ADNA-nın tələbələri etiraza qalxdı
Sosial
Oxunub: 1 425
6 okt 2015 | 05:07
ADNA-nın tələbələri etiraza qalxdı





















Onlar rektor Mustafa Babanlıdan bəzi müəllimlərin cəzalandırılmasını tələb edirlər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup tələbəsi etiraza başlayıb. Redaksiyamız xəbər verir ki, etiraza səbəb universitetin bəzi müəllimlərinin özbaşınalığı və tələbələrdən pul yığmaq üçün müxtəlif bəhanələr göstərməsidir.

ADNA-nın tələbələri adından Redaksiyamıza müraciət edən İntiqam Aslanov yazır ki, Mustafa Babanlı kimi şəxsiyyətin ADNSU-ya rektor təyin edilməsindən məmnundurlar. «Azərbaycan Texniki Universitetində prorektor işləyən Mustafa müəllim ədalətli və insanpərvər davranışarı ilə xüsusən tələbələr arasında hörmət qazanıb».

Tələbələr rektora müraciət edərək bildirirlər ki, yeni təyinatından dərhal sonra mühazirələrin tələbələrə yazılı konspekt şəklində və ya elektron formada çatdırılması barədə bütün kafedralara yazılı qaydada göstəriş verməsinə baxmayaraq, bəzi müəllimlər hələ də “köhnə qaydada” işləyirlər. «İmtahan zamanı öz çirkin əməllərini “uğurla” həyata keçirmək üçün mühazirələri öz istəyinə uyğun qaydada gah demir, ən yaxşı halda isə yarımçıq deyir, elekton və ya digər yazılı formada tələbələrə çatdırmırlar. Dərsi elekron formada çatdırmaq yerinə öz kitablarını tələbələrə məcburi qaydada satırlar. Bizi mühazirə yazmağa məcbur edirlər. Rektorun göstərişinə məhəl qoymurlar. Bu da bütün tələbələrdə haqlı narazılıqlara səbəb olur».

İntiqam Aslanov iddia edir ki, bütün bunların başında Neft-mexanika fakültəsinin dekanı Sakit Abbasovla İnformasiya Kommunikasiya Texnologiyalar mərkəzinin (İKTM) rəisi Osman Mirzəyev dayanır. «Məhz bü cütlüyün “sayəsində” tədris edilməyən mövzular imtahanlara salınıb. 3 saat olan imtahan vaxtı sualların sayı azaldılmadan 2 saata endirilib. Bu cütlüyün göstərişləri əsasında tələbələrə olmazın haqsızlığı edilib. Onların bu özbaşınalıqlarına görə 25.05.2015-ci ildə müvafiq qurumlara şikayət edilib. Bundan əvvəl imtahanlar yazılı formada aparılarkən tələbələrə bir çox müəllimlər tərəfindən məqsədli şəkildə haqsızlıqlar edilib».

Bütün tələbələr adından rektordan xahiş edilir ki, mühazirələrin elektron və ya digər yazılı formada tələbələrə verilməsi, gələcək imtahan sessiyasında keçiriləcək imtahanların Sakit Abbasov və Osman Mirzəyevin nəzarətindən çıxarılması və imtahanların test üsulu ilə aparılması üçün onlara köməklik göstərilsin.
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”