Xaləddin İsgəndərovun oğlu Binəqədidə necə “ikinci adam” olub?
Sosial
Oxunub: 1 299
27 iy 2015 | 07:40
Xaləddin İsgəndərovun oğlu Binəqədidə necə “ikinci adam” olub?


















Rayon İcra Hakimiyyətinin başçısı övladına və digər qohumlarına lüks otaqlar verib...

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov medianın “ulduz”una çevrilib. Yaxın qohumu, vergilər naziri Fazil Məmmədovun dəstəyi ilə Binəqədiyə icra başçısı təyin edilən X.İsgəndərovun özbaşınalıqları haqda çoxsaylı şikayətlər çoxdan vardı.

Amma mayın 19-da bu rayonda 16 mərtəbəli binada baş verən dəhşətli yanğından sonra X.İsgəndərovun və başına yığdığı qohumlardan ibarət komandasının əməlləri barədə məlumatlar daha da artdı. Prezident İlham Əliyevin iyulun 13-də keçirdiyi müşavirədə Fazil Məmmədovun nazirliyini sərt tənqid etməsi X.İsgəndərovun toxunulmaz hesab etdiyi kreslosunu xeyli laxladıb. İddialara görə, X.İsgəndərovun əməlləri ilə bağlı dosye hazırlanıb. Məlum olub ki, icra başçısı olduğu cəmi bir neçə il ərzində yığdığı xəraclar sayəsində X.İsgəndərov iri oliqarxa çevrilib.

Belə ki, rayon ərazisindəki tikililərə qiymət vahid cədvəl əsasında qoyulub. Əgər Xaləddin İsgəndərovdan əvvəl Biləcəri, Binəqədi və Xocasən qəsəbələrində hasar çəkmək pulsuz, istənilən ölçüdə ev tikmək isə 500-1000 manat “şirinliklə” baş tuturdusa, X. İsgəndərov öz tariflərini müəyyən edib. Onun göstərişi ilə rayon ərazisində hasar çəkmək 2-3 min, kürsülü ev 8-10 min, iki mərtəbəli evin tikintisi üçün isə 12-15 min manat rüşvət tələb olunur. X.İsgəndərovun qanunsuz hərəkətlərindən biri də icra hakimiyyətinin birinci mərtəbəsində oğluna - Binəqədi İcra Hakimiyyətinə heç bir dəxli olmayan Elnur İsgəndərova lüks kabinet verməsidir.

Binəqədidə icra başçısından sonra ikinci şəxs Elnur İsgəndərov hesab edilir. Rayon ərazisində tikinti üzrə bütün işlər onun nəzarətində aparılır. İş görmək istəyən hər kəsə “kiçik İsgəndərovun” telefon nömrəsi verilir. E.İsgəndərovun Binəqədi ərazisi üzrə hər kənd və qəsəbədə 3-4 nəfər işçisi var. Bu şəxslər həmin ərazidə tikinti aparan şəxslərdən pul alaraq birbaşa icra başçısının oğluna çatdırır. Hətta kimsə həyətində tikinti işi görürsə, E. İsgəndərov əmisi oğlu Valeh İsgəndərovu həmin əraziyə yollayaraq məlumatı öyrənir. Əgər həmin şəxs pul vermirsə, Valeh İsgəndərov və dostları müdaxilə edirlər. Valeh İsgəndərov da qeyri-rəsmi olaraq Binəqədi İcra Hakimiyyətində əsas vəzifələrdən birini tutur.

O da icra başçısının əsas “pul yığanlarından” biridir. Rayonda tikinti, torpaq alqı-satqısı, digər bütün qara işlər həm də onun əli ilə həyata keçirilir. X. İsgəndərovun yanında digər qohumu - bacısı oğlu Araz da işləyir. O, X.İsgəndərovun sürücüsü və təhlükəsizliyinə nəzarət edir.

“Elnur müəllim” kimi tanınan icra başçısının oğlu tikinti sahəsi ilə yanaşı “paket” (yəni qeyri-formal maaş) işinə də baxır. Yaxşı işləyənlərə daha qalın “paket” verirlər ki, E.İsgəndərov bununla da öz əliaçıqlığını göstərir. Binəqədidə demək olar ki, hər daşın altında onun əl var. Onun izni olmadan Binəqədidə nə tikinti, nə də başqa iş görülməsi, sadəcə, mümkün deyil.
Binəqədi rayonu bütünlükdə Xaləddin İsgəndərovun oğlu, qardaşı oğlu və bacısı oğlunun qeyri-rəsmi inhisarındadır. Onlar da hərəsi bir neçə bələdiyyə və sahə idarələri üzrə nəzarət funksiyasını yerinə yetirirlər.

X. İsgəndərovun ailə şirkətinə çevirdiyi icra hakimiyyətində baş verənlərlə bağlı yaxın günlərdə ciddi qərar veriləcəyi gözlənilir. Məlumatlara görə, rayonun digər strukturlarda çalışan rəhbər şəxsləri də X.İsgəndərovun əməllərindən beziblər. İcra başçısı “hamısı mənim” deyib digər strukturların da işinə qarışır, hətta onların maraqlarında olan beş-üç manat “şirinliyə”də göz dikir.

“Yeni Müsavat”
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...