Bu qız dəfn olunmasa, fəlakətlər başlanacaq? - FOTO
Dunya
Oxunub: 1 317
25 dek 2014 | 14:59
Bu qız dəfn olunmasa, fəlakətlər başlanacaq? - FOTOYerli sakinlər qorxduqlarını, təlaş içində yaşadıqlarını deyirlər.

"Son vaxtlar burada baş verən daşqınlar, sellər, dolu yağması, zəlzələlərin bir səbəbi var. Ulu əcdadımız, nənəmiz adətlərimizə uyğun olaraq, normal qaydada dəfn olunmayıb. Bu səbəbdən insanlarımızın arasında intiharlar da artır. Daha qorxulu hadisələr baş verməmiş onu dəfn etmək gərəkdir".

Rusiyanın Altay bölgəsində yaşayan teles tayfasının rəhbəri Ayak Kine belə deyir.
O, Altay Respublikasının Milli Muzeyində saxlanan, "Altay şahzadəsi" və ya "Ukok şahzadəsi" kimi tanınan qız mumiyasının dəfn olunmasını tələb edir.
Milli.Az Siberian Times-a istinadən bildirir ki, Rusiya Arxeologiya və Etnoqrafiya Muzeyinin əməkdaşı, tarix elmləri doktoru Natalya Polosmakın rəhbərlik etdiyi arxeoloji ekspedisiya 1993-cü ildə Rusiyanın Çin, Qazaxıstan və Monqolustanla sərhədində yerləşən Ukok dağ platosundakı qazıntılar zamanı qız mumiyası tapmışdı.
Skif mumiyası sonradan dünyada "Ukok şahzadəsi", "Altay şahzadəsi" kimi tanındı.
Mumiya pazırık mədəniyyətinə şamil olunur. Alimlər bu mumiyanı 20-ci əsrin ən önəmli arxeoloji tapıntılarından biri sayırlar.
Altayın şərqində, Ukok platosundakı Ak Alaxa məzarlığında aşkarlanmış mumiya təqribən 18 metr diametrə malik kurqanda idi. Kurqan Ak Alaxa çayının vadisində yerləşir.
Tomoqrafik tədqiqatlar zamanı bəlli olub ki, "Ukok şahzadəsi" adlanan bu qız yeniyetməlik illərində osteomielit xəstəliyinə tutulubmuş. 20 yaşında isə o, döş xərçənginə tutulub.

25 yaşlı şaman qız dəfn ediləndən 2500 il sonra onun mumiyası aşkarlanıb.

Yerli sakinlər "Ukok şahzadəsi" üçün kurqan yaradılmasını və onun həmin kurqanda dəfn olunmasını istəyirlər.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi