Robert Sekuta: "ABŞ Avropanın enerji təminatının diversifikasiyasında səylər göstərən Azərbaycanın güclü tərəfdaşıdır"
Siyaset
Oxunub: 1 259
27 mar 2015 | 18:52
Robert Sekuta: "ABŞ Avropanın enerji təminatının diversifikasiyasında səylər göstərən Azərbaycanın güclü tərəfdaşıdır" Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatası ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın şərəfinə qəbul təşkil edib.

ABŞ-ın ölkəmizdəki səfirliyindən APA-ya verilən məlumata görə, R. Sekuta ilə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovu və qonaqları salamlayan ABŞ-Azərbaycan Ticarət Palatası icraçı direktoru Süzan Sadığova diplomatlara iki dövlət arasında qarşılıqlı ticarət və biznes əlaqələrinin genişlənməsi missiyasına göstərdikləri sadiqliyə görə təşəkkür edib.
Sonra söz ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri, Konqres üzvü Bill Delahanta verilib.
B. Delahant R. Sekutanın iqtisadiyyat və ticarət sahəsində olan təcrübəsini, habelə onun ABŞ Dövlət Departamentində işlədiyi zaman göstərdiyi səyləri önə çəkib: "Səfir Sekuta dövlətə yaxşı xidmət edən şəxsi təcəssüm edir. Mən ona təşəkkür etmək istəyirəm".
B. Delahant R. Sekutanın ABŞ hökuməti üçün vacib olan münasibətlərin gücləndirilməsində uğur qazanacağına əminliyini ifadə edib.
Səfir E. Süleymanov isə təşkilatçılara və qonaqlara təşəkkür edərək R. Sekutanın Azərbaycana təyin olunmasından məmnunluğunu dilə gətirib. O, iki dövlət arasında olan münasibətlərin vacibliyini və strateji əhəmiyyət kəsb etdiyini, daha çox insanların bu münasibətlərə nəzər yetirməsinin vacibliyini vurğulayıb.
Öz növbəsində R. Sekuta çıxışı zamanı qeyd edib ki, onun əsas məqsədlərindən biri ABŞ-Azərbaycan münasibətlərinin qüclü və müsbət məcrada inkişafını təmin etməkdir. O, Azərbaycanla ABŞ arasında dərin və faydalı iqtisadi münasibətlərin inkişafı üçün güclü potensialın mövcud olduğunu vurğulayıb. Səfir qonaqlara 2014-cü ildə Azərbaycana ABŞ Mülki Aviasiya Administrasiyası tərəfindən I dərəcənin verilməsini və nəticədə Nyu-Yorkla Bakı arasında aviareysin açıldığını xatırladıb. R. Sekuta uğurlu əməkdaşlığın davam etməsi üçün iki dövlət arasında Open Skies Agreement (Açıq Səma Sazişi) üzərində danışıqların aparıldığını da söyləyib.



R. Sekuta Birləşmiş Ştatların Avropanın enerji təminatının diversifikasiyasında səylər göstərən Azərbaycanın güclü tərəfdaşı olduğunu qeyd edib: Cənub Qafqaz boru kəmərinin genişlənməsi və Trans-Adriatik xəttinin inşası Cənub Qaz Dəhlizini tamamlayacaq və belə vacib anda Xəzər qazının Qərbi Avropaya nəql olunmasını və Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Azərbaycanla əməkdaşlığın digər bir sahəsi isə Azərbaycana öz iqtisadiyyatını şaxələndirməkdə, habelə regionda nəqliyyat və informasiya texnologiyaları mərkəzinə çevrilməkdə, turistləri cəlb edən lider dövlət olmaqda yardım göstərməkdir.
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər