Sürüşən və çat verən bina (FOTO)
Sosial
Oxunub: 1 624
30 okt 2014 | 18:51
Sürüşən və çat verən bina (FOTO)Sürüşdürülən binada yaşamaq üçün FHN yararlılıq rəyi verməyib

Bakı şəhərinin Füzuli küçəsi 39 ünvanındakı sürüşdürülən tarixi (Hacıniskinin evi kimi tanınan tikili nəzərdə tutulur - red.) binada çatlar yaranıb.

Bu barədə ANS PRESS-in qaynar xəttinə bina sakinləri məlumat veriblər. Sakinlər bildiriblər ki, yaranan problem onları narahat edir.

Şikayət daxil olandan sonra həmin ünvana yollandıq. Müşahidələrimiz zamanı gördük ki, həqiqətən də Fizuli küçəsi 39 ünvanında yerləşən və xüsusi əməliyyat nəticəsində 10 metrəyədək sürüşdürülən bina ilk görünüşdən təmir olunmuş təəssüratı yaratsa da Binadakı müxtəlif həcmdə çatlar açıq aydın görunur. 32 ailənin yaşadığı binanın daxilindəki vəziyyəti də ürək açan deyil.

Qeyd edək ki, ötən il sürüşdürülmə prosesi binanın alt hissəsinə yerləşdirilən 210 ədəd hidravlik qurğunun köməyi ilə həyata keçirilmişdi. Saatda 8 sm sürüşdürülən bina hələ 1908-ci ildə neft maqnatları İsa və Kazım bəy Hacınski qardaşları tərəfindən inşa olunub. Onun sürüşdürülməsində məqsəd tarixi memarlıq nümunəsi kimi qorunması və Fizuli küçəsinin genişləndirilməsi idi.

Bakı şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən sürüşdürmə işləri yekunlaşandan sonra binanın yaşayış üçün yararlı olması barədə rəy də alınmayıbmış. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov isə ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, əvvəldən problemli olan bina sürüşdürüləndən sonra daha da təhlükəli ola bilər.

Elə əvvəldən həmin binada problemlər vardı. Həmin istiqamətdə yeraltından metro keçir. Sakinlər binanın titrəməsindən şikayətlənirdilər. Lakin bina sürüşdürüləndən sonra bizim tərəfimizidən binaya baxış keçirilmədi. Amma bizdən rəy almayıblar. Heç biz bu barədə müraciət də olunmayıb, - deyə Xalid Nəcəfov bildirib.

Nazirlik rəsmisi deyir ki, binanın sürüşdürülməsi məsələsini heç əvvəldən də dəstəkləməyib: Mən həmin dövrdə binanın sürüşdürülməsinin əleyhinə idim. Mən təklif edirdim ki, həmin binanın şəklini çəkək. Daşlarını götürək. Sonra binanı sökək və yerində həmin binanın eynisini tikək. Əslində dünya praktikasında tikilinin sürüşdürülməsi kimi praktika var. Moskvada Qorki küçəsində yerləşən bir binanı camaat yaşaya-yaşaya sürüşdürüblər. Bu üsul var. Lakin bizdə bunu necə ediblər, bunu Allah bilir.

Ekspertlərin fikrincə yaxşı olardı ki, həmin binada möhkəmləndirmə işləri aparılsın və bina mütəmadi olaraq nəzarət altında olsun Azərbərpa elmi-tədqiqat layihə institutunun memarı Telman Kərimlinin ANS PRESS-ə verdiyi məlumata görə, əsas odur binanın özülündə problem olmasın.

İndi binadakı çatlar yoxlanılmalıdır. Yaranmış problemlər aradan qaldırılmalıdır. Çatlar möhkəmləndirilməlidir. Bina mütəmadi olaraq nəzarətdə olmalıdır, - deyə Telman Kərimli bildirib.

Mütəxəssislərin əksəriyyəti isə düşünürlər ki, əgər paytaxtda güclü təkanlar olarsa, binada dağıntılar ola bilər. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli ANS PRESS-ə açıqlamasında bildirib ki, Bakıda 7-8 bal gücündə zəlzələ olarsa, sürüşdürülən binada böyük problemlər yarana bilər.

Bakıda çox güclü təkan olarsa, bir çox köhnə binalar dağılacaq. Çox güman ki, elə bu sürüşdürülən binanın da aqibəti yaxşı olmayacaq, - deyə Tahir Məmmədli vurğulayıb.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Bakı meriyasından bildirildi ki, yaranmış təşvişə ehtiyac yoxdur. Vurğulanıb ki, sürüşdürülən binaya mütəxəssislər baxıblar və rəy veriblər. Bildirilib ki, binadakı çatlar genişlənən deyil. Bu səbəbdən də, həyəcanlanmağa əsas yoxdur.

FOTO: Polad Qasımov
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi