Xızıdakı "Cənnət Bağı" cəhənnəmə çevrilməkdədir
Bolge
Oxunub: 1 585
30 yan 2015 | 12:57
Xızıdakı "Cənnət Bağı" cəhənnəmə çevrilməkdədir


Bu gün həm Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında kifayət qədər hotel və hotel tipli obyektlər var.
Lakin onların bir qisminin fəaliyyəti heç də qənaətbəxş hesab oluna bilməz. Çünki həmin obyektlərin qulluq səviyyəsi olduqca aşağı, müştərilərə göstərilən xidmətin keyfiyyəti standartlardan bir xeyli kənardır.

Məhz elə bu səbəbdən də hazırda fəaliyyət göstərən hotellərin, istirahət mərkəzlərinin bir qismi ciddi şəkildə müştəri qıtlığı yaşayır. Bütün bunlar bir daha onu təsdiqləyir ki, Mədəniyyət və Turizm Nazirliyini həmin obyektlərin keyfiyyət və qiymət baxımından necə fəaliyyət göstərməsi deyil, lisenziya alması narahat edir. Əslində, bir çox istirahət mərkəzlərinin əsl sahibləri olan məmurları da müştərilərə göstərilən xidmət yox, məhz daha çox gəlir əldə etməyin yolları maraqlandırır. Ən ciddi problemlərdən biri də bölgələrdə fəaliyyət göstərən istirahət mərkəzi və hotellərdə qiymətlərin bahalığı ilə bağlıdır. Belə ki, bu gün sıravi vətəndaş Azərbaycanın turizm üçün əlverişli olan bölgələrindən birində üç günlük istirahət etmək üçün 500-600 manatından keçməlidir. Hələ biz aşağı qiyməti deyirik. Bəzi hotellərdə bir gecəlik qiymət 400-500 manat civarındadır. Halbuki, bu məbləğlə xarici ölkələrdə daha sərfəli şəkildə istirahət etmək mümkündür. Bahalaşmanı yaradan isə hotel və istirahət mərkəzlərinin sahibləridir. Onlar müştərilərin etibarından sui-istifadə edərək şişirdilmiş qiymətlər təyin edirlər. Ekspertlər isə hesab edir ki, yerli bazarda turizm qiymətinin baha olması spesifik amillərlə bağlıdır: "Türkiyədə 4 səviyyədə qiymətləndirmə otelləri var, amma bizdə təəssüf ki, belə bir sistem mövcud deyil. Ona görə də eyni bahalılıq qalmaqdadır".

Qiymətlərin baha olduğu, müxtəlif qanunların tələblərinin kobud şəkildə pozulduğu turizm obyektlərindən biri də Xızıda yerləşən "Cənnət Bağı" istirahət mərkəzidir. Məlumat üçün bildirək ki, istirahət mərkəzində mehmanxana kompleksi 1, 2, və 3 otaqlı nömrələrdən, kotteclərdən ibarətdir. Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, iş adamı Hacı Ənvər Qədimbəyliyə məxsus olan istirahət mərkəzində 2 nəfərlik 1 otaqlı mənzillər 1 yataq otağı və vanna otağından ibarətdir: "Otaqda televizor, mini bar, naqilsiz internet, ayaqqabı dolabı, paltar şkafı, güzgü, resepşen və ya restoranla əlaqə üçün telefon ilə təchiz edilib. Otağın bir günlük qiyməti 70 manatdan başlayır. Qiymətə səhər yeməyi və idman-sağlamlıq kompleksində istirahət daxildir. Lyuks mənzillər 4 nəfərlik 3 otaqlı mənzillərdən ibarət olur. Bu otaqda televizor, mini bar, naqilsiz internet, ayaqqabı dolabı, paltar şkafı, güzgü, resepşen və ya restoranla əlaqə üçün telefon ilə təchiz edilib. Otağın qiymətinə səhər yeməyi və idman-sağlamlıq kompleksində istirahət daxildir. Qiymət isə 90 manat təşkil edir. Mərkəzə daxil olan restoranda qiymətlər dodaq uçuqladır. Belə ki, burda iki nəfərin yeməyi 300-400 manata başa gəlir. "Cənnət Bağı"nın müştərilərinin əksəriyyəti imkanlı şəxslər olduğundan obyektin rəhbərliyi qiymətləri süni şəkildə qaldırır. Həm yay, həm də qış mövsümündə istirahət mərkəzində müştəri sıxlığı müşahidə olunur. Ümumiyyətlə, "Cənnət Bağı"nda ilin bütün aylarında qızğın iş gedir. Hacı Ənvər burdan qazandığı milyonlar hesabına şəxsi varidatını xeyli artırmağa müvəffəq olub. O Həcc ziyarətinə getsə də, istirahət mərkəzinin yaxınlığında donuz ferması yaradıb. Halbuki, İslam dininə görə müsəlmanların donuz saxlaması, donuz ətindən istifadə etməsi haram hesab edilir. Axı Hacı hara, donuz ferması hara. Eşitdiyimə görə, fermada saxlanılan donuzlar qışda bura gələn imkanlı müştərilərə təklif edilir. Mərkəzdə həmçinin çin masajı xidməti də göstərilir. Amma burdakı masaj salonunda masajın tibbi, yoxsa başqa məqsədlər üçün edildiyi qaranlıq məsələdir". Əldə etdiyimiz başqa bir məlumatda "Cənnət Bağı"nda işləyən şəxslərin əmək hüquqlarının pozulmasından söhbət açılır. Məlumatlı mənbənin bildirdiyinə görə, hazırda "Cənnət Bağı" şirkətlər qrupunun Xızı istirahət mərkəzində 50-dən çox insan işləyir: "Ofisiantların, xadimələrin və digər personalın bir çoxunun əmək müqaviləsi yoxdur. Obyekt rəhbərliyi müəyyən səbəblərə görə işçilərin bir hissəsi ilə əmək müqaviləsi bağlamayıb. Belə olan halda əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur. Lakin buna baxmayaraq, Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli şöbəsinin əməkdaşları "Cənnət Bağı"nda mövcud olan neqativ hallara göz yumurlar. Bir məsələni də qeyd etmək istəyirəm. 2015-ci ilin gəlişi ilə əlaqədar istirahət mərkəzində yeni il şənliyi təşkil edilmişdi. 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanan qiymət isə 265 manat idi. Yeni il gecəsi burda insan əlindən tərpənmək mümkün deyildi. Həmin gün obyektin rəhbərliyi bəlkə 1 milyon manatdan çox gəlir əldə etdi. Maraqlıdır görəsən, Hacı Ənvər həmin puldan dövlətə nə qədər vergi keçirdi? Ümumiyyətlə, "Cənnət Bağı" şirkətlər qrupunun Xızı istirahət mərkəzinin vergi ilə bağlı məsələləri qaydasındadırmı? Çünki mənim bildiyimə görə, Hacı Ənvər Qədimbəyli müxtəlif mötədil əlaqələrindən istifadə edərək vergidən yayınır". Adıçəkilən istirahət mərkəzində müşahidə olunan bahalıq, işçilərin əmək hüquqlarının pozulması və digər nöqsanların mövcud olması heç də yaxşı hal deyil. Vergilər Nazirliyinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Xızı "Cənnət Bağı"nda təcili yoxlamalara başlasaydılar, çox yaxşı olardı. Əks halda, "Cənnət Bağı"nda mövcud olan hazırkı vəziyyət buranı cəhənnəmə çevirə bilər.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ