Prezident: "Göstəriş vermişəm ki, oxşar materiallarla üzlənmiş binalardan tezliklə bu üzlüklər çıxarılsın"
Gundem
Oxunub: 980
20 may 2015 | 22:38
"Əgər bütün işlər düzgün şəkildə qurulsaydı, bu hadisə baş verməzdi"

"İlkin versiya ondan ibarətdir ki, keyfiyyətsiz materiallardan istifadə olunub. Ancaq bu materiallardan neçə ildir ki, Bakıda istifadə edilir. Mənə verilən bəzi məlumatlara görə, ilkin mərhələdə istifadə olunan materiallar sanki yüksək keyfiyyətə malik idi, amma sonrakı mərhələdə artıq bu materialların tərkibində təhlükəli maddələr aşkarlanıb. Əgər belədirsə, onda bu barədə də rəsmi rəy bildirilməlidir".
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, bütün bu məsələlər və günahsız insanların ölümündə əli olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq, cəza da çox ciddi olacaq: "Çünki günahsız insanlar həlak olub. Bir daha demək istəyirəm ki, xilasedicilər, səhiyyə işçiləri, polis əməkdaşları qəhrəmancasına çalışıb, işləyiblər. Əgər belə olmasaydı, qurbanların sayı daha da çox ola bilərdi. Ancaq insanlar həlak olub və bu, bütün xalqımızı sarsıdıb".
Prezident qeyd edib ki, hazırda Bakıda oxşar üzlük materialla üzlənmiş binalar kifayət qədər çoxdur: "Bəzi məlumatlara görə, belə binaların sayı 200-dən çoxdur. Artıq dünəndən Bakı şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə göstəriş vermişəm ki, bütün buna oxşar materiallarla üzlənmiş binalarda dərhal ekspertiza keçirilsin, o materialların tərkibi dəqiq öyrənilsin. Əgər hər hansı təhlükə varsa, tezliklə bu üzlük materiallar çıxarılsın, sökülsün və beləliklə, heç bir təhlükə olmasın. Ancaq bu işlər bundan əvvəl görülməli idi. Əgər bütün işlər düzgün şəkildə qurulsaydı, bu hadisə baş verməzdi".
Dövlət başçısı ona müxtəlif məlumatlar gəldiyini və bəzi hallarda bu məlumatların ziddiyyət təşkil etdiyini də vurğulayıb: "Bu məsələdə aydınlıq olmalıdır. Azərbaycan vətəndaşları bilməlidirlər ki, günahkar, ya da günahkarlar kimdir və bu hadisəyə görə kim məsuliyyət daşıyacaq".

Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir