Banklar bağlanır, əmanətlər isə artır
Iqtisadiyyat
Oxunub: 1 622
29 yan 2015 | 12:22

Banklar bağlanır, əmanətlər isə artır

Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarının kapitallaşmasının artırılması ilə bağlı qoyduğu müddətdən 28 gün keçsə də, bankların taleyinə hələ də aydınlıq gətirilməyib.

Azerinfo.az Axar.az-a istinadən xəbər verir ki, ölkədə banklar bu cür kritik dönəmdə olsa da, əhalinin banklardakı əmanətlərində artım müşahidə olunur.

2015-ci il yanvar ayının 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi rekord həddə – 12,4 faiz artaraq 7,2 milyard manata yüksəlib.

Azərbaycan Dövlət İqtisad Universitetindən (ADİU) “Trend”ə verilən məlumata görə, bunu Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov universitetdə 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

R.Səlimov deyib ki, 2014-cü ildə MDB-nin milli valyutaları arasında yalnız manat öz məzənnəsini qoruyub saxlayıb. Ötən il əhalinin gəlirləri 4,8 faiz çoxalıb. Orta aylıq əmək haqqı 443 manat, aylıq pensiyanın orta məbləği 173,4 manat təşkil edib.

Onun sözlərinə görə, ötən 11 il ərzində ölkə iqtisadiyyatında orta hesabla 11,5 faiz artım baş verib. Beynəlxalq Valyuta Fondunun rəsmi məlumatına əsasən, bu, dünya ölkələri üzrə ən yüksək göstəricidir. Onun sözlərinə görə, bu dövr ərzində iqtisadiyyatın qeyri-neft sektorunda 10 faizə yaxın müsbət dinamika qeydə alınıb.

R.Səlimov 2014-cü ildə sənaye sektorunda ümumi 0,7 faiz azalma baş verdiyini bildirsə də, sənayenin qeyri-neft sektorunda 6,9 faizlik artım olduğunu vurğulayıb. Dünya iqtisadiyyatında, maliyyə bazarında baş verən prosesləri nəzərə alsaq, bu, uğurlu göstəricidir. Ölkə rəhbərliyinin yaratdığı münbit investisiya mühiti iqtisadiyyatımıza yatırılan sərmayələrin həcmini artırıb. Ötən il ərzində ölkəyə 21,8 milyard manat investisiya yatırılıb ki, onun da 58,5 faizi daxili mənbələr hesabınadır. 2014-cü ildə Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyanın həcmində də artım baş verib.

2014-cü ildə 127 min yeni iş yerləri yaradılıb. Bu da ölkədə işsizlik və yoxsulluq səviyyələrinin aşağı düşməsinə gətirib çıxarıb. Belə ki, işsizlik səviyyəsi 0,1 faiz azalaraq 4,9 faizə, yoxsulluq səviyyəsi isə 0,3 faiz azalaraq 5,0 faizə enib.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO