Səttar Mehbalıyevin adamı Sumqayıtda narazılıq yaradır
Gundem
Oxunub: 1 240
4 mar 2015 | 15:52
 Səttar Mehbalıyevin adamı Sumqayıtda narazılıq yaradır

Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin yarıtmaz fəaliyyətindən doğan narazılıqlar öz əksini tapır. Məlum olduğu kimi Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Səttar Mehbalıyev eyni zamanda həm də Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının (AHİK) sədri vəzifəsini daşıyır. Bu isə S.Mehbalıyevə böyük məbləğlərdə maliyyə vəsaitlərinin mənimsənilməsi ilə müşayiət olunan bir çox irimiqyaslı maxinasiyalarn həyata keçirilməsi üçün olduqca əlverişli şərait yaradır. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da qeyd olunduğu kimi Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyası 5-6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən sahələrarası birliklərin könüllü ittifaqıdır. AHİK 26 sahədə 18610 həmkarlar ittifaqı təşkilatını özündə birləşdirir. Həmkarlar ittifaqı üzvlərinin ümumi sayı təxminən – 1600000 nəfərdir. Təsəvvür edin ki, təkcə 1600000 nəfərdən hər ay tutulan minimum 2 manat üzvülük haqqından bir il ərzində yığılan məbləğ 38 milyon 400 min manat təşkil edir. Həm də nəzərə alaq ki, bu məbləğ yalnız minimal üzvlük haqlarının hesablanması nəticəsində ortaya çıxır. Reallıqda isə həmin məbləğin 2-3 dəfə daha artıq olması tamamilə mümkündür. Digər tərəfdən isə buraya “Kurort” Səhmdar Cəmiyyətindən əldə olunan milyonları, bildiyimiz və bilmədiyimiz digər maliyyə qaynaqlarından gələn gəlirləri də əlavə etsək daha müdhiş bir mənzərə yaranar. Bütün bu imkanlar faktiki olaraq bir adamın, millət vəkili Səttar Mehbalıyevin əlində cəmlənib. Azerinfo.az Dia.az-a istinadən xəbər verir ki, Sumqayıtdan aldığımız məlumatlarda isə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin sədri Xudaverdi Əliyevin İttifaqın rəhbərliyi səviyyəsində həyata keçirilən əksər maxinasiyaların ən fəal iştirakçılarından biri olduğu vurğulanır. Məlumdur ki, bu gün ölkədə təxminən 170.000 orta məktəb müəllimi var, onların da orta aylıq maaşı 100 manatdır, həmkarlara qoşulmaq üçünsə üzvülük haqqı müəllimin maaşınnın 2 faizini təşkil edir. Demək orta məktəb müəllimlərinin həmkarlara ödədiyi məbləğ ayda azı 340.000 manatdır. Bir il ərzində isə bu vəsait 4 milyon 80 min manat edir. Nə vaxtsa bu pulla müəllimlər müxtəlif yerlərə istirahətə göndərilirdi. İndi isə həmkarlara yığılan pullar guya ki, elə müəllimlərin “bülleten” pullarının ödənməsinə sərf olunur. Təəssüflər olsun ki, vətəndaşların hüquqlarının müdafiəsi məqsədilə yaradılmış nəhəng bir ictimai qurumu korrupsiyada ittiham və ifşa etmək elə də asan məsələ deyil. AHİK-nın korrupsiya mexanizmi isə hər bir vətəndaşın işə götürüldüyü andan fəaliyyətini bir qədər də genişləndirir. Digər tərəfdən də ekspertlər hesab edirlər ki, bu gün AHİK yalnız nəzəri sürətdə mövcuddur, onun real fəaliyyəti yoxdur. Əlbəttə ki, bu iddia təşkilata gələn maliyyə axınlarına aid deyil. Xatırlayırsınızsa bir müddət əvvəl öz müsahibələrinin birində AHİK sədri Səttar Mehbalıyevin məhz AXC hökuməti vaxtında təşkilata sədr seçildiyini xatırladan hüquq müdafiəçisi M.Qəhrəmanlı olduqca dəyərli arqumentlər də ortaya qoymuşdu. Məhz AHİK-in həmkarlar təşkilatları olan müəssisələrdə 25 ölüm hadisəsinin olduğunu bildirən hüquq müdafiəçisinin dediyinə görə, rəsmi həmkarlar fəaliyyətsizdir və fəhlələr onları məhkəməyə verməlidirlər, çünki həmkarlar komitəsi olan təşkilatlarda işçilərin müdafiəsi təşkil olunmadığı halda, həmkarlar yalnız üzvlük haqqının yığılması ilə məşğuldur...
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ