Bakıda öpüş 25 yaşlı Nazim üçün ölümlə nəticələndi – TƏFƏRRÜATLAR
Hadise
Oxunub: 1 394
1 iy 2015 | 09:51
Bakıda öpüş 25 yaşlı Nazim üçün ölümlə nəticələndi – TƏFƏRRÜATLAR

















O, maşına tərəf qaçıb ordan beysbol dəyənəyini götürüb və bloka qayıdıb

Qız ilə öpüşü 1990-cı il təvəllüdlü Yasamal rayon sakini Nazim Ələkbərovun ölümünə səbəb oldu.

Xəbər verildiyi kimi dünən gecə Nərimanov rayon ərazisində yerləşən evlərin birində Ələkbərov beş bıçaq yarası alıb. Yaralını xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Vesti.Az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsində bəyan ediblər ki, fakt üzrə təqsirləndirilən yerli sakin 1991-ci il təvəllüdlü Kamran Həsənzadə həbs edilib.

Aydın olub ki, Ələkbərov Nərimanov rayonuna öz maşınında sevdiyi qızı görüşdən sonra evə ötürmək üçün gəlib.

Maşında onlardan başqa Ələkbərovun dostu da olub.

Ələkbərov dostunu maşında gözləməyi tapşırıb, özü isə qızı ötürməyə gedib. Binanın girişində onlar öpüşüblər.

Bu zaman qızın, onların yanından keçən qonşusu Kamran Həsənzadə onlara irad tutub.

“Öpüşməyə başqa yer tapmırsız? Ayıb olsun, qonşular görür axı”, - Həsənzadə deyib.

Amma üzr istəmək əvəzinə Ələkbərov qızın qonşusunun cavabını vermək qərarına gəlib.

O, maşına tərəf qaçıb ordan beysbol dəyənəyini götürüb və dostu ilə bərabər bloka qayıdıb.

Ələkbərov Həsənzadəyə bir neçə zərbə vurub. Həsənzadə iki dostunu yardıma çağırıb.

Gənclər dava salıb. Həsənzadə qonşusunun sevgilisindən intiqam almaq istəyirdi, amma o 1 metr 90 sm hündürlüyündə idi, Kamranın onunla əlbayaxa dalaşmağa gücü çatmayıb.

Həsənzadə yaxınlıqda olan maşınına tərəf qaçaraq oradan bıçağı götürüb və geri qayıdıb, Ələkbərova beş bıçaq zərbəsi vurub. Yalnız qanı görəndən sonra cavanlar sakitləşiblər.

Polis idarəsində Ələkbərovun içkili olduğu da qeyd edilir.

Baş verənlərdə Həsənzadə Ələkbərovu təqsirli bilib. Beləliklə, bina girişində öpüş Ələkbərovun həyatında son öpüş oldu.

Fakt üzrə istintaq davam edir.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb