Qaxda etiraz aksiyası - VİDEO
Gundem / Video
Oxunub: 1 584
31 yan 2015 | 18:48


Mühafizə şirkətinin aldatdığı daha 150 nəfər aksiya keçirib

Qaxda mühafizə şirkətinin aldatdığı daha 150 nəfər aksiya keçirib.

ANS TV-nin məlumatına görə, Qax rayonunun 150-dən çox sakinini "Azərmühafizə" MMC kimi fəaliyyət göstərən qurumun ofsinin qarşısına toplayan onların aldadılmasıdır. Sakinlər bildirir ki, 2014-cü ilin yanvar ayından fəaliyyətə başlayan qurumun bölgə təmsilçiləri işlə təmin etmək adı ilə sakinləri addadaraq onların böyük məbləğdə pullarını mənimsəyiblər. Mühafizəçi kimi işə götürmək adıyla onlara bildirilib ki, əvvəlcədən depozit üçün pul qoyulmalıdır. Vəd verilib ki, qoyduqları depozitin yarısı həcmində sakinlərə əmək haqqı veriləcək.
"Mən işə girmək üçün 2 min manat pul vermişəm. 500 manat sığorta haqqı, 1500 manat da depozit. Bundan əlavə 200 manat da təhsil haqqı ödəmişəm. Elə insanlar var ki, onardan 750 - 100 manat məbləğındə sığorta haqqı alıblar", - deyə şikayətçi Mübariz Əliyev bildirib.

Quruma cəlb olunan gənclər rayondakı bir neçə obyektlərlə bağlanan müqavilə əsasında mühafizə işlərini də həyata keçirib.
Aldadılanlar arasında hətta zərif cinsin nümayəndələri də olub. "Azərmühafizə"nin yerli idarəsində qadınlara ofis işlərinin veriləcəyini əmin edərək onların da minlərlə manat vəsaiti mənimsənilib.
Qurumun rəis müavini kimi fəaliyyət göstərən keçmiş polis əməkdaşı da rəhbər vəzifə tutmasına baxmayaraq o da aldadılaraq bu işə cəlb edildiyini və onların bu dələduz əməllərindən xəbərsiz olduğunu dedi.
"Mən aldandım, 6500 manat depozit qoymuşam. Bu insanların 99 faizi ya bankdan, ya da sələmə pul göturub verib", - deyə şirkətin keçmiş rəis müavini Adil Kərimov söyləyib.
Əksəriyyət depozit adı ilə onlardan alınan pulları bölgə rəhbəri kimi fəaliyyət göstərən Sənan Qasımova verdiklərini söylədilər. Sənan Qasımovun mobil telefonunu öyrənib ona zəng vurduqda həbs olunmadığı məlum oldu. O, isə bizi inandırmağa çalışdı ki, hazırda o Bakı şəhərindədir və guya bu işlərin həll ilə məşğuldur.
Az sonra aksiya iştirakçıları rayon polis şöbəsinin qarşısına toplaşdı. Onları qəbul edən polis şöbəsinin rəisi isə bununla bağlı cinayət işi açıldığını və araşdırma aparıldığını bildirdi.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO