Oxunub : 82 | Tarix : 7-05-2014, 04:34 | Bölmə: Gundem +A -a

M. Quliyev- 10 may Heydər Əliyevin anadan olmasının 91 -ci ildönümüdür
Ulu öndər Heydər Əiyevin şəxsiyyətinin gerçək miqyası zaman keçdikcə daha aydın dərk olunur. Bütün böyük şəxslərin bir ortaq cəhəti var - onların hamısını tanıyıb, dəyərləndirə bilmək üçün zaman lazımdır. Çünki onlar konkret zamanın çərçivəsində yox, tarixdə yaşayırlar. Heydər Əliyev tarixin yaratdığı şəxsiyyət idi və özü də tarix yaradırdı.
"İstənilən xalqa şəxsiyyətlər lazımdır. Onlarsız keçinmək mümkün deyil",- bunu Heydər Əliyev deyirdi. Amma milli lider onu demirdi ki, zəif xalqların, yaxud kiçik dövlətlərin güclü şəxsiyyətlərə ehtiyacı lap çox olur. Çünki dövlətin müstəqillik qazanması tarixin, həmin müstəqilliyin qorunub saxlanması isə şəxsiyyətlərin işidir. Etiraf etməliyik ki, Azərbaycan 20-ci əsrdə iki dəfə müstəqillik əldə edib və bunların ikisi də tarixin gərdişi - yəni böyük imperiyaların çökməsi nəticəsində baş verib. Birinci müstəqilliyin nəticəsi ancaq ərazi itkisi və böyük qurbanlar oldu. Etiraf etməliyik ki, ikinci də belə ola bilərdi, əgər bu dəfə tarix səhnəsinə Böyük Şəxsiyyət qədəm qoymasaydı. Məhz Heydər Əliyev müstəqilliyimizi dönməz hala gətirdi, dövlətçiliyi formalaşdırdı, ölkəni parçalanmağa qoymadı, savaşı durdurdu və xalqı qırğına vermədi.
Heydər Əliyevin bütün həyatı təsdiqləyir ki, o, məhz tarixdə qalmaq üçün dünyaya gəlmişdi; buna görə də, həm böyük dövlətin - yəni SSRİ-nin,- xadimi ola bilmişdi, həm də sonradan kiçik dövlətin rəhbəri olmasına baxmayaraq, Böyük Dövlət Xadimi kimi dünyada tanınmışdı. Bu baxımdam o, çox nadir bir şəxsiyyətdir.

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı
Məhərrəm Quliyev
(Reytinq:2)

Oxşar xəbərlər