Şamaxıda icra başçıları ölkə qanunlarını tanımırlar...
Bolge
Oxunub: 1 540
29 yan 2015 | 15:59
Şamaxıda icra başçıları ölkə qanunlarını tanımırlar...


29 keçmiş icra nümayəndəsi Bakıya yürüşə hazırlaşır...

Azerinfo.az bildirir ki, Şamaxı rayonundan 29 keçmiş icra nümayəndəsinin imzasıyla Moderator.az-a istinadən, şikayət məktubu daxil olub. Şikayətçilər keçmiş və indiki icra başçısının məhkəmə qərarlarına məhəl qoymamalarından şikayətlənirlər:

"Hörmətli cənab Prezident!

Bir Azərbaycan vətəndaşı kimi hər birimiz Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun davamçısı olaraq Sizin apardığınız siyasəti daim dəstəkləyirik. Danılmaz faktdır ki, Azərbaycanımızın bu günki inkişafinda Sizin gərgin, böyük zəhmət tələb edən əməyinizin çox böyük rolu var. Lakin əfsuslar olsun ki, ölkəmizin belə yüksək sürətlə inkişafinı istəməyənlər və bu inkişafa süni maneələr yaratmaga çalışanlar da var.
Belə ki, biz aşağıda imza edən bir qrup Şamaxı rayon sakinləri 2012-ci ilin 19 sentyabr tarixinə kimi, Şamaxı rayon icra hakimiyyətinin başçısının şəhər,qəsəbə və kənd ərazi dairələri üzrə icra nümayəndəliklərində çalışırdıq.
Işləyənlərdən ən azının doqquz, ən çoxunun isə iyirimi beş ildən çox iş stajı olanlarımız var. Bütun işlədiyimiz müddət ərzində daim dövlətçiliyimiz və dövlətçiliyimizə, istərsə də xalqımıza sədaqətlə xidmət etməyə çalışmışıq. Bu gün buradan Sizə müraciət edənlərin hamısı bir nəfər kimi Yeni Azərbaycan Partiyasının üzvləridir.


Hörmətli Cənab Prezident!

Sizə müraciət etməyimizə Şamaxı Rayon Icra Hakimiyyəti başçısının 19 Sentyabr 2012-ci il tarixli sərəncamı olmuşdur. Belə ki, ŞRIH-nin sabiq başçısının adı çəkilən həmin qanunsuz sərəncamı ilə biz 19 sentyabr 2012-ci ildən kütləvi şəkildə işdən çıxarılmışıq. Işdən çıxarılmağımıza sabiq icra başçısının öz mülahizələrinə əsasən "Dövlət qulluğu haqqında" Qanunun 13-cü maddəsinin "şəxsi" tövsifi (Ali təhsilli olmamağımız) səbəb olmuşdur.

Bununda nəticəsi olaraq ŞRIH-nin sabiq başçısı işdən azad olmağımız barede sərəncam verərkən Azərbaycan Resbublikasının Konstitusiyasının, Əmək Məcəlləsinin, Dövlət qulluğu haqqında" və "Inzibati icraat haqqında" AR qanunlarının tələblərini kobud şəkildə pozmuşdur.

Hüquqlarımızın belə kobud şəkildə pozulmasının qarşısı alınaraq tədbir görülməsi üçün müxtəlif dövlət orqanlarının və nazirliklərinin səlahiyyətli rəhbər şəxslərinə müraciətlər etsək də çox təəssüf ki, heç bir nəticəsi olmadı. Sonda həmin şəxslər bizə məhkəməyə müraciət etməyi məsləhət gördülər.

Bütün şikayətlərimiz nəticəsiz qaldığından məhkəməyə müraciət etdik. Uzun çəkən məhkəmə proseslərindən sonra, nəhayət ki, Şamaxı rayon icra hakimiyyəti başçısının qanunsuz sərəncamının ləğv olunması və işə bərpa olunmağımıza dair məhkəmə qərarları çıxarıldı. Lakin indi də çıxarılan məhkəmə qərarlarının icrasında çətinliklərlə üzləşmişik. Belə ki, yanvar ayından başlayaraq xeyrimizə çıxarılan qərarların heç biri içra olunmur.
Qeyd edək ki, biz hamımız ailəliyik, əksəriyyətimiz ailəmizdə yeganə işləyərək gəlir gətiren şəxsik və artıq üç ilə yaxındır işsizik. Ailələrimizdə körpə, təhsil alan, müalicəyə ve s. ehtiyacı olan ailə üzvlərimiz var. Işimizə bərpa oluna bilmədiyimizə görə vaxt keçdikcə vəziyyətimiz daha da çətinləşir.

Hörmətli Cənab Prezident!

Otuzdan çox ailə başçısının işsiz qalmasını, vəziyyətini, hüquqlarının pozulmasını nəzərə alaraq əvvəlki iş yerlərimizə bərpa olunmağımızla bağlı məhkəmə qərarlarının icra olunması istiqamətində aidiyyəti orqanlara göstəriş verməyinizi sizdən xahiş edirik.
Aşağıda icra başçısının ölkənin qanunlarına məhəl qoymamasının sübutu olan bircə faktı təqdim edirik:

Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Şamaxı Rayon İcra Qrupu
31 iyul 2014-cü il
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayevə

Hörmetli Asif müəllim,

Azərbaycan Respublikası Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2-1(85)-514/2013 saylı, 14 iyul 2014-cü il tarixli icra vərəqəsinə əsasən Şamaxı rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2012-ci il tarixli, 151 saylı sərəncamının Nəzərov Rauf Həsən oğluna aid hissəsi ləğv edilməli, 19 sentyabr 2012- ci il tarixdən məcburi işə buraxma müddəti üçün əmək haqqı ödənilməklə Nəzərov Rauf Həsən oğlu Şamaxı rayon İcra Hakimiyyəti başçısının Çarhan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müavini vəzifesinə bərpa edilməlidir.

Azərbaycan Respublikası Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2-1(85)-514/2013 saylı, 14 iyul 2014-cü il tarixli icra vərəqəsinin təsdiq olunmuş sureti icra edilməsi üçün sizə göndərilir.
Sizdən xahiş olunur ki, icra vərəqəsini icra edib nəticəsi barədə Şamaxı rayon İcra qrupuna məlumat verilməsinə göstəriş verəsiniz.



Hörmətlə,
Şamaxı rayon İcra qrupunun Rəhbəri vəzifəsini icra edən
1 dərəcəli ədiliyyə qulluqçusu Mehman Beybutov

Yəni işdən qanunsuz olaraq kənarlaşdırılan bütün şikayətçilər haqda ayrı ayriliqda mehkeme qerarlari verilsədə icra olunmur..."

Sonda şikayətçilər bildirirlər ki, başqa yolları qalmayıb və məhkəmə qərarları tezliklə icra olunmasa Bakıya-Prezident Adminstrasiyasına yürüşə hazırlaşırlar...
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA