Bakıda bir məktəbin üç şagirdi özünü asdı
Hadise
Oxunub: 1 907
14 may 2015 | 13:43
Bakıda bir məktəbin üç şagirdi özünü asdı

















Onların şənbə günü ölməsinə mistik don geyindirənlər də var

Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki 113 saylı orta məktəbdə son bir neçə ayda 3 şagirdin cəsədi asılmış vəziyyətdə tapılıb.

Azerinfo.az xəbər verir ki, bu haqda Azadlıq Radiosuna qəsəbə sakinləri məlumat veriblər. Onların sözlərinə görə, oğlan uşağı olan həmin şagirdlər məktəbdən kənarda, müxtəlif vaxtlarda olsa da məhz şənbə günləri asılıblar. 11-ci sinif şagirdi Ceyhun Əliyev ötən il dekabrın əvvəlində, 10-cu sinif şagirdi Əli Məmmədov fevralda, 6-cı sinif şagirdi Ruslan Fətəliyev isə bu ilin aprel ayınında asılmış vəziyyətdə tapılıblar.

Ölən şagirdlərin valdeynləri mətbuata açıqlama vermək istəməsələr də qəsəbə sakinləri baş verənləri müxtəlif səbəblərlə izah edirlər. Onlar ölmüş şagirdlərdən birinin radikal dini cərəyana meylli olduğunu bildirirlər.

Bəzi sakinlər isə hər 3 hadisəni yeniyetmə yaş dövrü ilə əlaqələndirirlər. Ama müxtəlif vaxtlarda baş vermiş hadisələrin eyni səbələrdən baş verdiyini ehtimal edən sakinlər də az deyil. Şagirdlərin hər üçünün şənbə günü ölməsinə mistik don geyindirənlər də var.
Sakinlər onu da bildirdi ki, hər üç şagird fiziki baxımdan cüssəli olmaları ilə yaşıdlarından fərqlənirmiş. Şagirdlərdən biri qonşunun, digərləri isə öz həyətlərində asılmış vəziyyətdə tapılıblar. Hər 3 ölüm hadisəsindəki oxşarlıqlar (eyni məktəbdə oxuyan hər 3 şagirdin 15-16 yaşlarında və cüssəli olması, həftənin eyni günündə, eyni vəziyyətdə ölmələri ) qəsəbə sakinləri arasında bəzi müəmmalar da yaradır.

Davamı olmasın deyə...

Azadlıq Radiosu qəsəbə sakinlərindən alınan məlumatları dəqiqləşdirmək üçün 113 saylı məktəbin direktoru Şirin Abbasova ilə əlaqə saxlayıb. Direktor hər 3 şagirdinin öldüyünü təsdiqlədi. Lakin o, hər 3 hadisənin məktəbdən kənarda baş verdiyindən səbəblər haqda məlumatsız olduğunu bildirdi: “Məktəbdə oldu, ya məktəbdən kənar, baş verənlər bizim üçün də çox ağırdır. Onlar gələcəyin əsgərləri idi. Belə olmamalı idi. Nə üçün olub, aidiyyatı orqanlar araşdırıb tapılmalıdır.

Bəlkə ailədə nə isə problemləri olub. Amma məktəbdə onlar problemsiz uşaq olublar. Müəllimlərlə heç bir problemləri olmayıb. Onlar bütün müəllimlərlə gözəl münasibət saxlayıblar. Hamımıza maraqlıdır ki, bu nəyə görə olub. Davamı olmasın deyə, bu hadisələrin əsası tapılmalıdır. Hadisələr baş verən kimi dərhal ora getmişəm, valideynlərlə görüşüb söhbət etmişəm. İş orasındadır ki, valideynlər də səbəbini bilmir”.

Hər 3 ölüm hadisəsi axşam saatlarında baş verib

Məktəb direktorunun sözlərinə görə, hər 3 hadisə gecə vaxtlarında olub: “Hadisələrdən biri dərsdən sonra baş verib. 11-ci sinif uşaqların ən mehriban vaxtıdır. Deyiblər, gülüblər sonra ayrılıblar. Ekspertizanın rəyi göstərir ki, hər 3 hadisə axşam saatlarında baş verib. Birinci hadisədə lap şoka düşmüşdük. Həmin şagirddən gözləmirdik.

Bu məsələnin əsası tapılmalıdır. Biz də bilmək istəyirik ki, uşaqların başına gələn nədir. Sonuncu ölən şagirdin sənədində doğum tarixi 2003-ci il göstərildiyindən 6-cı sinifdə oxuyurdu. Ancaq, anası deyirdi ki, əslində o 1999-cu ildə doğulub”.

4-cü oxşar hadisə?

Azadlıq Radiosu Sabunçu rayon Prokurorluğu ilə də əlaqə saxlayıb. Şagirdlərdən Ruslan Fətəliyevin ölüm işini araşdıran müstəntiq Günay Məmmədova hadisə ilə bağlı istintaqın davam etdiyini, hələlik nəticənin olmadığını bildirdi.

O, digər iki ölüm hadisəsi ilə bağlı cinayət işindən xəbərsiz olduğunu bildirdi. Bundan öncə Sabunçu rayon Prokurorluğundan “Amerikanın Səsi”nə bildiriblər ki, hər üç şagirdin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (Özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb və istintaq davam edir.

Sakinlər onu da bildirdilər ki, həmin ərəfədə qəsəbədə yaşayan 15 yaşındakı bir qız da eyni vəziyyətdə, qonşu Məhəmmədi qəsəbəsində ölmüş tapılıb. Onların sözlərinə görə, həmin qız əvvəl 113 saylı məktəbdə oxuyub və bir müddət öncə başqa məktəbə keçib. Lakin, deyilən qızın ölməsi hələlik rəsmi təsdiqini tapmayıb.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?