Bakıda Azərbaycan Kommunist Partiyasının (Züqanovçular) Qurultayı keçirildi
Siyaset
Oxunub: 2 842
2 mar 2015 | 19:23
Martın 1-də Bakının Xətai rayonunda Azərbaycan Kommunist Partiyasının (5-ci çağırış) 38-ci qurultayı keçirilib. Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) və beynəlxalq Kommunist Partiyaları İttifaqının (KPİ - KPSS) lideri Gennadi Züqanovun siyasi və ideoloji fikirlərini bölüşdürən partiyanın 26 rayon təşkilatı qurultayda təmsil olunurdu.
Qurultayda partiyanın Mərkəzi Komitəsi (MK) və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) hesabatları dinlənildi və müzakirə edildi. Yeni MK və MNTK seçildi. Gülnisə Məhsimova 31 adamdan ibarət AKP MK sədri, Ədalət Yaqubov isə 7 nəfərdən ibarət MNTK sədri seçildi. MK sıralarından da G. Məhsimova başda olmaqla 13 nəfərdən ibarət Büro seçildi.
Qurultayda Azərbaycandakı mürəkkəb sosial-iqtisadi vəziyyət haqqında danışıldı və qeyd edildi ki, züqanovçu kommunistlər kapitalist cəmiyyətinin problemləri fonunda sosial ədalət uğrunda mübarizə aparmalı, vətəndaşların sosial və iqtisadi hüquqlarını müdafiə prinsipindən çıxış etməlidir. Qurultay həmçinin çoxqütblü dünya tərəfdarı kimi çıxış edərək, imperialist diktəsini pislədi və Azərbaycanın tarixi tərəfdaşları və müttəfiqləri ilə, ilk növbədə Rusiya ilə, hərtərəfli yaxınlaşmasının lazım olduğunu vurğuladı. Bu baxımdan Prezident İlham Əliyevin Rusiya ilə hərtərəfli əməkdaşlığa yönəlmiş xarici siyasəti qurultay tərəfindən dəstəkləndi.
Züqanovçu kommunistlərin qurultayı təşkilati məsələlərə də baxdı. Keçmiş partiya sədri Rauf Qurbanov və onun bir qrup tərəfdarı bölücü və fraksiyaçı fəaliyyəti üçün AKP-dən çıxarıldı. Qeyd edildi ki, Qurbanov və onun tərəfdarları illər boyu Azərbaycanın kütləvi informasiya vasitələrini, eləcə də RFKP və KPİ-KPSS rəhbərliyini aldadırmış və özlərini "Azərbaycan Kommunist Partiyası" kimi təqdim edirmış, baxmayaraq ki, bu kiçik qrupun nə balaca sayı, nə də passiv fəaliyyəti buna əsas vermirdi. Bu antipartiya qrupunun fəaliyyəti haqqında RFKP və KPİ-KPSS rəhbərliyi məlumatlandırılıb.
Qurultayda Azərbaycan Mütərəqqi Sosialist Partiyası və Azərbaycan Solçu Sosialistləri müstəqil ekspert qrupunun rəhbərləri Rüstəm Şahsuvarov və Firudin Qasımov qonaq kimi iştirak etdi. Onlar qurultayı salamladılar və Azərbaycanda kommunistlər və sosialistlərin gələcək əməkdaşlığına ümidvar olduğunu bildirdilər.

Bakıda Azərbaycan Kommunist Partiyasının (Züqanovçular) Qurultayı keçirildi
Bakıda Azərbaycan Kommunist Partiyasının (Züqanovçular) Qurultayı keçirildi
Azərbaycan Mütərəqqi Sosialist Partiyasının mətbuat xidməti

http://left-az.livejournal.com
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...