Unudulmuş zaman, naməlum qəbirlər, sirli Siqnaxi - REPORTAJ
Maraqli
Oxunub: 1 591
4 mar 2015 | 20:27
Unudulmuş zaman, naməlum qəbirlər, sirli Siqnaxi - REPORTAJLent.az-ın əməkdaşı Gürcüstanın əfsanəvi şəhərindən yazır...

Müqəddəs Nino (Bobdi) monastırı Gürcüstanın şərqində - Kaxetiyada, Siqnaxidən 2 kilometr aralıda yerləşir. Monastır İberiyada (indiki Gürcüstan) ilk xristianlığı yaymış missioner qadın Ninonun məzarı üstündə yaradılıb; müasiri çar Marian tərəfindən, eramızın IV əsrində. Bunu 1995-ci ildə burada aparılmış arxeoloji qazıntılar tapılmış saxsı fincan və kilsə zəngi də təsdiqləyir.
Hal-hazırda yerdən təqribən 1800-1900 metr hündürlükdə, dağın zirvəsindəyik. Haqqında söz açdığımız yerdə, gürcülərin ən qədim monastırında. 19-cu əsrdən sonra monastır qadınlar üçün məbədə çevrilib.
Sağında və solunda üstünü mamır basmış qədim qəbirlərin arasından keçib monastıra daxil oluruq.
Xristianlıq I əsrdə Roma imperiyasında təşəkkül tapdıqdan sonra başqa ərazilərə yayılmağa başladığı vaxtda İberiyada bütpərəstlik hökm sürürdü. Ta ki, 4-cü əsrin birinci yarısına kimi. Kartli çarlığı xristianlığı dövlət dini elan edənə qədər. Bu vaxta qədər yerli əhali Aya, Günəşə, bolluq, hava və məhsul tanrılarına sitayiş edirdi.
Unudulmuş zaman, naməlum qəbirlər, sirli Siqnaxi - REPORTAJGürcüstanda xristianlığın yayılması ilə bağlı xalq arasında müxtəlif əfsanələr gəzir. Əfsanələrin birində deyilir ki, Nino öz müalicə üsulu ilə həmin dövrlərdə məşhur imiş. O, ağır xəstəliyə düçar olmuş çariça Nananı ölümün pəncəsindən alır. Bundan sonra sağlamlığını Ninonun tanrısına borclu olduğuna inanan qadın onun dinini, tək Allahlılığı qəbul edir. Zamanla əri çar Marian da arvadının dininə etiqad edir. Beləliklə, xristianlığın ilk cücərtiləri indiki Gürcüstan ərazisində göyərməyə başlayır.
Çarın xristianlığı qəbul etməsi haqqında gəzən rəvayətdə deyilir ki, bir gün çar və onun yaxın adamları dağlarda ov edərkən göyün üzü qəfil tutulub. Öləcəyindən qorxan çar öz tanrısına yalvarmağa başlayır. Yalvarışlarının nəticəsiz olduğunu görən çar Marian Ninonun Allahına dua edir. Həmin an qaranlıq çəkilir, hər yan nura qərq olur. Bu hadisəyə şahid olan çar və ətrafındakılar Ninonun Allahına inanır və xristianlığı qəbul edirlər. O gündən Kartlidə hakim din xristianlıq olur.
Lakin bütpərəst xalqı tək Allahlığa inandırmaq o qədər də asan olmur. İberiyanın (Gürcüstan) dağ əhalisi arasında bu dini Nino və eristavlar (eri-xalq, tavi-əsas) silah gücünə yayır.
Bələdçimiz Elvindən monastır haqqında ümumi məlumatı alıb müqəddəs Georgiya kilsəsinə keçirik. Hansı ki, müqəddəs Nino burada dəfn olunub. Kseniya ana məzara tərəf çönüb xaç çevirdikdən sonra məlumat verir. Deyir ki, Ninonun vəfatından sonra çar Marian onun nəşini paytaxta gətizdirmək istəyib. Lakin 2 yüz insan onu yerindən tərpədə bilməyib. Bundan sonra çar müqəddəsin oradaca dəfn olunması və məzarın üstündə monastır tikilməsinə göstəriş verib.
...Məzarın ətrafında şamlar yanırdı. Ana məzarın kənarında dayanıb sol dizini yerə qoyub, alnını məzar daşına söykəyir. Hörmət əlaməti olaraq mən də diz çökürəm. Xoşuna gəlir. "Allah səni qorusun!", deyir.
- Quran oxumusan?
- Oxumuşam.
- Başdan ayağa?
-Demək olar... Orada yazılanları anlamaq üçün bir dəfə oxumaq kifayət etmir.
- Elədi.
Kilsəyə girəndə qapının üstündə "Kilsədə çəkiliş etmək olmaz" deyə lövhə asılmışdı. İcazə istəyirəm. Ancaq rəsmi icazə olarsa, bunun mümkün olacağını deyirlər. İnciməməyimi xahiş edir. Səlahiyyət sahibi deyilmiş. Və bizi kilsəylə tanış edir. Oradakı şəkilləri, xristianların inandıqları müqəddəs üçlüyün şəklini göstərir. Ata, oğul və müqəddəs ruh.
Üzü nurlu bu qadınla sağollaşıb kilsədən çıxanda Kseniya ana adımı soruşdu. Dedim.
- Lyaman...
-Buyurun, Kseniya ana.
- Müqəddəs bulaqdan su içmədən getmə! Yaxşı?!
- Yaxşı!
Monastırın həyəti çox böyük idi. Ətrafda çoxlu qədim binalar, tarixi məkanlar. Bələdçidən həmin bulağı soruşdum. Sualım gözlənilməz oldu. Elvin gözləri böyümüş mənə baxırdı.
- Bilirsən haradı? Dağın düz ətəyi! 700 pilləkən düşməlisən. Yaxşı düşdün. Bəs çıxmaq? Məndə o bulağın şəkilləri var. Gəl, yollayım sənə, düşməyək. Hə?
Mən isə qəti qərar vermişdim. Düşəcəkdim. Elvin danışmağında, gəlib çıxırıq pillələrin başına. Eni bir metrə yaxın olan daş döşəməli pillələr idi. Düşdükcə, daşlardan qəribə səs gəlirdi. Tarixin səsi. Elvin deyir ki, adına 700 pilləkən deyilsə də, onlar dəfələrlə sayıblar. 701 dənədi. Bir qədər düşdükdən sonra daş pillələr bitir torpaq cığırla yolumuza davam edirik. Yüz metr getməmiş yenə daş pillələr başlayır. Ziyarətçilərin dincini alması üçün bəzən 60-70, bəzən də 100 yüz pillədən bir 4 yerdə skamyalar düzülüb. Ağacların arasıyla enirik bulağa. Təbiətin qoynu, təmiz hava. Saralmış yarpaqların arasında tər bənövşələr boynunu büküb.
Gəlib çatırıq. Burada da yuxarıdakı kimi qədim qəbir var. Yanında da ətrafı daşla hörülmüş quyu. Müqəddəs bulaq isə qarşımızdakı tikilinin arxasında idi. Daşların arasında sızılan su müqəddəs Nino bulağı adlanır. Bulağında yanında isə hamam var. Ziyarətçilərin müqəddəs suda yuyunub, paklanmağı üçün. Hamamın girişində hazır məhrəba da var. Paklanmaq istəyən müəyyən qədər ödəniş etməlidir.
Müqəddəs bulağın buz kimi suyundan içib yolumuza davam edirik. Daha doğrusu gəldiyimiz yolla qayıdırıq. İlk başda asan görünsə də, yuxarı qalxdıqca oksigen azalır, nəfəs almaq çətinləşir. Bir təhər gəlib çıxırıq başladığımız yerə. Arxaya baxdıqda isə adamın gözü qaralır. Üstəlik, ayaqlarım sözünə baxmır. Yerə dirədikcə, yorğunluqdan əsir.
Pilləkənləri çıxanda tez-tez dayandığımdan yolun sağındakı qəbiristanlıq gözümə sataşmışdı. Ağacların kölgəsində yatan, bir-birindən aralı düzülmüş iki cərgə qədim başdaşısız qəbirlər. Bəziləri dağılmaq üzrə olsa da, yaxşı vəziyyətdə olanları çoxuydu.
Rastlaşdığımız rahibələr gözlərini yerə dikib yanımızdan sürətlə keçir. Salam verməyə macal tapmadan. Məbəddə restavrasiya işləri görən ustalar isə danışmağa meyllidirlər. Haradan gəldiyimizi, kim olduğumuzu soruşur. Jurnalist olduğumu bilincə, monastırın tarixindən danışır. Heç deməzsən, ustadı.
Sən demə, monqol-tatarların İberiyaya hücum zamanı dağıtmağa ehtiyat etdikləri bu məbədi XVII əsrdə İran hökmdarı Şah Abbas yerlə yeksan edib. Hansı ki, bir neçə il əvvəl burada çar I Teymurazın tac qoyma mərasimində özü də iştirak etmişdi. Tamamilə uçub-dağıdılan bu məbəd tezliklə inanclı insanlar tərəfindən bərpa olunub.
Bunlardan əlavə monastırın kitabxanası, dini suvenirlər satılan hədiyyələr mağazası, ərzaq anbarı, arxivi, ibadət otağı, park və rahibələrin ümumi yaşadığı evlər var.
Monastırı gəzib bitirəndə artıq günorta idi. Unutmadan qeyd edim ki, monastıra ziyarət axşam yeddiyə qədərdi.
Məbəddən çıxıb üzü aşağı Siqnaxiyə tərəf düşürük. Şəhər 18-ci əsrin II yarısında çar II İrakli tərəfindən dağların zirvəsində salınıb. O qədər də qədim tarixə malik olmasa da, şəhərə girdiyin andan özünü keçmişdə hiss edirsən.
2 mindən çox olmayan sakini olan bu şəhər 1264-cü ildən monqollar tərəfindən yerlə yeksan edilib. Şəhər sonradan bərpa edilib. Özləri etiraf etməsə də, bəzi mənbələrdə buranın qədim türk torpaqları olduğunu deyilir. Hətta şəhərin adı da türk mənşəli olub, "sığınaq" sözündən götürülüb.
Şəhərin bir neçə özəlliyi var. Onlardan biri, bəlkə də birincisi tarixi müəmmalı olan daş divardı. Şəhər başdan ayağa divarla əhatə olunub. Həmin divarın 4.5 km-i, 28 mühafizə qülləsi bugünkü günə qədər qalıb. Hazırda şəhərə gələn turistlərin mütləq ziyarət etdiyi əsas yerlərdən biridir. Bizi mənbələr, bu divarın çariça Tamaranın gəzintiyə çıxması üçün tikildiyi deyilir. Çünki divar elə enlidir ki, üstündə rahatca yerimək olur.
Daş döşəmələrdə addımladıqca özümü İçərişəhərdə hiss edirsən. Fərq küçələrin sakitliyində, bir də döşəmələrin təmizliyindədir. Siqnaxi küçələrini gəzərkən yerdə zibil, tüpürcək görmədim. Fikir vermədim yox ha, axtardım tapmadım. Yolun kənarına qoyulmuş zibil qabları da dolub daşmırdı.
Zamanla unudulub, Allahın belə yadından çıxmış bu şəhərə Saakaşvilinin hakimiyyəti dövründə dövlət proqramına salınır və 2007-ci ildə yeni həyat verilir. Düzdü, bugünkü günə qədər də təmir olunmamış yerləri var. Amma ümumilikdə tarixi saxlanılmaqda restavrasiya işi əlaydı. Kaxeti bölgəsində yerləşən şəhər tarixən gürcü çarlarının ən sevdiyi məkan olub. İndi ölkəyə gələn turistlərin çoxu Siqnaxiyə baş çəkmədən ölkələrinə qayıtmırlar.
Küçələri sakit, insanları gülər üzdü buranın. Cavanları rusca yaxşı bilməsələr də, qocaları bu dili yaxşı başa düşür. Günorta saatları olsa da, küçələrdə adda-budda adam görmək olar. O da əksəriyyəti turistlər. Siqnaxi Tiflis və Batumidən sonra yaxşı gəlir gətirən üçün turizm şəhəridir.
Havayı yerə bu şəhərə "Sevgilər şəhəri" deməyiblər. Burada heyvanlara belə ayrıca sevgi var. Bunu küçələrdə gəzən, insanlardan hürküb qaçmayan küçə itlərindən görmək olur. Elvin deyir ki, parkın yanında qutu qoyulub, küçə heyvanlarına sahib çıxmaq üçün könüllülər pul toplayırlar. Tərslikdən bu gün parkda yox idilər.
Solomon Dodaşvili meydanında yerləşən "9 aprel" Siqnaxinin yeganə parkıdı. Ziyarətçiləri girişində Solomon "qarşıla"yır. Ondan solda isə II Dünya müharibəsində şəhid olmuş Siqnaxi sakinlərinin xatirə barelyefi və həlak olanların adları yazılmış daş lövhələr var. Ən maraqlısı isə barelyeflərin sonunda divardan asılmış zəncirlərdi. Elvinin sözlərinə görə, bu zəncirlərin qədimlərdə cəza aləti olması ehtimal olunur. Bunu dəqiqləşdirmək üçün Bakıya qayıdan kimi Gürcüstan səfirliyi ilə əlaqə saxladıq. Mətbuat xidməti bunu ilk dəfə məndən eşitdiyini dedi. İnternetdə nə qədər axtarış versəm də, bu haqda nə bir şəklə, nə də məlumata rast gəldim.
Nekresi monastırı da Gürcüstanın ən qədim məbədlərindəndir. Nədənsə, bu gün baxımsız vəziyyətdə idi. Qapının ağzında şam satan yaşlı kişini və rus turistləri saymasaq monastırda kimsə yox idi. Monastırın damına çıxanda şəhər adamın lap ayağının altındaymış kimi görünür.
Elvin şəhərlə bizi tanış etməyə davam edir. Deyir, Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən bu şəhərdə verilən nikah kağızı beynəlxalq status daşıyır. O üzdən də bura sevgi şəhəri deyilir. Həftə sonu olduğundan, "ZAQS"da kimsə yoxuydu. Xalça muzeyi kimi. Bələdçimiz deyir ki, muzeydə üç rəngli Azərbaycan bayrağı da var. Kustar üsulla toxunmuş. Amma görə bilmədik.
Şəhərin "bazar" deyilən yerində alverçilər vardı. Əsasən çaxır və turşu lavaş satırlar. Yaxınlaşmağına peşman olursan. Bir baxışın yetər ki, gürcü xalalar səni dilə tutsun. Ondan sonra o qədər "spasibo, ne xoçu" de ki... Başlayır hərəsi öz məhsulunu tərifləməyə. Sən də məcbur olub qızıl vaxtından kəsib onları dinləyirsən. Hörmətsizlik olmasın deyə.
Şəhərin mərkəzində oyuncaqlar satan xala bizi görüncə "bayram?" dedi. Elvin xalayla yarı gürcü, yarı rusca nəsə danışır. Deməli, xala bizi uzaqdan görüncə, turist olduğumuzu anlayıb. Bizim dildə də bildiyi tək söz "bayram" imiş. Öz aramızdı, diqqət çəkmək, müştəri qazanmaq üçün yaxşı üsuldu. Çünki xalayla alver etdikdən sonra sağa burulduq. Burada da turistləri gözləyənlər vardı. Keçədən suvenirlər, breloklar, yun corablar satan xalalar. Yad ölkədə olduğumu unudub, "Bu, neçəyədi?" deyirəm. Cavab gözlənilməz olur.
- Beş lari.
Bu şəhər Balakənə yaxın olduğundan azərbaycanlı turistlərə də çox alışıb Siqnaxi. Hətta aldıqlarımı hesablayanda larini manata da çevirib deyir. Sonra buranın yayda daha gözəl olduğunu deyir. Odur ki, bura yayda gəlmək lazımdı.
Gəlmişkən, Elvin Kvareli gölünə də baş çəkməyi məsləhət görür. Maşınla cəmisi bir saatlıq yolmuş.
Gölə giriş qadağandır. Kvareliyə çatmamış yolda mühafizə postu qoyulub. "Azərbaycandan gəldiyimizi" deyincə, mühafizəçi yuxarıdan bizim adımıza icazə alır, keçirik. Buranın da yayı gözəl olurmuş. Qışda adi mənzərəydi. Gölün suyu da xeyli çəkilmişdi.
Göldə çox vaxt itirməyib dağın sinəsindən dəlinib, çəkilmiş yolla geri qayıdırıq. Üzü Balakənə doğru...

lent.az
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO