Xəstəxana, yoxsa alverxana?
Bolge
Oxunub: 1 397
29 okt 2014 | 19:14
Deyəsən belə bir gedişlə Ramiz Pirverdiyevin rəhbərlik etdiyi xəstəxananın həyətində "Dubay" malları da satılacaq





Bir müddət bundan əvvəl, Gədəbəy rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyevin qol qoyduğu maxinasiyalardan bəhs etmişdik. Yazıb bildirmişdik ki, baş həkim olaraq o, nəinki idarəçiliyində, hətta nəzarətində olduğu digər sahələrdə də əməlli-başlıca qanunsuzluqlara qol qoymaqdadır. Məsələn, informasiya mərkəzimizin əməkdaşı bir müddət bundan əvvəl adı çəkilən xəstəxananın giriş hissəsində yerləşən yeməkxanada olarkən, belə bir məlumat əldə edə bilir ki, həmin yeməkxana Ramiz həkimə məxsusdur. Əldə olunan məlumatın nə dərəcədə dəqiq olub-olmaması barədə bir söz deyə bilməsək də, deyəcəyimiz söz o olacaq ki, həmin yeməkxanada satılan spirtli içkilərin "aksız markası" olmayıb. Belə olan halda məcbur olduq ki, bu haqda vergi orqanlarına yazılı məlumat verək ki, qeyd olunan ünvanda yoxlama aparıb, sadalanan faktın həqiqiliyini aşkara çıxara bilsinlər. Bəli, ünvanlanan müraciət əsasında həmin yeməkxanada yoxlama aparılarkən məlum olur ki, həqiqətən də sadalanan fakt düzdür. Belə olan təqdirdə ünvan sahibi qanunvericiliyin tələbi əsasında, müəyyən olunmuş qaydada cərimə olunur və bu haqda da yazılı cavab əldə etmişik.
Bir müddət keçdikdən sonra əməkdaşımızı Gədəbəy rayonuna təkrar ezam etdik ki, bu dağlıq rayonu haqda daha ətraflı məlumatları əldə edə bilsin. Bəzi kəndlərdə, qəsəbələrdə, iri yaşayış məntəqələrində və.s olduqdan sonra, əməkdaşımızın rayonun mərkəzi xəstəxanasına baş çəkməsi, onun müdhiş bir olayla üz-üzə qalmasına səbəb olur. Əməkdaşımız görür ki, həmin günün səhər saatlarında xəstəxananın giriş qapısında əməlli-başlıca bazar açılıb. Yəni, bir satıcı xəstəxananın giriş qapısının bir tərəfində dayanıb xırdavat malları satır, başa birisi balıq alveri edir, digərləri isə xəstəxananı otaq-otaq gəzib özlərinə müştəri axtarmaqdadırlar.
Ümumi mənzərənin çəklişini çəkib şəklişi informasiya mərkəzimizə çatdıran əməkdaşımız bildirir ki, Gədəbəy rayon Mərkəzi Xəstəxanasının həyəti səhər saatlarında sanki kolxoz bazarına bənzəyir. Alan kim, satan kim, hay-həşir edən kim! Yəni xəstəxananın həyətində paraşokdan tutmuş balığa qədər nə istəsən ala bilərsən. Əslində satıcıların xəstəxananın həyətinə köç etmələrinin özəl səbəbləri var. Bu onunla bağlıdır ki, mal satan satıcılar həmişə çalışırlar ki, jirnı alıcı əldə edə bilsinlər. Belə bir alıcılar da Gədəbəy rayon Mərkəzi Xəstəxanasında. Çünki, bu xəstəxanada çalışan hər kəs, xəstəxanaya üz tutan xəstəni elə "soyur" ki, onun nəinki əti, hətta qanı belə qalmır. Bu yolla ciblərini "qalın" edənlər, satıcılar üçün "jirnı" alıcıya çevrilirlər. Sözsüz ki, onların da, "jirnı" alıcıya çevrilmələrinin kökündə Ramiz həkimin yaratdığı şərait, tətbiq etdiyi "bezpredel" idarəçilik durur.
Maraqlı haldır ki, görəsən nə vaxtdan mərkəzi xəstəxananın həyətində xırdavat mallardan tutmuş paraşok, balıq və.s kimi məhsulların satışına icazə verilməsi haqda rəhbərliyin qərarı verilib. Yoxsa, belə bir addımın atılması Ramiz həkimin daxili qərarıdır. Bax bu haqda düşünmək, bir qədər götür-qoy etmək gərəkdir ki, yaşanan olaylardan az-şox xəbər tutmaq mümkün olsun. Yoxsa, bizi də jirnı alıcı axtarışında olan satıcılar həmin ünvanda satarlar.
Ətraflı və geniş açıqlamalarımızı yaxın günlərdə oxuya bilərsiniz.
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu