Yakov Kedmi: “Azərbaycan İsraildə öz səfirliyini açmaqdan çəkinir”
Siyaset
Oxunub: 1 579
27 apr 2015 | 10:03
Azerinfo.az-ın müsahibi İsrailin keçmiş kəşviyyat rəhbəri Yakov Kedmidir:
Yakov Kedmi: “Azərbaycan İsraildə öz səfirliyini açmaqdan çəkinir”
-Məlum olduğu kimi siz İsrail kəşviyyatında uzun illər çalışmısız. 39 illik aktiv fəaliyyətdən sonra siz hazırda nə ilə məşqul olursuz?

-Mən İsraildə hərbi kəşviyyatda zabit kimi xidmət etmişəm. Daha doğrusu tank qoşunlarında xidmət etmişəm. 1978-ci ildən 1999-cu ilə qədər İsrailin xüsusi kəşviyyat qrupu olan Nativ-də fəaliyyət göstərmişəm. 1992-1999-cu illərdə həmin kəşviyyat qrupunun rəhbəri kimi çalışmışam. 1999-cu ildə isə təqaüdə çıxmışam. İndidə adi təqaüdçüyəm.

- Jurnalist Mixail Falkov deyir ki, Kedmi İsrail-Rusiya əlaqələrinin inkişafında böyük töhvələr verib. Siz İsrail-Rusiya əlaqələrinin inkişafına nə kimi töhvələr vermisiz və əldə etdiyiniz nəticələr sizi qane edibmi?

- Qeyd edim ki, bizim kəşviyyat hər zaman professionallıqla fəaliyyət göstərdiyi üçün biz SSSR-yə gərəkli idik. Ona görə də, biz istər-istəməz Sovet dönəmində yaşayırdıq və Sovet biliyi ilə qidalanırdıq. Biz Sovet ərazilərini çox yaxşı bilirdik. Bizim əlaqələrimiz çox dərin və effektli nəticəyə malik idi. Ona görə də, bizim inkişafa və əlaqələrin möhkəmlənməsi yönündə olan təsirimiz əsasən həmin illərə təsadüf edirdi. Demək olar ki, bütün dövlətlərarası təşəbbüslər birbaşa bizim iştirakımız və ya nəzarətimiz altında cərəyan edirdi. Əvvəlki fəaliyyət dövrnün nəticələrini isə qənaətbəxş hesab etmək olardı...

-İddia edirlər ki, 1970-ci ildə siz Nyu-Yorkda BMT-nin binası qarşısında SSSR-dən İsrail vətəndaşlarının asantlıqla giriş-çıxışını təmin etmək məqsədi ilə etiraz aksiyası keçirmisiz. Bu nə qədər doğrudur və əgər doğrudursa, sizin etiraz aksiyanız nə ilə nəticələndi?

-Bilirsiz, bu əsasən Sovet hakimiyyətinin mənim valideynlərimin İsrailə getməsini qadağan etmələri ilə bağlı idi. Daha sonra isə atamın çalışdığı “İzvestiye” qəzetinə hücum etdilər. Çünki o yəhudilərin İsrailə asanlıqla giriş-çıxışını təmin etmək üçün mübarizə aparırdı. Mən də bunları görüb BMT-nin binası qarşısında aclıq elan etdim. Bu təxminən 70 ci illərin baharında olub. Mənim 9 günlük aclıq aksiyamdan sonra Sovet struktuirunun nümayəndələri BMT-nin baş katibinə il ərzində onların İsrailə buraxılacağı haqqında söz verdilər. Mən aclıq aksiyasını dayandırdım. Valideynlərim isə düz 9 aydan sonra İsrailə getmək üçün icazə ala bildilər.

- İddia edirlər ki, Ukrayna və Suriya hadisələrinin səbəbi ABŞ-ın 17 trilyonluq dövlət borcu ilə bağlıdır. Sizcə bunu nə qədər doğru iddia hesab etmək olar?

- Əslində Suriya hadisələri ilə bağlı bir neçə səbəb var. ABŞ üçün Suriyanın İran və Rusiya əlaqələri ilə bağlıdır. Səudiyyə Ərəbistanı üçün Suriya və İran əlaqələri, eləcə də Suriyadakı antiklirekal güclərin mövcudluğudur. Qatar üçün Suriyada “Müsəlman qardaşları” partiyasının izlənməsidir. Çünki məhz o partiya Qatar dövlətinə bütün Yaxın Şərqdə himayədarlıq edir. Ukrayna hadisələri isə birbaşa olaraq ABŞ-ın marağı Ukrayna böhranını qıcıqlandırmaqla Rusiyaya qarşı sanksilar tətbiq etməkdir. Bununla da, Rusiya iqtisadiyyatına və hərbi inkişafına maneə yaratmaqdır. Bütün bunlar isə geniş vüsət almağa hazırlaşan Çinlə-ABŞ arasındakı münasibətlərdən qaynaqlanır. Həmin münasibətlərdə də, Rusiya Çinin tərəfdaşı olmaqla aparıcı hərbi və iqtisadi gücə malikdir.

- Eyni zamanda qeyd edilir ki, İsrail Ukraynadakı Avromaydanda aktiv iştiak edib. İsrailin Avromaydanda iştirak etməkdə nə kimi maraqları var idi?

- İsrailin Avromaydanda aktiv iştirak etməyi yanlışdır. Çünki İsrail nəinki iştirak etməyib, hətta ABŞ-ın təzyiqlərinə rəğmən Ukrayna ilə bağlı hər hansısa bir rəsmi mövqe nümayiş etdirməkdən imtina edib. Bir sıra fırıldaqçıların Maydanı dəstəkləməsi onların qorxu və risk kimi hisslərindən qaynaqlanan şəxsi fikirləridir.


-Ukrayna böhranı zamanı mindən çox yəhudinin İsrailə köç etməsinin İsrailin Xarıcı İşlər nazirliyini əmməli başlı təşvişə salması məsələsinə də aydınlıq gətirərdiz... Qeyd edim ki, məlumata görə Ukraynada 30 min yəhudinin yaşadığı bildirilir.

- Bəli yəhudilərin Ukraynadan köç etməsi məsələsi doğrudur. Bu da dövlətdə baş verən çevriliş, iqtisadi vəziyyət və cərəyan edən vətəndaş müharibəsindən qaynaqlanan bir vəziyyətdir. Lakin bu durum heç zaman İsrail rəhbərliyi üçün və ya onun iqtisadi durumu üçün problem olmayıb.

- İsrail dövləti İsveçin Fələstinin müstəqilliyini tanıması hadisəsini necə qarşıladı. Qeyd edim ki, Isveçdən başqa Fələstinin müstəqilliyini 134 dövlət artıq tanıyıb...

- İsrail dövləti İsveçin bu cür addım atmasını olduqca mənfi qarşıladı. Lakin hesab edirəm ki, bu da, sırf daxili siyasi mövqedən qaynaqlanan təzahürə əsaslanır.


- Sizin Azərbaycan-İsrail əlaqələri haqqında fikirlərinizi bilmək maraqlı olardı. (Nəzərə alsaq ki, Azərbaycanda çox sayda yəhudi yaşayır.)


-İsraillə-Azərbaycan arasında çox gözəl əalqələr var. Baxmayaraq ki, Azərbaycan İsraildə öz səfirliyini açmaqdan çəkinir və bunun üçün heç bir təşəbbüs göstərmir.


- Sonda sizin radikal islamçılarla bağlı proqnozlarınızı eşitmək istərdik. Sizcə İrak və Suriyada baş verən qanlı hadisələr nə ilə nəticələnəcək? Türkiyəni də mövcud münaqişəyə sürükləməyə müvəffəq olacaqlarmı, yoxsa Türkiyə artıq sürüklənib?

-İŞİD ciddi təzyiqlərə tab gətirə bilməyəcək. Əgər Türkiyə kürdlərə və onların birləşmələrinə İŞİD-lə müvbarizə aparmaq üçün şərait yaradarsa, münaqişədə birbaşa iştirak etməkdən boyun qaçıra bilər. Lakin bölgələrdə dini və etnik gərginlik problemləri qalmağa davam edəcək.Bütün bunların kökü isə ABŞ-ın İraka müdaxiləsi və İrak hakimiyyətinin məğlubiyyətə uğratmasından sonra baş qaldıran məsələlərdir.



Ülkər
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO