«Hyundai Auto Azərbaycan» məhkəməyə verildi-QALMAQAL
Medeniyyet
Oxunub: 1 427
3 sen 2015 | 06:37
«Hyundai Auto Azərbaycan» məhkəməyə verildi-QALMAQAL









Satdığı avtomobillərin qüsurlu olmasına görə, şirkətə qarşı kampaniya başladıla bilər

Ötən gün xəbər vermişdik ki, Şəki sakin Elşən İsmayılov aldığı «Hyundai Sonata» markalı maşında ailə üzvlərini az qala itirmək təhlükəsi ilə üz-üzə qalıb. Redaksiyamıza müraciət edən İsmayılov bildirmişdi ki, qaynı onun maşınını idarə edərkən qəza törədib. Lakin maşın 4 dəfə aşmasına rəğmən, 12 təhlüəsizlik yastığından heç biri açılmayıb.

Elə bu səbəbdən də o, şirkətdən şikayətçi düşüb. İyul ayından etibarən «Hyundai Auto Azərbaycan» MMC-nin rəsmiləri ilə apardığı danışıqlar isə nəticəsiz qalıb. Daha doğrusu, aşağı keyfiyyətli məhsul satışına görə, şirkət məsuliyyəti üzərinə götürməyib.

Bu gün redaksiyamıza müraciət edən Elşən İsmayılov bildirib ki, üzləşdiyi problemdən dolayı məsələni hüquqi müstəvidə həll etmək qərarına gəlib. Və bu səbəbdən də Nərimanov rayon Məhkəməsinə müraciət edib. «Şirkət avqustun 18-də təqdim etdiyimiz rəsmi müraciəti cavablandırmağa hazırlaşmır. Odur ki, «Hyundai Auto Azərbaycan» MMC barəsində Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişik. Eyni zamanda bu gün «Hyundai» şirkətinin məsuliyyətsizliyi və zavaod qüsurlu avtomobillərini məhz Azərbaycanda satmaqla vicdansızcasına varlanmasına qarşı çıxırıq və bu barədə faktlar üzrə ölkə mətbuatına, 20 gün əvvəl isə öklənin rəsmi orqanlarına məlumatlar vermişik».

Qeyd edək ki, şikayətçi şirkətdən ona dəymiş maddi və mənəvi ziyana görə, 39 min manat təzminat tələb edir.

Koreyanın Azərbaycandakı səfirliyinə də müraciət edən Şəki sakini bildirir ki, tələbləri 2010-2014-cü il buraxılışlı «Hyundai-Sonata» markalı avtomobillərin hamısının təhlükəsizlik yastıqlarında zavod qüsurları olduğu üçün dərhal İstehsalçi zavod tərəfindən geri çağrılması barədə öz ölkəsinin rəhbərliyi qarşısında məsələ qaldırsın. «Əgər Hyundai şirkəti qısa müddət ərzində yenə məsuliyyətsizlik edib, Azərbaycana gətirdiyi zaviod qüsurlu avtomobilləri barədə təxirəsalınmaz tədbirlər görməzsə, şirkətin Azərbaycandan çıxarılması istiqamətində geniş fəaliyyətə başlayacağıq».
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı