisə yerinə gedən polis əməkdaşları R. Səfərovun meyitini orada aşkarlayıblar. Şübhəli şəxs qismində saxlanılan dostlar Sabunçu Rayon Prokurorluğuna təhvil veriliblər.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

***

Dünən gecə Bakının Sabunçu rayonunda qanlı cinayət baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakinləri 1994-cü il təvəllüdlü Yarəli Dadaşov və 1996-cı il təvəllüdlü Asim Bünyatov 1992-ci il təvəllüdlü Röyal Nəcəfovu çoxsaylı bıçaq xəsarətilə qətlə yetirib. Hadisənin törədilməsinə səbəb borc pul olub.
Daha sonra onlar Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsinə gələrək hadisə barədə məlumat veriblər. Onlar könüllü təslim olublar.
Qətli araşdıran rayon prokurorluğunun müstəntiqi Tural Haqverdiyev cinayətlə bağlı açıqlama verməkdən imtina etdi.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ