Yevlaxda sahibkardan “əndrəbadi” addımlar
Bolge
Oxunub: 2 834
24 noy 2014 | 23:11
Yevlaxda sahibkardan “əndrəbadi” addımlar

Yevlaxda sahibkardan “əndrəbadi” addımlar
Atılan addımların daha çox Tanırqullar kənd sakinlərinin, bütövlükdə Yevlax şəhər sakinlərinin adına ləkə gətirən addımlar olduğundan, bu gün hər kəs belə bir addımı atanları qınamalı və kəskin etirazını da bildirməlidir


Bir müddət bundan əvvəl informasiya mərkəzimizə Yevlax şəhəri, Tanırqullar kəndinin girəcəyindəki yanacaqdoldurma məntəqəsinin yan hissəsində, İsmayıl adlı şəxsə məxsus olduğu bildirilən kafenin hansı yöndə fəaliyyət göstərməsi haqda, silsilə məlumatlar daxil olmuşdur. Əslində belə bir ünvanın varlığı, həm Tanırqullar kənd sakinlərinin, həm də şəhər sakinlərinin adına xələl gətirməkdədir. Təəssüf doğuran hal odur ki, bu gün həmin ünvanda minbir hoqqalara qol qoyulması, iyrənc addımların atılması, daha dəqiq desək qadınların cinsi istismarına şəraitin yaradılması və.s, yerli hüquq-mühafizə orqanı əməkdaşlarının gözü qarşısında baş verən olaylardır.
İnformasiya mərkəzimizə daxil olan məlumatlara və yerli mənbəmizin söylədiklərinə görə, həmin kafe Tanırqullar kəndinin girəcəyində yerləşən yanacaqdoldurma məntəqəsinin sahibi İsmayıl adlı şəxsə məxsusdur. Kafenin şəhərin mərkəzindən bir qədər kənarda fəaliyyət göstərməsinə baxmayaraq, öz-özlüyündə belə bir ünvanın varlıgı, hər kəs üçün usandırıcı haldır. Faciəli hal odur ki, “kafe” adı altında fəaliyyət göstərən həmin ünvanda, gündəlik yaş həddindən asılı olmayaraq qadınlar cinsi istismara məruz qalırlar və bunun üçün kafe sahibi tərəfindən lazımi şərait də yaradıb.
Maraq kəsb edən hal odur ki, həmin kafedə gündəlik baş verən olayları ictimailəşdirən, əmələ gələn fəsadların mahiyyətini aidiyyəti qurumların diqqətinə çatdıran KİV nümayəndələri, çox zaman qınaq obyektinə də çevrilirlər. Məsələn, problemlərin varlığı ilk əvvəl mətbu orqanlarda dərc olunur və sonra tədbir görülməsi üçün cavabdehlik daşıyan qurum rəhbərlərinin ünvanına göndərilir. Çox keçmir ki, həmin qurumun səlahiyyətlisi tərəfindən redaksiya rəhbərliyinə belə bir cavablar verilir ki, “sadaladığınız problemlər tərəfimizdən aparılan araşdırmalar zamanı öz təsdiqini tapmadı”. Əslində belə bir cavabların verilməsi olduqca gülünc, hər kəsdə ikrah hissi doğuran cavablar olur. Necə, bəyəm! İşıq üzü görən məqalələr, ünvanlanan sorğu məktubları, səslənən iradlar, əmələ gələn fəsadlar, tam əksəriyyətin gördükləri, müşahidə etdikləri və.s yalan olur, hansısa polis səlahiyyətlisinin söylədikləri düz olur? Əldə etdiyimiz məlumatlara görə, əslində həmin ünvana yüksək çinli vəzifə sahibləri himayədarlıq etdiklərindən, yerli polis əməkdaşları da, belə bir cavabları vermək məcburiyyətində qalırlar.
Hörmətli oxucular! Bir məsələyə toxunmaq istəyirik ki, dəfələrlə həmin kafenin hansı yöndə fəaliyyət göstərməsindən, onun Tanırqullar kəndi ərazisində ən böyük əxlaqsızlıq ünvanlarından biri olmasından, xalqımıza məxsus adət-ənənələrimizin tapdaq altına atılmasından, baş verən olayların əmələ gəlməsində İsmayıl adlı şəxsin oynadığı roldan, yaratdığı şəraitdən, KİV nümayəndələrinə ünvanladığı hədələrdən və.s bəhs etmişik. Məsələnin görünən tərəfi odur ki, artıq biz yorulmuşuq. Nə qədər yazsaq da, nə qədər pozsaq da, yenə də köhnə hamam, könhə tasdır. Yəni, İsmayıl adlı şəxs yenə də öz ampulasındadır. Bəs nə etmək, addımı necə atmaq lazımdır ki, İsmayıl adlı şəxsin qol qoyduğu əməllərin, yaratdığı iyrənc şəraitin qarşısını almaq mümkün olsun? Bax bu gün bu haqda düşünürük, bu haqda götür-qoy edirik.
Diqqəti cəlb edən digər hal da odur ki, bu gün Yevlax şəhər İcra Hakimiyyəti başçısının rəhbərliyi altında şəhərin bütün əraziləri, kənd və qəsəbələri, iri yaşayış məntəqələri tamamilə yeniləşdirilir, hər sahədə abadlıq-quruculuq işləri aparılır. Belə bir yeniliklərin qarşılığında, şəhərə aid hansısa bir kənddə İsmayıl adlı şəxsin sahiblik etdiyi kafedə iyrənc əməllərə qol qoyulması nə əxlaqımıza, nə də ki, mənəviyyatımıza sıgası məsələ deyil. Ərazi üzrə cavabdehlik daşıyan polis başbilənlərinin seyrçi mövqelərinə gəlincə isə, belə bir yanaşmanın varlığı da, hələ ki, bizi təəccüb içində qoymaqdadır. Axı, necə ola bilər ki, hər cür əndazəni aşan, minbir hoqqalara qol qoyan, yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradan İsmayıl adlı şəxsə, bir kimsə ”son qoy” deyə bilmir.
Hər kəsin diqqətinə onu da çatdırmaq istəyirik ki, İsmayıl adlı şəxs təkcə qadınların cinsi istismarına şərait yaratmaqla deyil, eyni zamanda sahiblik etdiyi yanacaqdoldurma məntəqəsinə “levı” yollarla benzin əldə etməsi və satışı ilə də məşğul olması ilə də məşhurlaşmaqdadır. Məsələn, bir neçə gün bundan əvvəl bölgə muxbirimizin verdiyi məlumatlara görə, o, “ levı” yollarla benzin əldə etdirib iş başına çatmaq istəyərkən, yolda hərbi polisin təpkisi ilə üz-üzə qalır. Çünki, bunun da səbəbi o olur ki, hərbi polis əməkdaşları müfəssəl məlumat əldə edirlər ki, İsmayıl adlı şəxs həmin benzin hardan və hansı yollarla əldə edib. Bu haqda araşdırmamızı aparmaqda davam edib, çoxsaylı oxucularımızın diqqətinə onu çatdıracağıq ki, İsmayıl adlı şəxs “levı” yollarla əldə etdiyi benzini hansı hərbi hissədən əldə edə bilir.
Daha çox diqqəti cəlb edən digər hal da odur ki, 2004-cü ildə ölkə rəhbəri tərəfindən “Mili fəaliyyət” proqramı imzalanmışdır. İmzalanan sənəddə birmənalı şəkildə vurğulanır ki, qadınların bu və ya digər yollarla cinsi istismara məruz qalmaları, yaxud da məruz qalmaları üçün şəraitin yaradılması, qəbul olunmuş qanunla qadağan olunur. Təəssüf doğuran hal odur ki, belə bir addımların qarşısını almaq məqsədilə lazımi sərəncan imzalansa da, müvafiq qanun qəbul olunsa da, bu gün nə qəbul olunmuş qanunu, nə də ki sərəncamdan irəli gələn tələbləri İsmayıl adlı şəxs vecinə almır. Fakt budur ki, həmin kafedə mili-mənəvi əxlaqımızın tapdaq altına atılması hüquq-mühafizə orqanı əməkdaşlarının gözlü qarşısında baş verir, onlar isə sanki heç nə olmamış kimi, olub-keçənləri kənardan seyr etməklə kifayətlənməli olurlar. Bax budur faciəmiz, budur yaralı yerimiz!
P.S.Tanırqullar kəndinin girişində yanacaqdoldurma məntəqəsinin yan hissəsində fəaliyyət göstərən və İsmayıl adlı şəxsə məxsus olduğu bildirilən kafe haqda, daha ətraflı açıqlamalarımızı növbəti sayımızda oxuya biləcəksiniz. Oxuyub onu da biləcəksiniz ki, yanacaqdoldurma məntəqəsinin sahibi satışa çıxartdığı benzinin daha çox hissəsini, hansı yollarla əldə edir? Və yanacaq dolduran müştərilərə, kafedə yemək yeyənlərə niyə qəbz verilmir?.Vergi orqanlarının bu məsələdə rolu niyə heçə endirilir? Əgər bütün bunlar haqda müfəssəl məlumatlar əldə etmək istəyirsinizsə, bizi izləməyi unutmayın.
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”