Şamaxıdan daha bir korrupsiya şikayəti
Bolge
Oxunub: 1 924
30 yan 2015 | 12:48
Şamaxıdan daha bir korrupsiya şikayəti

Bu gün Şamaxı rayonu, Təhran Kərimov adına 2 saylı Göylər tam orta məktəbin direktoru Mənsurə Qardaşxan qızı İsmayılovanın məktəbdə qanunsuz pul yığılmasına rəvac verən hərəkətləri barədə «Təzadlar»a şok şikayət daxil olub. Şikayətçi isə elə həmin məktəbin dil-ədəbiyyat müəlliməsi Kəklik Bəfalət qızı Məmmədtağıyevadır. Kəklik Bəfalət qızı Məmmədtağıyevanın səlahiyyətli nümayəndəsi tərəfindən redaksiyamıza, həmçinin direktorun qanunsuz pul yığdırmasını əks etdirən audio səs və video çəkilişlər də təqdim olunub.
Şikayət təhsil naziri cənab Mikayıl Cabbarova və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə ünvanlıdır. Şikayətdə deyilir:
-Hörmətli cənab nazir!
Hörmətli Kamran müəllim!
Bildirirəm ki, Şamaxı rayonu, Göylər kənd Təhran Kərimov adına 2 saylı tam orta məktəbin direktoru Mənsurə Qardaşxan qızı İsmayılovanın məktəbdə qanunsuz pul yığdırması artıq biz müəllimlərin canını boğazına yığıb. Artıq valideynlərin və elm və tərbiyə öyrətdiyimiz şagirdlərimiz qarşısında çıxılmaz vəziyyətdəyik. Direktora dəfələrlə bildirsək də ki, ölkədə korrupsiyaya qarşı mübarizə aparılır, biz müəllimlərin isə maddi durumu elə də yaxşı deyil, qanunsuz pul yığılmasını yığışdırın! Lakin direktor arxalandığı rayon Təhsil Şöbəsinin müdirinin adını çəkərək «Bu pulların hara çatdığını bilmirsiniz? Mən yuxarılarla münasibətlərimi bu yolla möhkəmləndirirəm» deyərək bizi ələ salır. Onu da bildirəm ki, direktor Mənsurə Qardaşxan qızı İsmayılova müəllimlərin adına əlavə dərs saatı yazdırır və maaş alanda isə həmin pulu adambaşına yığdırır. Həmçinin məktəbdə əlavə ştatlar saxlayır, evdə dərs üsulundan bəhrələnərək nə qədər büdcə pulları mənimsənilir. Etiraz edəndə isə bizi rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyevlə hədələyir ki, «Eyvaz müəllimlə ailəvi gediş-gəlişimiz var, bizə heç kim heç nə edə bilməz!» və sair. Bundan əlavə, biz müəllimlər dekabrın sonunda məlum pul yığılması ilə bağlı Baş Prokurorlduğun 161 Qaynar xəttinə şikayət verdik. Lakin hələ də tədbir görülməyib. Hər dəfə zəng edəndə bizə deyirlər ki, tədbir görüləcək… Amma bu şikayətimizdən bir neçə gün sonra direktor başı alovlu müəllimlərin bir qismini çağırıb yalvardı ki, izahat yazın ki, bizdə forma pulu və digər qanunsuzluqlar yoxdur… Bəziləri qorxu altında yazsa da, qalanlar bunu vicdansızlıq hesab edir… Hətta həmin günlərdə Şamaxı TŞ-nin müdiri Eyvaz Eminalıyev də məktəbə gəldi və şəxsən mənə yalvardı ki, sən qabaqcıl müəlliməsən, savadlı və qabiliyyətlisən, şikayətini geri götür, sənə filan şəraiti yaradacağıqvə sair. Lakin mən bir daha E.Eminalıyevə və direktora bildirdim ki, mən cənab Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə çağırışına xəyanət edə bilmərəm…
Hörmətli cənab nazir!
Hörmətli Kamran müəllim!
Onu da bildirirəm ki, Göylər kənd Təhran Kərimov adına 2 saylı tam orta məktəbin direktoru Mənsurə Qardaşxan qızı İsmayılovanın həyat yoldaşı Seyfəddin Qəniyev də Müəllimlər İnstitutunun Şamaxı filialında müəllim işləyirdi və tələbələrdən pul almasına görə işdən qovulmuşdur… Ən dəhşətlisi, belə bir korrupsioner məktəb direktoru- Göylər kənd Təhran Kərimov adına 2 saylı tam orta məktəbin direktoru Mənsurə Qardaşxan qızı İsmayılova bu yaxınlarda bələdiyyələrə seçkilər zamanı 21 saylı məntəqənin sədri təyin olunmuşdu və namizədlər bu məntəqədəki özbaşınalıq barədə MSK-ya şikayət də etdilər, komissiya yaradıldı və araşdırıldı. Məktəbimiz isə H.Əliyev Fondu tərəfindən təzə tikilmiş məktəbdir. Məktəb istifadəyə verilən kimi Mənsurə Qardaşxan qızı İsmayılova Göylər kənd T.Kərimov adına 2 saylı tam orta məktəbin direktoru təyin edildi. Direktor həmişə bu təyinatı da Şamaxı RTŞ-nin müdiri Eyvaz Eminalıyevin adı ilə bağlayır.
İnanıram ki, baş verənlər barədə sərt tədbirlər görüləcək. Sizə direktorun necə qanunsuz pul yığdırmasını əks etdirən səs yazısını və video görüntüləri təqdim edirəm. Tədbir görüləcəyinə inanıram…
Redaksiyadan: hazırda korrupsiya hallarını əks etdirən video sayta yüklənməyə hazırlanır. Bizi izləyin.
Aşağıda isə şikayətçi-məktəbin dil-ədəbiyyat müəlliməsi Kəklik Bəfalət qızının müəllimlərdən biri ilə direktorun pul yığdırması barədə səs yazısını təqdim edirik (belə səs yazısı-etiraf daha 4 müəllimlə edilib. Həmin səs yazıları da sayta yüklənməyə hazırlanır).
Qarşı tərəf olaraq Göylər 2 saylı tam orta məktəbin direktoru Mənsurə Qardaşxan qızı İsmayılova ilə əlaqə saxlamağa cəhd etdik, lakin mobil telefon zəngimizə cavab vermədi. Onun da məsələyə dair mövqeyini təqdim etməyə hazırıq.
Dia.az
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi