Siyasi qoturları qaşımaq mövsümü başladı Əli Kərimlinin şər dəstəsi yenə..
Siyaset
Oxunub: 1 376
30 okt 2014 | 20:15
 Siyasi qoturları qaşımaq mövsümü başladı  Əli Kərimlinin şər dəstəsi yenə..Hakimiyyətlə gizli anlaşma içərisində olan Fuad Qəhrəmanlı missiyasına uyğun olaraq, qəzetimizə böhtanlarını davam etdirir.

AXCP sıralarında başlamış istefalar, gedənlərin Əli Kərimlini və partiya rəhbərlərini ifşa edən açıqlamaları təşkilatın şər makinasını yenidən işə salıb. Bu cür hallarda AXCP rəhbərliyi diqqəti özlərindən yayındırmaq üçün adətən, Müsavatın, ya da Yeni Müsavat qəzetinin üstünə gəlirlər. Ssenari də məlumdur - sən demə, bunların əslində siyasi iflası olan çöküşləri hakimiyyətin yüksək miqdarda pul xərcləyərək, bizlərə də sifariş verərək, təşkil etdiyi sui-qəsddir. Sıralarından gedənləri də dərhal xain adlandırırlar.
Arsenal kasad olduğu kimi, bunu icra edənlər də azsaylıdırlar. AXCP ilə Müsavatın arasını vurmaq, ana müxalifət təşkilatı olan Müsavatı gözdən salmaq, ləkələmək kimi hakimiyyət qarşısında öhdəlik götürmüş Fuad Qəhrəmanlı bəzən aylarla susur. Danışanda da, bir qayda olaraq, yalnız Müsavat Partiyasına və Yeni Müsavat qəzetinə qarşı danışır. İddialara görə, görə onu məhz bu fəaliyyəti və gələcək öhdəçiliyinə görə, hakimiyyət bir vaxtlar həbs etmədi. Arif Hacılı və başqa müxalifət funksionerləri uzun zaman həbsdə qaldı; eyni ittiham üzrə yalnız bir nəfər azadlıqda saxlandı - Fuad Qəhrəmanlı.

O zamandan bu yana, Fuad Qəhrəmanlının "həyat və yaradıcılığı" ancaq və ancaq Müsavat Partiyasına və "Yeni Müsavat" qəzetinə həsr olunub. Bu adam intriqa yayır, ağ yalanlar danışır, müsavatçılara şər atır, müxalifət mühitini bulandırır. Buna görə də bütün təminatları həll olub: Hətta o dərəcədə ki, artıq kənarda "başqalarını da təmin edir..."

Əli Kərimlinin şər makinası kimi virtual məkanda böhtan ifraz edən F. Qəhrəmanlı bu dəfə də şakərinə uyğun olaraq, "Yeni Müsavat" qəzetinin üstünə gəlib. Nəyə görə? Bəyin hücum bəhanəsinə nə səbəb olub? Qəzetimiz AXCP-dən istefalar barədə xəbərlər dərc edib! Bu qədər bəsit. Buna görə də yenidən hədəfə götürülmüşük. Qəhrəmanlı üçün də meydan açılıb, üzərinə götürdüyü təəhhüdü icra etmək üçün bundan gözəl fürsət ola bilərmi.
Deməli, Əli Kərimlinin yayın orqanı olan "Azadlıq" qəzeti Müsavat Partiyası haqqında, oradan istefalar, bəyanatlar barədə səhifə-səhifə yazılar yazar, qurultaya görə bu təşkilatdan narazı qalanların hətta sosial şəbəkələrdəki statuslarından məqalələr düzəldə bilər, Müsavatı guya artıq iflas olan təşkilat kimi təqdim edər, amma biz Əli Kərimlinin müşaviri Şakir Abbasovun, Qarabağ qazisi İslam Mahmudovun istefa və bəyanatlarını, (AXCP) Sumqayıt şəhər şöbəsinin 52 üzvünun istefa xəbərlərini verə bilmərik. Sonuncu barədə xəbərlər isə, Fuad Qəhrəmanlının iddia etdiyi kimi, Yeni Müsavatın deyil, agentliklərindir.

Əslində Əli Kərimli başda olmaqla, bu siyasət cüvəllağılarına baş qoşmamaq da olar. Bunları zatən zaman zaman yanlarından gedən dostları özləri ifşa edirlər. Siyasi və insani iflasın son mərhələsini yaşayan bu uğursuzlara fikir verməmək də olardı. Kimdi ki, bunları ciddiyə alan. Ciddiyə alanlar olsaydı, ətrafındakılar niyə gedib dağılırdı.

Sadəcə, bu Əli Kərimlinin bir şakəri var. Hər mövsümdə bir dəfə adamın qaşınması tutur. Tərs kimi, hərə dəfə də özünü gəlib, bizlərə sürtür.

İndi yenə, həmin sezondu. Qaşınması başlayıb. Amma bizim işimiz siyasi qoturları qaşımaq deyil axı... Bizim işimiz, xəbər yazmaq, müəssisəmizi qorumaq, işimizi böyütməkdir. Bu işə görə kimlərin bizdən xoşu gəlmirsə, cəhənnəmə gəlməsin.

İçi də Fuad Qəhrəmanlı qarışıq. Onun hakimiyyətlə gizli anlaşmasına yem vermək nə dərəcədə doğrudur , deyə, özümüzdən sormaqdayıq.

Musavat.com
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO