Xaçmazda da mühafizəçilər ayağa qalxır
Bolge
Oxunub: 1 960
30 yan 2015 | 17:09
Xaçmazda da mühafizəçilər ayağa qalxır



Şabranda insanları işə düzəltmək adı ilə fırıldaqçılıq edən “Qala” və "Azər Mühafizə" özəl şirkətləri haqda daha bir fakt ortaya çıxıb


Şirkət Xaçmaz rayonunda 172 nəfərin pulunu eyni məqsədlə mənimsəyib.

Aldadılan Məzahir Bayramov bildirir ki, şirkətin özünü baş leytenant kimi təqdim edən Fərman Muradov ondan 1800 manat pul alıb:
“Ötən ilin dekabr ayının 3-də Fərmana pulu vermişəm. Bunun qarşılığında oğlumu mühafizəyə düzəltdi. Oğlum Mərkəzi Xəstəxanada işə çıxdı. Demişdilər ki, 480 manat əmək haqqı alacaq. Lakin 10 gündən sonra hər şeyin fırıldaq olduğu məlum oldu. Fərman özü polisdə məndən pul aldığını təsdiqləyir. Amma bizim pulumuzu heç kim qaytarmır. Şirkətin rəhbəri olduğunu deyən, özünü kapitan kimi təqdim edən Şahin Yolçuyev də qaçıb”.

Mirzəli Orucəliyev isə Fərman Muradova 2800 manat pul verdiyini deyib. Qarşılığında onun oğlunu 980 manat əmək haqqı olan işə düzəltməli imiş.

“Bu pulu dekabrın 22-də məndən aldı. Oğlumu “Azər Mühafizə”yə işə düzəltdi. 10 gün keçəndən sonra şirkət də dağıldı, pul da batdı”, - deyə şikayətçi bildirib.

Azerinfo.az-ın Bolgexeber.com -a istinadən yaydığı məlumata görə, bu gün şikayətçilər MTN-nin Xaçmaz rayon şöbəsində qəbul ediləcək.

Qeyd edək ki, "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitini ələ keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb. Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər. Həmin faktlar üzrə cinayət işi başlanılıb, V.Hüseynov, M.Cəfərov, K.Bayramov, A.Həsənov və F.Babayev barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırma nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsində aparılmaqla cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılıb. Qeyd edək ki, vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin daşınmaz əmlakı, avtonəqliyyat vasitələri və qiymətli əşyaları müəyyən edilərək üzərinə həbs qoyulması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan