Ziya Məmmədovun oğlunun deputatlığına “qırmızı işıq” yandırıldı
Siyaset
Oxunub: 1 299
2 sen 2015 | 10:25
Ziya Məmmədovun oğlunun deputatlığına “qırmızı işıq” yandırıldı

















Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun parlament seçkilərində iştirak etməsinə qadağa qoyulub

Bu haqda Avropa.info-ya hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Məlumatlara görə, Anar Məmmədovun hakim partiya YAP-ın siyahısından namizədliyini irəli sürmək üçün, cəhdlər edilib. Lakin hakimiyyətin yuxarı eşalonundan sonu günlər Ziya Məmmədovun “vurulması” fonunda buna “qırmızı işıq” yandırılıb.
Xatırladaq ki, Nəqliyyat naziri, ölkənin ən güclü oliqarxlarından olan Ziya Məmmədovun “vurulması” prosesi artıq 1 ildən çoxdur ki, pillə-pillə davam edir.
Nazirlər Kabinetinin 14 aprel 2014-cü il qərarı ilə nazirin əsas maliyyə qaynaqlarından sayılan paytaxtda sərnişin daşınmasının təşkili funksiyasının Bakı şəhər İcra Hakimiyyətinə verilməsiylə başlanan proses davam edir.
Həmin qərara kimi, paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin monopoliyasında idi. Bununla da Ziya Məmmədovun çox önəmli maliyyə qaynaqlarından biri əlindən alındı. Bundan daha öncə isə Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinə verilmişdi.
Lakin, məsələ bununla da bitmədi və Ziya Məmmədovun çökdürülməsinə hesablanan proses davam etdi. Paralel olaraq, Ziya Məmmədovun biznes ortağı “Hafka” ləqəbli Hafiz Məmmədovla da aralarında olan narazılıq pik həddə çatdı. Hafiz Məmmədov Ziya Məmmədovla biznes tərəfdaşlığına son vermək istəyini ortaya qoydu. Ziya Məmmədova məxsus “Bank of Azərbaycan”da onların biznes şərikliyinə son verildi. Belə ki, Hafiz Məmmədov dövr edən pullarını , bankdan çıxarmaqla “Bank of Azərbaycan”ın iflasına səbəbkar oldu.
Elə həmin vaxtlarda da Ziya Məmmədovun yaxın qohumlarının bahalı avtomobillərlə, olduqca dəbdəbəli həyat şəraiti ilə gündəmə gəlmələri nazirin mövqelərini xeyli dərəcədə zəiflətdi. Hakimiyyətin yuxarı pillələrində prezident İlham Əliyevin “qudurğan məmur balaları”na barmaq silkələməsinə baxmayaraq , Ziya Məmmədovun qardaşı deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun bahalı avtomobillərlə ötüş yarışına çıxmasını qəzəblə qarşılayırdılar. Bundan başqa Ziya Məmmədovun nəqliyyat sektorundakı fəaliyyəti də qənaetbəxş sayılmır.
Nəqliyyat nazirinin biznesinə artıq əl qoyulduğunu deyən mənbənin sözlərinə görə, onun yaxın qohumlarının da “vurulacağı” gözlənilir. Nazirin kurasiyasında olan, onun yaxın qohumlarından ibarət bir neşə rayonun icra başçısının işdən çıxarılacağı planlaşdırılır.
“Ziya Məmmədovun kurasiyasında olan bir neçə deputatın qarşısında artıq “qırmızı işıq” yandırılıb. Hətta oğlu Anar Məmmədovun deputat mantadı alması belə imkansızdır.”
Mənbənin dediyinə görə, bir neçə gün öncə, Anar Məmmədov tərəfindən 2011-ci ilin mayında Vaşinqtonda təsis edilmiş Azərbaycan Amerika Alyansının fəaliyyətinə xitam verilməsi də, hakimiyyətin yuxarı eşalonunda Məmmədovların nüfuzunun zəifləməsinə səbəb olub.
Qeyd edək ki, bir neçə gün öncə. virtualaz.orq saytı A.Məmmədov biznesində yaranmış maliyyə problemləri səbəbindən ABŞ-dakı lobbiçilik fəaliyyətini dayandırdığı haqda məlumat yaymışdı. Azərbaycan Amerika Alyansının fəaliyyəti Amerika siyasi isteblişmentinin nüfuzlu nümayəndələrinə, senatorlara, konqresmenlərə və siyasətçilərə təsir etmək yolu ilə Vaşinqtonla Bakı arasındakı münasibətlərin hökumətlər səviyyəsində möhkəmlənməsinə yönəlmişdi.
Məlumatlara görə, bir neçə həftə əvvəl Anar Məmmədov Vaşinqtondakı ofisini bağlayıb, təşkilatın kollektivi rəsmən buraxılıb. Nazir oğlu bir neçə il əvvəl Amerika siyasi çevrələrində qeyri-real ambisiyaları, böyük iddiaları və möhtəşəm planları ilə peyda olmuşdu.
O, Konqresin Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Dan Bartona iş verərək onu sanballı maaşa Amerika Azərbaycan Alyansının icraçı direktoru təyin etmişdi.
A.Məmmədovun təşkilatının fəaliyyəti əsasən Vaşinqtonda hər dəfə 600-700 adamın qatıldığı qala-ziyafətlərlə və təntənəli Azərbaycan gecələri ilə yadda qalmışdı. Bu ziyafətlər üçün ərzaq xüsusi təyyarələrdə Bakıdan daşınırdı, qonaqları Azərbaycanın tanınmış müğənniləri əyləndirirdi. Ziyafətə qatılanlar isə konqresmenlər, senatorlar, səfirliklərin nümayəndələri, diaspor üzvləri, habelə rəsmi şəxslər olurdu.
Ancaq belə görünür ki, Azərbaycana da gəlib çatan qlobal iqtisadi böhran iri oliqarxik şirkətlərə də öz təsirlərini göstərib. Ziya Məmmədovun və oğlunun biznesinin düşdüyü mürəkkəb vəziyyət həmçinin onların şirkətlərinin pis menecmenti ilə bağlıdır.
Həmin mənbələrin məlumatına görə, Anar Məmmədovun böyük borcları yaranıb. Onun biznes işlərinin acınacaqlı vəziyyətə düşməsinin digər oliqarx Hafiz Məmmədovla maliyyə zəminində ayrılmaları ilə əlaqəli olduğu bildirilir. H.Məmmədov nazirin oğlunu maliyyə baxımından qeyri-dürüstlükdə ittiham etməkdədir.
Məmmədovların maliyyə imperiyasının çökməsinin səbəbləri haqda kifayət qədər geniş və uzun-uzadı bəhs etmək olar. Bu zaman oliqarxın 50 milyon dollarlıq şəxsi təyyarə alınmasından tutmuş Bodrumda otel tikintisinə qədər ölçüyəgəlməz şəxsi xərclərini xatırlatmaq olardı.
Ancaq qeyri-peşəkar menecment faktı da ortadadır. Vaşinqtonda Azərbaycanın maraqlarını qorumaq üçün yaradılmış Amerika Azərbaycan Alyansı bağlanb. Senatorları yedirtməyə artıq heç nə qalmayıb…
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE