Aydın Əliyevin Astara gömrüyündəki bazarı
Bolge
Oxunub: 1 507
5 mar 2015 | 12:32
Aydın Əliyevin Astara gömrüyündəki bazarı

Astara gömrük-keçid məntəqəsindəki özbaşınalıqdan vətəndaşların narazılığı artır.

Azerinfo.az bildirir ki, bu barədə DİA.AZ-a daxil olan şikayət məktubundan anlaşılır. Belə ki, rayon sakinlərinin iddialarına görə, xırda ticarətlə məşğul olan Astara və ətraf rayonların sakinlərinə heç bir əsası olmadan cərimələr tətbiq edilir. Sahibkarlara olunan cərimələrin qəbzi verilmir.

Dia.az-a bu barədə yazan narazı sakinlər bütün bu baş verənləri neft böhranı ilə əlaqələndirmirlər və bu barədə mətbuatda yer alan informasiyaları da inkar edərək bildirirlər ki, Astara gömrüyündə durum hər zaman acınacaqlı olub. Sakinlərdən biri deyir: “Yüngülvari bazarlıq etmək üçün İrana getmişdim. Çünki orada ərzaq nisbətən ucuzdur. Qayıdarkən İranın gömrük məmurları gətirdiyim ərzaqlara heç bir söz demədilər. Amma Astara gömrük məntəqəsində ciddi problemlə üzləşdim. Gömrüyün Vüqar Əsədov adlı məmuru tərəfindən 18 manat cərimə olundum. Üstümdə pul olmadığına görə çox xahiş-minnət etdim. Ancaq açıqca mənə dedilər ki, pulu gətir, sonra əşyalarını apar. Yaxşı ki, məhəllə qonşum yanımda idi. O, cəriməni ödədi. Mən qəbz tələb etdim. Əvvəlcə verməyə razı olmasalar da, sonradan israrlı olduğumu görüb, razılaşdılar. Qəbz gözlədiyim 10 dəqiqə müddətində görünməmiş özbaşınalıqların şahidi oldum. Açıqca gömrük məntəqəsini rüşvət bazarına döndəriblər. Qəbzi gözlədiyim zaman bir qadının Vüqar Əsədova 60 manat pul verdiyini gördüm. Bu hallar neçə dəfə təkrar olundu. Heç birində pul ödəyən insanlara qəbz verilmədi. Təbii ki, mən qəbzi gözlədiyim üçün bu cür halların şahidi oldum.

Aydın Əliyevin Astara gömrüyündəki bazarı – Burda insanları rəsmən qarət edirlər

Bunları yazmaya da bilərdim. Amma artıq insanlar beziblər. Bu özbaşınalığa son veriləcəkmi? Mənə qəbz yazan məmurun nə qədər əziyyət çəkdiyinin şahidi oldum. Bir çeki belə, yaza bilmirdi. Qəbzi götürəndən sonra məni dəhşət bürüdü. 22 kiloqram “peçenye”yə görə 18 manat cərimə olunduğum yazılmışdı. Hansı ki, mən heç “peçenye” almamışdım. Astara gömrüyündə dövlət içərisində dövlət qurulub. Gömrüklə bağlı problemlər çoxdur. İranın gömrük məmurları bizimkilərlə müqayisədə “toya getməli”dirlər. Astara gömrüyündə olan problemlər uzun illərdir ki, əhalinin dolanışığına ciddi problemlər yaradır. Aidiyyatı orqanları bu barədə tədbir görməyə çağırırıq”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO