Sökülən evlərə pul veriləcək?
Sosial
Oxunub: 1 489
4 mar 2015 | 13:01
Sökülən evlərə pul veriləcək?

ANS PRESS evlərin kompensasiya məsələsinə aydınlıq gətirib

Sosial 2005-ci ildə Milli Məclisdə çox mühüm qanun qəbul edildi. Qanuna görə, evi sökülən vətəndaşa yerli icra orqanları tərəfindən kompensasiya verilməlidir. Amma bu qanunu ölü adlandırmaq olar. Çünki heç kimin bundan xəbəri yoxdur.

Azerinfo.az bildirir ki, bu sözləri ANS PRESS-ə millət vəkili Zahid Oruc dedi. Onun sözlərinə görə, Dövlət Neft Şirkətinin balansında olan torpaqlarda tikilən evləri sökmək və evləri dağıdılan vətəndaşlara heç bir yardım etməmək böyük narazılığa səbəb olacaq. Ona görə də parlamentdə 2005-ci ildə qəbul edilən qanun işlək vəziyyətə gətirilməlidir.

“Qeyri qanuni tikilən evlər, mənzillər, yaşayış obyektləri hələ də bizim üçün milli problem olaraq qalmaqdadır. Halbuki illər ərzində görülən işlərin də miqyası böyükdür. İndi evlərin sənədlərinin alınması ASAN xidmət modelində həyata keçirilir. Əmlak Məsələləri Dövlət Komitəsinə böyük səlahiyyətlər verilib. Evlərin sənədləşdirilməsi üzrə işlərin çoxu elektronlaşdırılıb. Keçmişdə istehsalat obyektlərinin, zavodların, fabriklərin nəzdində olmuş yataqxanalarda yaşayan insanların da mülkiyyət hüququnun tanınması ilə bağlı qərar parlamentdən keçib. Bu təşəbbüs ölkə başçısından gəlmişdi. Bütün bunların fonunda hesab edirəm ki, rəsmiləşməmiş evlər məsələsinin hökumət qərarı ilə tənzimlənməyinə çox ciddi ehtiyac var. Bu cür evlərin sayı on minlərlədirsə, müxtəlif kommunikasiyalar ətrafında məskunlaşıblarsa, həmin vətəndaşları ekskavatorun qarşısına verərək evdən çıxarmaq o qədər də düzgün olmazdı. Çünki həmin yük təkrarən dövlətinə üzərinə gələcək. Evləri sökülən həmin vətəndaşlar müxtəlif dövlət qurumlarının qarşısında etiraz tədbirlərinə əl atacaqlar”, - deyə Zahid Oruc bildirdi.

Millət vəkili hesab edir ki, ARDNŞ tərəfindən söküləcək evlər haqqında təxmini smeta təyin edərək vətəndaşlarla bir konsensus tapmaq olar: “Çünki yeraltı sərvətlər də insanlardan ötrüdür, insanlar o buruqlardan ötrü deyil. Əlbəttə ki, Azərbaycan müxtəlif beynəlxalq müqavilələr bağlayır və bu razılaşmalara görə həmin ərazilər boşaldılmalıdır. Lakin bu sərvətlərdən gələn gəlirlər sonradan bu insanlara yönələcəksə, elə bəri başdan bunu etsinlər. Buna görə də hesab edirəm ki, bu məsələdə sənədi var, ya yoxdu kateqoriyasından çıxış etmək çox yanlış olardı. Ümumiyyətlə, “qanunsuzdur” ifadəsi o qədər də yerində deyil. Şübhəsiz ki, o insanlar daşı daş üstə qoyanda yerli qurumlarla bunu razılaşdırırlar. 2005-ci ildə bunula bağlı çox mühüm bir qanun qəbul edildi. Qanunda nəzərdə tutulur ki, əgər bir vətəndaşın evi sökülürsə, ona bu məsələdə razılıq vermiş qurumlar vətəndaşa dəymiş ziyanı ödəməlidirlər. Qanunun ikinci maddəsində isə nəzərdə tutulut ki, əgər razılaşma olmadısa, məhkəməyə müraciət olunmalıdır. Üçüncü maddədə isə bildirilir ki, vətəndaşın sənədləri hüquqi akt kimi tanınmadısa, bu halda vətəndaş vicdanlı alıcı kimi tanınaraq onun çəkdiyi xərclərin hamısı yerli dövlət qurumları tərəfindən ödənilməlidir. Bu bələdiyyə də ola bilər, icra hakimiyyəti də. Bu qanun 10 ildir ki, işləmir. Ona görə də vətəndaş sabah ekskavatorun qarşısında əliyalın qalanda haqlı olaraq yerli qurumlardan narazı qalır”.

Millət vəkili hesab edir ki, evlərin üzərinə sadəcə texnika göndərmək düzgün deyil. Onun sözlərinə görə, bu məsələ qanuni, hüquqi yolla öz həllini tapmalıdır: “Bununla bağlı komissiya formalaşdırılmalı, vətəndaşlarla danışıqlar aparılmalıdır. Əminəm ki, sonda vahid meyarlar tətbiq olunacaq”.

Millət vəklinin qeyd etdiyi parlamentdə 2005-ci ildə qəbul edilən 10 ildir ki, işləmir. Bəlkə bu qanunun işlək vəziyyətə gətirilməsinin tam zamanıdır. Çünki söhbət 1000, 2000, 3000 evdən deyil, on minlərlə evdən gedir. Təkcə Binəqədi rayonunda ARDNŞ-nın balansında olan torpaqlarda 35 min ev tikilib və şirkət açıqlama verib ki, bu evlərin hamısı söküləcək. Lakin həmin evlərdə yaşayan vətəndaşların aqibətinin necə olacağı barədə hələ də heç bir açıqlama verilməyib.

2005-ci ildə qəbul edilmiş edilmiş qanuna görə, Binəqədi rayon İcra Hakimiyyəti evləri söküləcək 35 min ailəyə kompensasiya ödəməlidir.

Lakin İH bununla razılaşmır. Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova ANS PRESS-ə bildirdi ki, İH hakmiyyətinin evləri söküləcək vətəndaşlara kompensasiya ödəmək hüququ yoxdur: “Həmin ərazilər Dövlət Neft Şirkətinin balansında olduğu üçün kompensasiya məsələsinə onlar baxacaqlar. Lakin Binəqədi Rayon İcra Hakimiyyəti isə evləri söküləcək vətəndaşları müəyyən müddətə qədər müvafiq şəraitlə təmin edəcək”.

ARDNŞ-dan isə bildirdlər ki, Şirkətin balansında olan torpaqlarda evləri sökləcək vətəndaşların aqibəti barədə hökumət hələlik heç bir qərar verməyib.

ANS PRESS olaraq bu insanların problemini diqqətdə saxlayırıq. Ümid edirik ki, on minlərlə insan evləri sökülərək taleyin ümidinə buraxılmayacaq.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi