Sabirabadda yanacaqdoldurma məntəqəsinə quldur basqını edən ikinci şəxs həbs olunub
Kriminal
Oxunub: 1 803
25 dek 2014 | 15:08
Sabirabadda yanacaqdoldurma məntəqəsinə quldur basqını edən ikinci şəxs həbs olunubPolisin araşdırması zamanı cinayətin elə həmin məntəqənin işçisi olan Mikayıl Balakişiyev və onun dayısı oğlu tərəfindən törədildiyi müəyyən edilib.

Sabirabad polis şöbəsindən verilən məlumata görə, 19 dekabr 2014-cü il tarixində gecə saat 02:10 radələrində Sabirabad rayon Qaratəpə kəndində avtomobil yolunun kənarında yerləşən Türkədi kənd sakini Nadir Abbasova məxsus "Oskar" Yanacaqdoldurma məntəqəsinə maskalı şəxslər tərəfindən quldur basqını baş verib. Basqın edən şəxslər məntəqənin operatorlarını bıçaqla hədələyərək oradan 1154 manat satış pulunu və 2 ədəd mobil telefonu götürərək aradan çıxıblar. Sabirabad polisi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, adıçəkilən məntəqədə işləyən, əvvəllər məhkum olunan Sabirabad şəhər sakini Mikayıl Balakişiyev dayısı oğlu, Ulacalı kənd sakini Kamal Babayev ilə qabaqcadan əlbir olub qrup təşkil edərək satış pulunu və mobil telefonları ələ keçirmək məqsədi ilə "Oskar" YDM-nə qarəti planlaşdırıblar. İstintaq əməliyyyatları zamanı Mikayıl Balakişiyev dayısı oğlunu istiqamətləndirdiyini və onunla əlbir olduğunu etraf edib. Bundan sonra aparılan əməliyyat tədbirləri nəticəsində Kamal Babayev Bakı şəhərində həbs edilərək istintaqa təhvil verilib. Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO