Metroda problemlərimiz
Sosial
Oxunub: 1 441
1 mar 2015 | 15:01
Metroda problemlərimizGəlin özümüzə rəva bilmədiyimizi, özgəsinə rəva görməyək

Texnikanın günü- gündən sürətlə inkişaf etdiyi bir dövrdə yaşasaq da, nəqliyyatda olan problemlərimiz səngimək bilmir. Gündəlik həyatımızda baş verən müəyyən xoşagəlməz hadisələr var ki, onların öhdəsindən gələ bilmirik. Buna misal olaraq isə metrodaki qatarların çatışmamazlığından və orada baş alıb gedən problemlərdən söz açmaq istərdim. Hər gün evdən çıxarkən ilk ağlımıza gələn "görəsən vaxtında çata biləcəyəm mi? və ya "sağ-salamat çatacağammı?" kimi fikirlər olur.
Bakı Metropolitenin rəisi Zaur Hüseynov metrodan istifadənin rahatlaşdırılması istiqamətində bir çox səmərəli işlər görüb və təkliflər irəli sürüb. Məsələn, stansiyaların girişindəki ticarət obyektlərinin yığışdırılması metrodan istifadəni xeyli rahatlaşdırıb, dəhlizlər xeyli genişlənib və işıqlanıb.Ancaq buna baxmayaraq danılmaz fakt budur ki, metroda bəzi işlər hələ də yarımçıq qalıb.Məsələn, qatarların ləngiməsini aradan qaldırmaq üçün xəttlərə əlavə qatarlar buraxılması barədə təkliflər belə eşidilmir. Halbuki bu indiki şəraitdə "Metropoliten" ASC-nin üzərinə düşən ən vacib məsələlərdən biridir.
Son zamanlar metrostansiya döşəmələrinin mərmər örtüyünün dəyişdirilməsi bir tendensiyaya çevrilib. Alqışlayıram, uzun illər istifadə edilən döşəmələri müasir, gözoxşayan mərmər örtüklə əvəzləmək təqdirəlayiqdir. Amma bu döşəmələr nə qədər parlaq olsa da, bir o qədər təhlükəlidir. Belə ki, metroda divar üzlüyü üçün nəzərdə tutulan mərməri döşəməyə işləyiblər. O səbəbdən də yeni təmir edilmişvə tikilmiş metro stansiyalarında gəzmək potensial təhlükədir, hər an sürüşərək yıxıla bilərsən. Nəinki yaşlı insanlar hətta cavanlar da döşəmənin üzərində sərbəst yeriyə bilmirlər. Mən dəfələrlə sürüşənlərin şahidi olmuşam. Gözləmək lazım deyil ki, bu problem üzündən kimsə xəsarət alsın.Ümidvaram ki, bu irada da fikir verərlər. Düşünürəm ki, Zaur müəllim bu halların qarşısını almaq üçün səmərəliləşdirici təkliflərlə bizi sevindirər.

İndi isə qayıdıram biz insanların üzərinə düşən vəzifələrə.

İnsan həyatında onun mədəniyyətinin, etika qaydalarının rolu böyükdü. Lakin elə insanlar var ki, bundan bixəbərdi. Ya da bilib əməl etməyə məhəl qoymurlar. Yol boyu müşahidə etdiyim bəzi insanların etikadan kənar hərəkətləri məndə həm cəmiyyətə qarşı ikrah hissi oyadır, həm də onları tənqid hədəfinə çevirməyimə məni məcbur edir.
Hamımızın bildiyi kimi, hazırda metro stansiyalarında, avtobuslarda sərnişin sıxlığı tez-tez müşahidə edilir və bu bizi məyus edir. Bu səbəblə gediş-gəliş çətinləşdiyindən insanların vaxtlı-vaxtında mənzil başına çatması mümkün olmur. Sorğulara cavab olaraq Nəqliyyat Nazirliyi sıxlığın yaranma səbəbini qatarların və avtobusların azlığı ilə izah edir. Bu problemin yalnız bir tərəfidir və sərnişinlər bu problemi heç cür aradan qaldıra bilməz.Amma problemlə davranışın özü də bir mədəniyyətdir. Sıxlıq saatlarında hər hansı bir qatar stansiyaya yanaldığı zamana müşahidə edilən mənzərə tamaşa üçün iki göz istəyir. Nə platformadakılar sərnişinlərin qatardan çıxmasına imkan verir, nə də qatardakılar qapıdan çəkilmir ki, platformadakı sərnişinlər qatara minə bilsin. Metroda canavar sürüyə daraşan kimi sərnişinlərin bir-birini qovaladığını izlədim-hamı eyni vaxtda minmək və düşmək istəyir. Bu cür hallarda isə kiçiyin böyüklərə hörmətinin , böyüklərin isə kiçiklərə izzətinin itirməsinə səbəb olur.
İstirahət günü xalamgilə qonaq gedərkən bu mənzərə ilə qarşılaşdıqda çox məyus oldum və sevindim ki, metrodan tez-tez istifadə etmək məcburiyyətində deyiləm. Amma hər gün bu məcburiyyət qarşısında qalan minlərlə insan var.. İlk növbədə bu cür halların qarşısını almaq qismən də olsa biz insanların əlindədir. Bir- birimizə qarşı diqqətli olmaq, sərnişin mədəniyyəti nümayiş etdirmək hər birimizin borcudur. Hətta bunu metro stansiyalarının məlumat qovşaqlarından bir qadının elan etdiyini bizim eşitməməyimiz mümkün deyil. Lakin çox təssüf ki, o məlahətli səsi olan xanımın çağırışlarına hələ də bir sərnişin olaraq çox etinasız yanaşırıq, qulaq ardına vuraraq yolumuza davam edirik. Amma ümid edirəm ki, biz günlərin birində o məlahətli xanımın sözünə əməl edəcəyik, çünki o ərinmədən bizi çağırmağa davam edir, gəlin onu eşidək, bəlkə ağlabatan bir söz deyir: "Hörmətli sərnişinlər, bir-birinizə qarşı diqqətli olun, yaşlılara və uşaqlı qadınlara yer verin".
Sivilizasiyanın yüksək səviyyədə inkişaf etdiyi dövrdə belə halların baş verməsi çox təəccüblü görünür. Ümidvaram ki, bu məsələlər öz yerini taparaq problemlərin çözülməsində kömək olacaq. Gəlin özümüzə rəva bilmədiyimizi, özgəsinə rəva görməyək.


Heydərli Ulker
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO