Mina Sovetski: “Elə bil ana-bacıları yoxdur, küçədə mənə sataşırlar” - FOTOLAR/MÜSAHİBƏ
Maraqli
Oxunub: 3 444
3 iy 2015 | 09:28
Mina Sovetski: “Elə bil ana-bacıları yoxdur, küçədə mənə sataşırlar” - FOTOLAR/MÜSAHİBƏ

















Mina Sovetskinin dinləyici auditoriyası o qədər də çox deyil, amma çoxlarından populyardır. Daha çox vətənpərvər ruhda oxuduğu mahnılarla tanınır. Xarici görünüşü dadına çatdığından ara-sıra filmlərə də çəkilir. Bir pis cəhəti var ki, jurnalistlərlə yola getmir. Sözü də pulla satır. Deyir ki, müsahibə verməsi üçün mətbuat orqanları ona pul ödəməlidir. Özü də qəpik-quruş yox e, əməlli-başlı məbləğdən söhbət gedir.

Amma Publika.az-a müsahibə verdi, özü də pulsuz-parasız. Verdi deyəndə ki, biz aldıq.

- Mina, jurnalistlərin əksəriyyəti sənin çox kaprizli olduğunu düşünür. Bəlkə, bu, ondan irəli gəlir ki, sən hər zaman mediadan qaçırsan və müsahibələrinin qarşılığında qonorar tələb edirsən… Doğrudan, pulla müsahibə verirsən?
- Əslində mən bunu boşuna söyləməmişəm. Xarici ölkələrdə də belədir. Bir jurnalist müğənnidən aldığı müsahibəyə görə məvacib alır və həmin müğənniyə görə də reklam qazanır. Müğənniyə görə də həmin jurnalistin çalışdığı mətbuat orqanı reklam olunur.

- Bu məşhur müğənniyə şamil olunur…
- Mən də artıq məşhur olmuşam (Gülür). Doğrudan xaricdə belədir. Mən də buna görə qazanc əldə etmək istəyirəm. Hesab edirəm ki, Azərbaycanda da mətbuat o səviyyəyə çatmalıdır ki, xaricdəki kimi olsun.

- Yəqin ki, bizim müğənnilər dünya çapında məşhurluq qazanandan sonra bu belə olacaq. Bizə pulsuz-parasız müsahibə verdiyin üçün səni çox çək-çevirə salmaq istəmirəm. Bir az özündən danış, komplekslərin varmı?
- Əvvəllər çox komplekslərim vardı, indi yavaş-yavaş o komplekslərdən qurtuluram. Çünki seriala görə saçımı qırxdırmışdım. Həmin vaxt dəhşət komplekslərim vardı. İndi saçlarım uzanır deyə özümə gəlmişəm.

- Yaxşı bəs Minanın şarmı nədədir? Kompliment edəndə daha çox nə deyirlər?
- Deyirlər ki, nə gözəl gözlərin və dodaqların var. Məncə, şarmım simamdadır.

- Əks cinsin nümayəndələri sənə kompliment deyəndə qıcıqlanmırsan ki?
- Niyə qıcıqlanıram ki, əksinə, xoşuma gəlir. Kompliment hər qadının xoşuna gəlir.

- Tez-tez tərif eşidirsən?
- Hə, tez-tez eşidirəm, həmişə mənə deyirlər ki, çox şirinsən, çox gözəlsən, çox şıltaqsan. Bu qədər şirin olma və s.

- Birdən desələr ki, çox seksualsan, xətrinə dəyməz?
- Niyə dəyir ki. Əslində mən çox seksualam. Sadəcə, olaraq açıq-saçıq geyinsəm, bədənimin müəyyən hissəsini çöldə qoysam, onda deyə bilərlər ki, çox seksualsan. Mən də elə paltar geyinmirəm. Seksual qadınam. Amma qadın bağlı geyinəndə daha çox cazibədar görünür. Çünki insanlara maraqlı görünür.

- Heç sosial şəbəkələrdə, yaxud da telefonunda xoşuna gəlməyən təkliflər olur?
- Olur. Evlilik təklifləri də alıram. Başqa xoşagəlməz təkliflər də olur. Ümumiyyətlə, Azərbaycanda qadın doğulmaq çox çətin məsələdir.

- Niyə?
- Yolda gedirsən, gədə-güdələr adama sataşır, elə bil evdə anası-bacısı yoxdur. Sonra sosial şəbəkədə özünə bir profil aça bilmirsən ki, heç olmasa, aradabir qohumla-tanışla danışasan. Bir oğlan ordan yazır, salam, burdan da başqası yazır salam. Ay balam, nə qədər salamlaşmaq olar.

- Filmlərdə açıq-saçıq səhnələrə çəkilərsən?
- Belə təkliflər çox olub. Amma mən razılıq verməmişəm.

- Bayaq dedin ki, özünü məşhur sayırsan. Məsələn, tanımadığın yerlərə gedəndə sən məşhur olduğunu daha çox necə hiss edirsən?
- Məsələn, rəfiqələrimlə şəhərə çıxanda mənə yaxınlaşıb, avtoqraf istəyiblər.

- Özündə ən çox dəyər verdiyin xüsusiyyət hansıdır?
- Sadəliyim və insanlara inanmağım.

- Heç dəli bir sevgi yaşamısan?
- Qarşılıqsız sevgi yaşamışam.

- Oğlan tərəfdən, yoxsa sən tərəfdən?
- Həyat elə gətirib ki, sevgimə cavab almamışam və o, məndən uzaqlaşıb.

- Buna görə depressiyaya düşdün?
- Bir il bu sevginin əziyyətini çəkdim.

- Səncə, sevginə cavab verməyən bir oğlana görə, bu əziyyətə dəyərdimi?
- İndi fikirləşirəm ki, dəyməzdi. Amma isti-isti bunu bilməmişəm. Üstündən xeyli vaxt keçəndən sonra demişəm ki, kül mənim başıma, gör kimə görə əziyyət çəkmişəm.

- Mina ilə evlənmək istəyən oğlan hansı xüsusiyyətlərə malik olmalıdır? Sadala, qoy oğlanlar da eşidib, bilsin.
- Birincisi, əsl kişi olmalıdır. Sözündə mərd olmalıdır. Uzağı bir həftə ərzində o, məni istədiyim hər şeylə təmin etməlidir. Yoxsa ki, desin hər şeyi axara buraxaq, işlərim düzəlsin, ailə qurarıq - mən belə şeylərlə razılaşmaram. Əgər o insan məni sevirsə və evlənmək istəyirsə, bir həftənin içində nişanım da olmalıdır, toyum da.

- Yəni pullu oğlan olmalıdır, düzmü başa düşdüm?
- Bəli, əlbəttə ki… Ay qız, pulsuz yaşamaq olar?

- Dükan-bazara gedirsən?
- Əlbəttə gedirəm, mən həyatımı istədiyim kimi rahat yaşayıram.

- Çörəyin qiymətini bilirsən?
- Niyə bilmirəm. Çörəyin qiyməti 20-30 qəpikdir.

- Xəbərin varmış, elə bildim “ulduzluğun” tutur deyə dükan-bazar tanımırsan...

Cəvahir
Foto Rəşad Abbasovundur.


Mina Sovetski: “Elə bil ana-bacıları yoxdur, küçədə mənə sataşırlar” - FOTOLAR/MÜSAHİBƏ

Mina Sovetski: “Elə bil ana-bacıları yoxdur, küçədə mənə sataşırlar” - FOTOLAR/MÜSAHİBƏ
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb