Azərbaycanda dəhşətli olay: canavar 4 nəfəri parçaladı - YENİLƏNİB
Hadise
Oxunub: 1 520
27 okt 2014 | 16:10
Yaralılardan biri hamilədir

Ötən gecə canavar dişləməsi ilə bağlı Cəlilabad rayon Mərkəzi Xəstəxanasına gətirilən 4 şəxsin vəziyyəti normaldır. Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyev APA-ya açıqlamasında deyib ki, yaralananlara ilkin tibbi yardım göstərilib. Onların tam nəzarətdə olduqlarını deyən baş həkim qeyd edib ki, xəsarət alanların vəziyyəti normaldır və həyatı təhlükələri yoxdur: "Quduzluq əleyhinə vaksinlər vurulub, öldürülən canavar Dövlət Baytarlıq Xidmətinə təhvil verilib və onun quduz olub-olmaması yoxlanılacaq. 1995-ci il təvəllüd Şahmarova Əfsanə Yusif qızı, 2003-cü il təvəllüdlü Şahmarova Aygül Yusif qızıl, 1994-cü il təvəllüdlü Şahmarova Nurçiçək Yusif qızı və 1998-ci il təvəllüdlü Şahmarov Vüsal Yusif oğlu xəstəxanada ambulator müayinə alırlar. Onların heç bir şikayətləri yoxdur və vəziyyətləri normaldır".

İ.Əliyev qeyd edib ki, xəsarət alanlardan Əfsanə Şahmarova 4 aylıq hamilədir. Hadisədən sonra onun səhhətinə heç bir problemin yaranmadığını deyən baş həkim qeyd edib ki, müəyyən məsləhətləşmələr aparılıb, quduzluğa qarşı vaksin vurulub.
Qeyd edək ki, Cəlilabad rayonunun Buravar kəndində canavar evə soxulub və ailənin 4 üzvünü yaralayıb.
Canavar yaralananlardan biri Vüsal Şahmarov tərəfindən öldürülüb.

*****

09:56

Cəlilabad rayonunda dəhşətli hadisə baş verib. Buravar kəndində canavar evə soxulub və ailənin 4 uşağını yaralayıb.

Lent.az-ın Milli.az-a istinadən məlumatına görə, hadisə dünən saat 19 radələrində baş verib. Canavar Yusif Şahmarovun evinə soxulub və bu zaman ev sahibinin 3-cü sinifdə oxuyan qızı Aygün qapının yaxınlığında əlində vedrə dayanıb həyətə baxırmış. Bu vaxt qız həyətdən ona tərəf işığın irəlilədiyini görüb. Yaxına gedəndə isə onun canavar olduğunu anlayıb. Aygün qaçaraq evə girmək istəyib, lakin pilləkəndə canavar onun qolundan yapışaraq həyətə sürüyüb.

Aygünün evdə televizora baxan qardaş-bacıları qışqırığa bayıra çıxıblar. Aygünün 16 yaşlı qardaşı Vüsal onu canavardan alsa da, digər bacılarını qoruya bilməyib. Canavar iki qızı da bədənlərinin müxtəlif nahiyələrindən dişləyib. Vəziyyəti çətin görən Vüsal canavarı boğmaq üçün sağ qolunu onun boğazına soxub. Qolundan ağır yaralar alsa da canavarı öldürməyə nail olub.

Uşaqların dördü də xəstəxanaya çatdırılıblar.

Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ