Alı Alıyevin bacağından görünməmiş özbaşınalıq
Bolge
Oxunub: 1 477
5 mar 2015 | 11:51
Alı Alıyevin bacağından görünməmiş özbaşınalıq

Vaqif Hüseynov İcra Qrupunun rəhbəri şəhid ailəsini təhqir etdiyi və kabinetində vəhşicəsinə döydükdən sonra 5 sutka həbs etdirdiyi deyilir

Füzuli rayonunda olduqca ilginc bir özbaşınalığın baş verdiyi bildirilir. Azerinfo.az bildirir ki, JAM.AZ-a müraciət edən rayon sakini Tahir Orucov icra başçısı Alı Alıyevin bacanağının bir ailənin gətirdiyi müsibətlərdən bəhs edir.

Məlumatda deyilir ki, özbaşınalıqla məşğul olan Ədliyyə Nazirliyinin Füzuli rayon İcra Qrupunun rəhbəri Vaqif Hüseynovdur. Bu şəxs rayonun icra başçısı Alı Alıyevin bacanağıdır və əl-qolunun açıq olmasının səbəbi də elə budur.

Tahir Orucov daha sonra yazır: «Vaqif Hüseynovun Füzuli rayonunun Yuxarı Dilağarda kənd sakini, şəhid ailəsi Cavadov Elyas Çapar oğlunun başına açdığı oyunlar, onu kişiyə yaraşmayan söyüşlərlə təhqir etməsi,öz kabinetində vəhşicəsinə döyməsi və 5 sutka həbs verdirməsi barədə onun həyat yoldaşı Bağırova Banuçiçək Üzeyir qızı artıq Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya ərizə ilə müraciət edib.

Elyas Cavadov birinci həyat yoldaşından ayrılaraq ikinci dəfə ailə həyatı qurub. Onun birinci həyat yoldaşından iki uşağı var. İkincidən də iki uşağı var. Xəstə olduğundan tez-tez müalicə olunur. Belində yırtıq olması və əməliyyat olunması barədə həkimdən qeydiyyatdan da keçib. Ancaq pulu olmadığından əməliyyat oluna bilmir. Daimi iş yeri olmadığından iş tapanda günəmuzd işləyərək birinci həyat yoldaşına aliment göndərir. Onun əlində 670 manat aliment göndərməsi barədə qəbz də var. Bundan əlavə dövlətin məcburi köçkünlərə sosial müavinət kimi həray verdiyi 18 manat 15 qəpiklik kartı da 4 ildən çoxdur ki, birinci həyat yoldaşındadır. Üstəlik, Elyas Cavadov kredit yolu ilə götürdüyü soyuducunu, televizoru və digər ev əşyalarını da birinci həyat yoldaşına verib. Hazırda həmin kreditləri də Elyas Cavadov ödəyir.

Bir heçə ay əvvəl Ədliyyə Nazirliyinin Füzuli Rayon İcra Qrupunun rəhbəri Vaqif Hüseynov Elyasın mobil telefonuna zəng vuraraq onun külli miqdarda aliment borcu olduğunu bildirib və cavab gözləmədən şəhid ailəsini(şəhidlik vəsiqəsi №100061) kişiyə yaraşmayan söyüşlərlə təhqir edib (yəqin ki, bu söyüşlər Azərselin yaddaşında saxlanılır) və onu yanına çağırıb. Elyas isə bildirib ki, o, Bakıda günəmuzd işləyir. İcra məmurunun hədə-qorxusundan sonra Elyas Füzulu Rayon Məhkəməsinə, icra qrupunun rəhbəri Vaqif Hüseynovun yanına gedir. Əsil mərəkə də bundan sonra başlanır.

V.Hüseynov deyir ki, sən 3 ildir ki, aliment ödəmirsən. Halbu ki, bu barədə E.Cavadova heç bir rəsmi bildiriş göndərilməyib. E.Cavadov isə əlindəki qəbzləri göstərək deyib ki, mən işlədikcə aliment göndərmişəm. Bu da 670 manatlıq qəbz. Bundan əlavə sosial kartımı da 4 ildir ki, həyat yoldaşıma vermişəm. Bu da ümumilikdə 650 manat edir.Üstəlik 2013-cü ildə biz bir yerdə yaşamışıq. Alimenti bundan sonra da ödəyəcəyəm. Bu faktlardan əsəbiləşən icra məmuru yenə söyüşlərə başlayır və şəhid ailəsini kabinetində vəhşicəsinə döyür. Sonra isə onu Füzuli Rayon Məhkəməsinin hakimi Məhəmməd Bağırovun yanına apararaq 10 sutka verilməsini tələb edib. Hakim də işin mahiyyətini araşdırmadan bu tələbi yerinə yetirib. Sonradan Elyas Cavadovun aliment ödədiyini, alimentdən yayınmadığını öyrənən hakim bu qərarı tələm-tələsik dəyişərək 10 sutkanı 5 sutka ilə əvəz edib. Görünür Vaqif Hüseynov Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin bacanağı olduğundan hakim M.Bağırov da hikkəli icra məmurunun qanunsuz tələbini yerinə yetirmək məcburiyyətində qalıb.

Həyat yoldaşının həbs olunduğunu və bundan sonra iki südəmər uşağa yeməyə heç nə verə bilməyəcəyini, onların acından öləcəyəni görən Banuçiçək Bağıroğa Vaqif Hüsynova zəng edərək Elyası niyə həbs etdirdiyini soruşur. İcra Qrupunun rəhbəri isə telefonda ona belə cavab verib: “Əcəb etmişəm. Gedin kimə istəyirsiniz deyin. Buranın yiyəsi mənəm. Hələ o çıxan kimi yenə də içəri soxduracağam. Mənim dediyimi gətirməyənə qədər türmədə olacaq”.

B.Bağıroğa isə deyir ki, pulumuz yoxdur, haradn tapaq. Bu dəfə icra qrupunun rəhbəri əsəbu halda deyir: “Cavan adamsan. Get bədənini sat, 500 manat düzəlt gətir, ondan sonra ərini buraxım”.

Cənab Prezident İlham Əliyev belə harınamış dövlət məmurları üçün deyib: “Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır”.

Azərbaycan Prezidenti bu il fevralın 12-də “2009-2013-cü illərdə Regionların sosial iqtisadi inkişafı” Dövlət Proqramının 4-cü ilinin yekunlarına həsr olunan iclasında özbaşıçalıq edən məmurlara bir daha sərt xəbərdarlıq edib. Dövlət başçısı deyib ki, bəzi məmurların mərkəzdən uzaq yerlərdə arxayın hərəkət etməsi barədə onda məlumatlar var və bəzi məmurlar və onların övladları harınlamaqla sadə vətəndaşlara divan tutur. Prezident bu barədə son xəbərdarlıq etdi və əks təqdirdə həmin məmurların və onların övladlarının, yaxınlarının ciddi cəzalandırılacağını bildirdi.

Özünü Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin bacanağı kimi təqdim edən Ədliyyə Nazirliyinin Füzuli Rayon İcra Qrupunun rəhbəri Vaqif Hüseynovu yəqin kimsə, ilk növbədə Ədliyyə Nazirliyinin rəhbərliyi, həmçinin bacanağı Alı Alıyev cənab Prezidentin tapşırıq və tövsiyələrinə hörmətlə yanaşmağa dəvət edəcək, onun insanlara divan tutmasının qarşısını alacaqlar. Bizdə olan məlumata görə, Vaqif Hüsynovdan şikayət edənlərin sayı çoxdur».

Füzuli sakini sonda vurğulayıb ki, İcra Hakimiyyətinin yaxın qohumunun həmin rayonda yüksək vəzifədə olmasının aqibəti bax yaxşı olmaya bilər. «Yəqin ki, bu özbaşınalıqlara qanun çərçivəsində son qoyulacaq. Yoxsa, Vaqif Hüseynovun bu hegemonluğu gənc bir ailənin faciəsi ilə bitəcək».

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş