Yol polisindən sərnişin daşıyanlara sərt XƏBƏRDARLIQ
Sosial
Oxunub: 1 391
27 mar 2015 | 12:37
Yol polisindən sərnişin daşıyanlara sərt XƏBƏRDARLIQNovruz bayramı ilə bağlı elan edilmiş istirahət günlərinin bitməsi ilə əlaqədar Bakıya və regionlara sərnişinlərin axını müşahidə edilir. Bundan istifadə edən bəzi sürücülər isə sərnişin daşıma qaydalarının kobud şəkildə pozub vətəndaşların həyatını təhlükəyə ataraq əlavə qazanc əldə etməyə çalışırlar. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qəti xəbərdarlıq edir ki, nəqliyyat vasitələri ilə nəzərdə tutulduğundan çox sərnişin daşıyanlar qanunvericiliklə sərt cəzalandırılacaqlar.
Azerinfo.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
BDYPİ sözçüsü sürücüləri və avtomobil sahiblərinə müraciət edərək, onları həm cəzaya məruz qalmamaq, həm də insanların təhlükəsizliyini təmin etmək üçün diqqətli olmağa, yol hərəkəti, eləcə də nəqliyyat vasitələrinin istismarı qaydalarına ciddi əməl etməyə çağırıb.
Şöbə rəisi bildirib ki, istər minik avtomobillərində, istərsə də avtobuslarda nəzərdə tutulduğundan çox insanın daşınması sərnişindaşıma qaydalarının pozuntusu hesab edilir: "Minik avtomobillərinin sürücüləri bilməlidir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, sərnişinlərin sayı nəqliyyat vasitəsinin kostruksiyasında nəzərdə tutulmuş oturacaqların sayından çox olarsa, bu qayda pozuntusu 60 manat miqdarında pul və 3 cərimə balı ilə cəzalandırılır".
K.Əliyev qeyd edib ki, eyni qayda pozuntusuna yol verən avtobusun sürücü və ya sahibləri də cəzalandırılacaqlar: "Əgər avtobusda ayaq üstə durmaq üçün konstruksiya varsa, o zaman sürücü məsuliyyətə cəlb edilmir. Amma müvafiq konstruksiyası olmayan avtobus və ya mikroavtobuslarda sürücü sərnişinin ayaq üstə getməsinə və yaxud nəzərdə tutulan oturacaq sayından artıq sərnişinin daşınmasına görə məsuliyyət daşıyır. Onlar da 60 manat pul və 3 cərimə balı ilə cəzalandırılırlar. Avtobusda nəzərdə tutulmayan əlavə oturacaq və avadanlıqların qanunsuz olaraq yerləşdirilməsinə görə isə həmin nəqliyyat vasitəsinin sahibi 150 manat məbləğində cərimə olunacaq".
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi