Azərbaycanda 1 mln. manata yaxın vergidən yayınan şəxs həbs olunub
Kriminal
Oxunub: 1 472
31 okt 2014 | 14:44
Azərbaycanda 1 mln. manata yaxın vergidən yayınan şəxs həbs olunubAzərbaycanda vergidən yayınan şəxs həbs olunub.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən APA-Economicsə verilən məlumata görə, qurum yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş məlumat əsasında aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Bərdə rayonunun Zümürxaç kənd sakini, 11 saylı Ərazi Vergilər Departamentində qeydiyyatda olan Bayramov Fərrux Teymur oğlu (VÖEN: 4000286482) vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsinə məsuliyyət daşıyan cavabdeh şəxs kimi sahibkarlıq fəaliyyəti göstərdiyi dövrdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 130.1, 152.1-ci maddələrinin tələblərini pozaraq, respublikanın müxtəlif rayonlarından 1,6 mln. manat məbləğində kənd təsərrüfatı məhsullarının alınaraq Rusiya Federasiyasına ixrac edilməsindən əldə etdiyi gəlirdən ümumilikdə, külli miqdar təşkil edən 185 min 901 manat məbləğində fiziki şəxslərin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bundan başqa, F. Bayramov 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan fərdi sahibkarlar Xəlilov Asif Vahid oğlunun, Nuruyev Arzu Neymət oğlunun, Orucov Cəmaləddin İbrahim oğlunun və Orucov Orxan Cəmaləddin oğlunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirib, onların adından Azərbaycan ərazisində müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının alınmasını və həmin məhsulların Rusiya Federasiyasına ixrac olunmasını təşkil edib. Bu zaman o, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, ümumilikdə külli miqdar təşkil edən 733 min 769 manat məbləğində fiziki şəxslərin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Qeyd olunan hərəkətlərlə F. Bayramovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyi müəyyənləşdirilərək o, 22 oktyabr 2014-cü il tarixdə şübhəli şəxs qismində tutularaq Bakı şəhəri Yasamal rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilib.
Təqsirləndirilən F. Bayramovun törətdiyi cinayətin xarakterini, azadlıqda qalarsa cinayət prosesini araşdıran orqandan gizlənə, istintaqın gedişinə mane ola biləcəyini və təkrar cinayət törədə biləcəyini nəzərə alaraq, Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə 24 oktyabr 2014-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı F. Bayramov təqsirləndirilən şəxs qismində dindirilmiş, onun imza xətt nümunələri götürülüb, ekspertizalar keçirilib, şahidlər dindirilib. Hazırda dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin ödətdirilməsi, istintaqın yekunlaşdırılıb işin məhkəməyə göndərilməsi üçün zəruri tədbirlər görülür.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO