“Cənub axını” layihəsi dayandırıldı
Iqtisadiyyat
Oxunub: 1 512
2 dek 2014 | 12:20
“Cənub axını” layihəsi dayandırıldı


















“Rusiya bu şərtlərdə cari layihənin realizəsini davam etdirə bilməz”.

Rusiyanın prezidenti Vladimir Putin mövcud şəraitdə “Cənub axını” layihəsinin realizəsinin mümkün olmadığın söyləyib.

TASS xəbər verir ki, bu barədə Rusiya prezidenti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqların nəticəsində bəyan edib. Dövlət başçısı qaz kəmərinin tikilməsinə dair Avropa İttifaqının mövqeyini qeyri-konstruiktiv adlandırıb.

“Bolqariyadan indiyə qədər razılıq almamağımızı, biz Rusiyanın bu şəraitdə cari layihənin realizəsinin mümkün olmadığını hesab edirik. Bu boru kəmər sisteminin tikintisində artıq Qara dənizə çıxmalı olduğumuzu nəzərdə tuturam”, - Putin deyib.

Putinin sözlərinə görə, Rusiya Federasiyasından enerjiresursları istiqamətləndiriləcək. Rusiya digər bazarlara, o cümlədən Türkiyəyə istiqamətlənmiş yeni boru kəmər sistemləri tikmək niyyətindədir. “Biz hesab edirik ki, bu Avropanın iqtisadi maraqlarına müvafiq deyil və əməkdaşlığa xələl gətirir. Amma bu bizim avropalı dostlarımızın seçimidir. Burada təccüblü heç nə yoxdur, onlar sonda alıcıdırlar”, - Putin vurğulayıb.

O, həmçinin əlavə edib ki, Bolqariya “Cənub axını” layihəsinin dayandrılması ucbatından ildə ən azı 400 milyon avro itirəcək.

“Qazprom”-un rəhbəri Aleksey Miller deyib ki, “Cənub axını” qaz kəməri layihəsinə geri dönüş olmayacaq.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi dekabrın 1-də Türkiyə də səfər zamanı bəyan edib.

“Vəssalam, layihə bağlanıb”, - Miller jurnalistlərin “Cənub axını” layihəsi barədə suallarına cavab verərkən deyib.

Eyni zamanda “Qazprom”un rəhbəri bildirib ki, Moskva və Ankara ötürücülük qabiliyyəti ildə 63 milyard kubmetr olan dəniz qaz boru kəmərinin tikilməsi haqqında razılığa gəliblər. onun sözlərinə görə, 14 milyard kubmetr Türkiyəyə çatdırılacaq, qalan hissə isə Türkiyənin sərhəddinə və Yunanıstana çatdırılacaq, TASS xəbər verir. Yeni qaz kəməri üçün Türkiyədə “Cənub axını” üçün tikilən “Russkaya” kompressor stansiyası işə salınacaq, Miller qeyd edib.

“Biz türk tərəfi ilə əgər maraq göstərilərsə, daxil olma məsələsini də müzakirə etməyə hazırıq. Bu layihənin realizəsi üçün hüquqi sima Rusiya Federasiyasında yaradılacaq, hal-hazırda bu hüquqi şəxsin təsisçisi kimi “Qazprom” şirkəti çıxış edir”, - “Qazprom”un rəhbəri qeyd edib.

Miller həmçinin Rusiyanın Türkiyə üçün qazın qiymətini ucuzlaşdırmağa hazır olduğunu da söyləyib, perspektivdə yanacaq Ankarada Almaniyada satıldığı qiymətə satılacaq.

2011-ci ildən “Qazprom” “Cənub axını” layihəsinin tikilməsinə 4,66 milyard dollar sərf edib. Cari ildə layihənin realizəsinə 135 milyard rubl ayrılıb.

Noyabrın 26-da Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ehtimal edib ki, “Cənub axını” layihəsi dayandırıla bilər. bununla yanaşı nazirin sözlərinə görə, əgər layihə Avropa komisiyası tərəfindən blok edilərsə qazın çatdırılması zəmanətinin pozulması riski tamamən Aİ üzərində olacaq.

“Cənub axını” – Qara dəniz hövzəsindən Cənub və Mərkəzi Avropaya çəkiləcək 63 milyard kubmetrlik ötürücülük qüvvəsi olan qaz boru kəməridir. Ehtimal edilirdi ki, qazın çatdırılması 2015-ci ildə başlanılacaq. Qaz boru kəməri Bolqariya, Serbiya, Macarıstan, Avstriya, İtaliya və Sloveniya ərazisindən keçməli idi. Layihədə iştirak etmək üçün, Makedoniya da müraciət etmişdir.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO