TQDK-dan növbəti qəbul elanı
Sosial
Oxunub: 1 540
20 may 2015 | 14:25
TQDK-dan növbəti qəbul elanı

















Bu gündən etibarən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlanır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Azerinfo.az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin mayın 20-dən iyunun 2-dək qaydiyyatı aparılır. Həmin abituriyentlər “Abituriyentin elektron ərizəsi”nin təsdiqini təmin etdikdən sonra tələb olunan sənədləri Qeydiyyat Komissiyasına təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat Komissiyaları hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək aşağıda göstərilən ünvanlarda fəaliyyət göstərirlər:

Bakı şəhəri
Azərbaycan Memarlıq və İnşaat Universiteti (A. Sultanova küçəsi 11, İdman Korpusu, Bakı Dövlət Universiteti ilə üzbəüz);

Naxçıvan şəhəri
TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Nizami küçəsi, 10);

Gəncə şəhəri
Azərbaycan Texnologiya Universiteti (Şah İsmayıl Xətai prospekti, 103);

Şəki şəhəri
TQDK-nın Şəki Regional Bölməsi (M. Ə. Rəsulzadə prospekti, 182.
Şəki Şəhər Bələdiyyəsinin binası);

Lənkəran şəhəri
TQDK-nın Lənkəran Regional Bölməsi (H. Aslanov xiyabanı, 52);

Xaçmaz şəhəri
TQDK-nın Xaçmaz Regional Bölməsi (M.Ə.Rəsulzadə küçəsi, 7b);

Ağcabədi şəhəri
M.F.Axundov adına şəhər 3 saylı məktəb-lisey (Faiq Əlizadə küçəsi, 1);

Şirvan şəhəri
TQDK-nın Şirvan Regional Bölməsi (M.Ə.Rəsulzadə küçəsi, 19);

Göyçay şəhəri
TQDK-nın Göyçay Regional Bölməsi (Rauf İsayev küçəsi, 43).

Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 7-dən 11-dək seçmə turda iştirak edirlər. Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

Məlumat üçün bildirək ki, Bədən tərbiyəsi və idman istiqamətinin, həmçinin Musiqi sənəti istiqamətinin “Musiqi müəllimliyi”, “Musiqi nəzəriyyəsi”, “Xor dirijorluğu”, “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” (Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)”, “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” və “Musiqi nəzəriyyəsi” ixtisasları istisna olmaqla) ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turda iştirak etmirlər.

Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənətləri istiqamətlərinin və Musiqi sənəti istiqamətinin “Xanəndəlik”, “Vokal sənəti”, “Aşıq sənəti”, həmçinin AMK nəzdində Musiqi Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)”, “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” və “Musiqi nəzəriyyəsi” ixtisaslarını yalnız seçmə tur zamanı müvafiq yoxlamadan “məqbul” alan abituriyent seçə bilər.

Qeyd edək ki, abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi